Qazaxıstanın Nəqliyyat Nazirliyi Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabatın dərc olunacağı vaxtı açıqlayıb.
Bu ölkənin Nəqliyyat Nazirliyi bildirir ki, Qazaxıstan Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabatı iki xarici laboratoriyada aparılan tədqiqatların nəticələri bilindikdən sonra açıqlayacaq. “Qazaxıstan Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabatı dərc etməzdən əvvəl iki xarici laboratoriyanın tədqiqatlarının nəticələrini gözləyir”-deyə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
(Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına əsasən, hava qəzası ilə bağlı yekun araşdırma hesabatı hadisə tarixindən sonrakı 12 ay ərzində dərc olunmalıdır.
Qəza 25 dekabr 2024-cü ildə baş verib. Otuz səkkiz sərnişin və heyət üzvü həlak olub, 29 nəfər yaralanıb.
İradə SARIYEVA