Professor Adil Qeybulla adının yaxın günlərdə nəşrə hazırlanan Şəki Ensiklopediyasına salınmasına sərt reaksiya verib. Adının ensiklopediyadan çıxarılmasını tələb edən professor sosial media üzərindən Şəki Ensiklopediyasının rəhbərliyinə müraciət edib.
Müraciətdə deyilir:
“Gələn ilin birinci yarısında nəşr edilməsi planlaşdırılan Şəki Ensiklopediyasında yer alacaq şəxslərin sırasından adımın çıxarılmasını tələb edirəm. Dəyərli yurddaşlarımın bunu anlayışla qarşılamalarını arzu edərdim. Həmin kitabda poz verən bəzi apologetlərlə adımın hallanmasını qətiyyən istəmirəm. Geci ya tezi tarix hər kəsi öz yerinə qoyacaq, bəzilərini rektala evakuasiya edənə qədər”.
ZÜMRÜD