Dekabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komistəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Komitədən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri və digər səlahiyyətli şəxslər iştirak edib.
Vətəndaşlar fərdi şəkildə qəbul edilib, onların müraciətləri dinlənilib. Müraciətlərin əksəriyyəti mənzil, məşğulluq, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaşların qaldırdığı məsələlərin qanunauyğun həll edilməsi ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
Baki-xeber.com