çərşənbə günü, 30 sentyabr 2026
     

Azərbaycanda su ehtiyatları problemi getdikcə kəskinləşir...

Image


Son illərdə Azərbaycanda iqlimlə bağlı ekstremal hadisələrin intensivliyi kəskin şəkildə artıb. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı altı dəfə artıb. Eləcə də meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb, yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb: “Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır”.

U.Tağıyeva əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb: “Bu ilin aprel ayında Bakıda bir sutkada yağan yağıntının miqdarı üçaylıq normanı ötüb və nəticədə iki nəfər həyatını itirib. 2019-cu ildə isə güclü külək paytaxtın infrastrukturuna zərər vurub. Belə halların qarşısını almaq üçün dövlət qurumları arasında koordinasiyalı fəaliyyət və hava proqnozlaşdırma sistemlərinin inkişafı vacibdir”. Qeyd edək ki, son illər Azərbaycanda həm içməli, həm də texniki su qıtlığı ilə bağlı şikayətlər eşidilir. Rayonlarda ayrı-ayrı fermerlər su qıtlığı üzündən məhsullarının böyük həcimdə ziyan çəkdiyini deyirlər. Paytaxtın özündə isə bəzi ərazilərdə günlərlə suyun verilmədiyi bildirilir. Üstəlik, son illər Bakıda bir çox ərazilərdə suyun verilməsi gün ərzində normalara bölünür. Rəsmilərin vədlərinə görə, ölkədə 2030-cu ilə qədər içməli 90, suvarma suyuna isə tələbatın 95 faizi səmərəli şəkildə ödənməlidir. Amma şirin su ehtiyatı ilə bağlı problem də getdikcə özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan coğrafi baxımdan su ehtiyatları baxımından məhdud ölkə hesab olunur. Ümumi su ehtiyatının böyük hissəsi – təxminən 70-75 faizi ölkə hüdudlarından kənarda formalaşır, yəni qonşu dövlətlərdən – Gürcüstan, Rusiya, Ermənistan və İran ərazisindən gələn çaylar vasitəsilə təmin olunur. Bu isə ölkənin transsərhəd su axınlarından asılılığını artırır və ekoloji təhlükəsizliyi üçün risk yaradır. Əsas su mənbələri – Kür, Araz, Samur və digər çaylar son onilliklərdə həm iqlim dəyişikliyi, həm də sənaye və kənd təsərrüfatı fəaliyyəti nəticəsində ciddi şəkildə çirklənib və suların həcmi azalıb. Kür çayının aşağı axınlarında suyun duzluluğunun artması, Araz çayında isə sənaye tullantılarının çoxalması artıq ekoloji fəlakət həddinə çatmaqdadır. Son illərdə iqlim dəyişikliyinin təsiri ilə Azərbaycanın müxtəlif bölgələrində yağıntıların azalması və temperaturun yüksəlməsi müşahidə olunur. Xüsusilə aran rayonlarında və Naxçıvanda quraqlıq uzunmüddətli problemə çevrilib. Yağıntıların azalması nəticəsində yeraltı suların səviyyəsi aşağı düşür, su anbarlarının doluluq faizi azalır, kənd təsərrüfatı məhsuldarlığı isə ciddi zərbə alır. Azərbaycanın su ehtiyatlarının 70 faizindən çoxu kənd təsərrüfatında istifadə olunur. Lakin mövcud suvarma sistemlərinin köhnə və səmərəsiz olması suyun böyük hissəsinin israfına səbəb olur. Suvarma kanallarında buxarlanma və sızma nəticəsində bəzən 40 faizə qədər itki baş verir.

Su ehtiyatlarının azalması ilə yanaşı, onların çirklənməsi də ciddi problemdir. Xüsusilə sənaye müəssisələrinin təmizlənməmiş tullantılarının çaylara axıdılması, məişət tullantı sularının təkrar emal sistemlərinin zəif inkişafı vəziyyəti ağırlaşdırır. O da faktdır ki, son illərdə Azərbaycan dövləti su ehtiyatlarının qorunması və səmərəli istifadəsi istiqamətində bir sıra mühüm addımlar atıb. Yeni su anbarlarının inşası, mövcudlarının bərpası, içməli su sistemlərinin yenilənməsi və su itkisini azaldan texnologiyaların tətbiqi istiqamətində ciddi işlər görülür. Dünya təcrübəsində duzsuzlaşdırma texnologiyaları və tullantı sularının təkrar istifadəsi getdikcə geniş yayılır. Azərbaycan üçün də Xəzər dənizi suyunun duzsuzlaşdırılması və texniki məqsədlərlə istifadəsi gələcəkdə alternativ mənbə kimi çıxış edə bilər. amma onu da qeyd edək ki, su ilə bağlı problem elə Xəzərdə də özünü göstərir. Dənziin dayazlaşması ciddi problem olaraq qalır. Xəzərin dayazlaşmasının səbəbləri sırasında qlobal istiləşmə və digər ekoloji amillər sadalansa da, problemin kökündə antropogen amillər dayandığı faktlarla sübut olunur. Əsas amil isə Xəzərin əsas qida mənbəyi olan Volqa çayından dənizə buraxılan suyun həcminin kəskin azalmasıdır. Bu tendensiya artıq bir neçə ildir davam edir. Qlobal istiləşmə və yağıntıların azalması kimi təbii amillərlə yanaşı, yerində aparılan müşahidələr bu prosesdə antropogen təsirlərin həlledici rol oynadığını üzə çıxarır. Aparılan müşahidələr göstərir ki, Volqa çayının Xəzərə tökülən hissəsində suyun axını kəskin zəifləyib, ərazidə dayazlaşma baş verib, bunun nəticəsində torpaq qatı üzə çıxıb, axıntılar kiçik kanal halına keçib, bəziləri isə tamamilə quruyub. Xəzərə axıdılan suyun miqdarının kəskin azalmasının əsas səbəbi Volqaboyu ərazilərdə kənd təsərrüfatı sahələrinin sürətlə artması, su anbarlarının daim su ilə dolu saxlanmasıdır. Volqa hövzəsində çoxlu su anbarları, bəndlər, meliorasiya qurğuları tikilib. Volqaboyu yaşayış məntəqələrinin artması da suyun azalması prosesində əhəmiyyətli rol oynayır. Bütün bunlar Xəzər üçün ciddi problem yaradır. Bunlar fonunda ölkəmizdə su idarəçiliyinin müasirləşdirilməsi, texnoloji innovasiyaların tətbiqi, ictimai maarifləndirmə və beynəlxalq əməkdaşlıq gələcək onilliklərdə ölkənin davamlı inkişafının əsas şərtlərindən biri olacaq.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ