çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Vüsal Kazımovun anım günü Yuxarı Nüvədi kənd məktəbində qeyd olundu

Image


Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində canını sevdalandığı Vətənə fəda edən qəhrəman oğullardan biri də 1990-cı il dekabrın 17-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olan zəfər şəhidi Vüsal Kamran oğlu Kazımovdur. İki ali təhsilli, Vətən torpağının bütövlüyü uğrunda hər an canından keçməyə hazır olan Lənkəran elinin qəhrəman oğlu həqiqi hərbi xidmətini layiqincə yerinə yetirib və baş leytenant kimi doğmalarının yanına qayıdıb. Bir müddət Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində Uşaq- Gənclər İdman məktəbinin direktoru vəzifəsində çalışıb.

Baş leytenant Vüsal Kazımov 2020-ci il 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü qatılıb. Füzuli əməliyyatında, Cəbrayıl və Xocavənd rayonunun işğaldan azadlığı naminə böyük şücaət göstərib. Döyüş yoldaşları ilə birgə hər dəfə müqəddəs, ulu torpağın bağrına zəfər bayrağı sancanda Vətənə olan sevgisi, yağıya nifrəti daha da alovlanıb.

Neçə-neçə ağır müharibə meydanından qalib çıxan baş leytenant sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə yüksəlib. 29 noyabr 2020-ci il tarixində Lənkəranın Yuxarı Nüvədi kəndində böyük izdihamla uğrunda canından keçdiyi torpağa tapşırılıb. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə”, Xocavəndin, Füzulinin azadlığı uğrunda medalları ilə təltif edilib.

Təkcə öz ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün əziz olan Vüsalın yarımçıq arzularını cücərdəcək iki qız övladını bizlərə əmanət qoyub. Nuray və Aynur…

Vətən müharibəsi şəhidi baş leytenant Vüsal Kazımovun anım günündə Yuxarı Nüvədi kənd tam orta məktəbində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, millət vəkilləri Anar İsgəndərovun və Elçin Mirzəbəylinin , Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımovun, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun, şəhid ailələrin, müharibə əlilləri və iştirakçıların, rayon sakinlərin iştirak etdiyi tədbirin rəsmi hissəsində Vətən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı, məktəblilər tərəfindən Dövlət Bayrağı zala gətirildi və Dövlət Himni oxundu.

Açılış nitqində Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirdi ki, Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə böyük qayğı vardır. Bu istiqamətdə ardıcıl və sistemli işlər həyata keçirilir. Şəxsən dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə xüsusi diqqət və qayğısı nəticəsində onların sosial müdafiəsi, mənzil təminatı, mənzil-kommunal şəraiti daimi yaxşılaşır.

Dövlət başçısı cənab İlham Əliyevin “Şəhid olmaq — xalqına, tarixə və gələcək nəsillərə misilsiz xidmət deməkdir” fikrini xatırladan icra başçısı bunun şəhid məfhumunun mahiyyətini, onun xalqımız üçün nə qədər müqəddəs olduğunu ən dəqiq şəkildə ifadə etdiyini vurğuladı. Onun sözlərinə görə, şəhidlərin yerini heç kim doldura bilməz, lakin onların ailələrinin yanında olmaq, onların ruhuna ehtiram göstərmək hər birimizin ən müqəddəs borcudur.

Millət vəkilləri Anar İsgəndərov, Elçin Mirzəbəyli öz çıxışlarında dedilər ki, qəhrəman şəhidlərimiz öz canları bahasına 30 il işğalda qalan Vətən torpaqlarını düşməndən azad etdilər, xalqımızın birliyini, iradəsini və gücünü bütün dünyaya göstərdilər. Azərbaycanın bugünkü gücü, sabitliyi, azad və müstəqil yaşamaq haqqı məhz şəhidlərin misilsiz fədakarlığı ilə bağlıdır. Sinəsini Vətənə sipər edənlər sübut etdilər ki, Azərbaycan xalqı heç vaxt əyilməz, heç vaxt haqqından dönməz.

Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxışında şəhid Vüsal Kazımovun qəhrəmanlığı və Vətən qarşısında göstərdiyi fədakarlığı nümunə göstərdi, şərəfli ömür yolu gələn nəsillər üçün örnək olacağını dilə gətirdi.

Şəhid atası, professor Kamran Kazımov öz növbəsində tədbir iştirakçılarını səmimi-qəlbdən salamladı, övladının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəb rəhbərliyinə və təşkilatçılara dərin təşəkkürünü bildirdi və dedi:- Vətən bayrağını uca tutan şəhid millətin əbədi şərəf zirvəsidir. Fəqət, bu cür tədbirlər təkcə şəhidlərin əziz xatirəsinin yaşadılması, onlara ehtiram deyil, həm də gənc nəslin Vətənə sədaqət və dövlətçilik ruhunda tərbiyəsinə mühüm töhfə verir. Məktəb kollektivinin göstərdiyi diqqət və həssaslıq şəhid ailələrinə mənəvi dayağın ən ali nümunəsidir və bu münasibət hər bir azərbaycanlının qəlbində xüsusi hörmət doğurur...

Rəsmi çıxışlardan sonra məktəblilər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şerlər, poetik kompozisiyalar və “Azərbaycan”, “Mənim atam qəhrəmandır”, “Ana Can”, “Vətən əmanəti”, “Şəhid Vüsal Kazımov”, “Qayıdıram sənə Şuşa”, “Cənab Leytenant” və digər vətənpərvər mövzulu mahnılar tədbirə özgə bir ovqat qatdı.

Tədbirin sonunda məktəbin direktoru Ramiz Ramazanov şəhid Vüsal Kazımovun qəhrəmanlığını və Vtətən qarşısındakı fədakarlığını bir daha alqışladı, onun xatirəsinə dərin ehtiramını bildirdi. O, həmçinin məktəb kollektivinə, tədbir iştirakçılarına və qonaqlara təşəkkürünü və minnətdarlığını ifadə edərək göstərilən səylərin şagirdlərin vətənpərvər ruhda tərbiyəsinə verdiyi töhfəni vurğuladı.

Həmçinin rəsmilər zəfər şəhidi baş leytenant Vüsal Kazımov və Birinci Qarabağ müharibəsinin şəhidi Mais Mirzəcanovun məzarını ziyarət etdilər, Yuxarı Nüvədi kəndində yerləşən Vüsal Kazımov adına parkda oldular.

Yazımın tamamında Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri, gözəl qələm əhli Esmira İsmayılovanın bundan bir il qabaq şəhid Vüsal Kazımovla bağlı dediyi sözlər yadıma düşür: “Vüsal Kazımovun qəhrəmanlığı göz qabağındadır. Vüsal Kazımov məmur övladı olmasına baxmayaraq, həm də ailənin tək övladı olaraq Vətən müharibəsinə şəxsən öz istəyi ilə getdi. İnanıram ki, ona vətənpərvərliyi, Vətənə sədaqəti və müharibədəki şücaətini nəzərə alıb Milli Qəhrəman adını verilməsindən ötrü Müdafiə Nazirliyi tərəfindən cənab Prezidentə məruzə olunar”.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ