Ermənistan Mülki Aviasiya Komitəsinin məlumatına görə, Azərbaycan aviadaşıyıcıları 2025-ci ildə Ermənistan hava məkanından istifadə üçün Ermənistana təxminən 400 min avro ödəyiblər.
Komitədən bildirilib ki, eyni dövrdə Türkiyə aviadaşıyıcıları Ermənistan hava məkanından istifadə üçün təxminən 3,4 milyon avro köçürüblər.
Komitə həmçinin qeyd edib ki, 2023-cü ildə Azərbaycan aviaşirkətləri Naxçıvana və Naxçıvandan uçuşlar üçün Ermənistana təxminən 90 min avro köçürüblər. Daha sonra şirkətlər üçüncü ölkələrə uçuşlar üçün Ermənistan hava məkanından istifadə etməyə başlayıblar.
TAHİR