Cümə günü, 06 noyabr 2026
     

Bakıda məktəb direktoru hansı əməlinə görə bu cəzanı aldı...

Image


Kamran Əsədov: “Dövlət Agentliyinin verdiyi qərar göstərir ki, artıq müəllimlərin haqsızlığa qarşı şikayətləri nəticəsiz qalmır”

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı məlumata görə, müəllimləri təhqir edən direktor işdən çıxarılıb. Bildirilib ki, Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.

“Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda qeyd edilib.

Bu məktəb direktoru hansı əməlinə görə bu cəzanı alıb?

Məlumata görə, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirdilər. Müəllimlər mətbuata bildirirdilər ki, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir: “Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”.

Adıçəkilən direktor müəllimlərə “dərs dilənçiləri”, “hinduşkabaş” dediyi üçün vəzifəsini itirib.

“301 nömrəli məktəbdə baş verən hadisə bir neqativ nümunə…”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, təhsil müəssisələrində rəhbərlik edən şəxslərin davranışları və idarəetmə tərzi, məktəbdaxili mühitə, müəllim-müdir münasibətlərinə, eləcə də təhsil keyfiyyətinə bilavasitə təsir göstərən əsas amillərdəndir. “Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yayılan məlumatlar, təəssüf doğuracaq qədər ciddi nöqsanların olduğunu göstərir. Müəllimlərə qarşı etikadan kənar davranışlar, idarəetmədə neqativ halların baş alması, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarının olması artıq ictimaiyyətin və təhsil ictimaiyyətinin dözümsüz yanaşdığı bir reallıqdır. Məktəblər, yalnız təhsil alanların deyil, eyni zamanda tədris edənlərin də hüquqlarının qorunduğu mühit olmalıdır.

Məktəb rəhbərlərinin etik davranış qaydalarına əməl etməsi, onların vəzifə borcları sırasında xüsusi əhəmiyyət daşıyır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsində qeyd olunur ki, təhsil sahəsində fəaliyyət göstərən şəxslərin etik davranışı və peşəkarlığı təmin olunmalıdır. Həmin qanunun 39.1-ci maddəsində isə göstərilir ki, təhsil müəssisəsinin rəhbəri təhsilalanların, pedaqoji və digər işçilərin hüquqlarını təmin etməli, onların fəaliyyətinə müdaxilə etməməli, sağlam psixoloji mühitin qorunmasına cavabdeh olmalıdır. 301 saylı məktəbin direktoru ilə bağlı araşdırmalar nəticəsində əmək müqaviləsinə xitam verilməsi məhz bu qanunların pozulduğunu göstərir. Bu, qanunvericilik baxımından düzgün addımdır və hüquqi mexanizmlərin işlədiyinin göstəricisidir.

Müəllimlərə qarşı psixoloji təzyiqin və təhqiramiz davranışların olması təhsil sistemində insan kapitalına dəyər verilmədiyini ortaya qoyur”.

K.Əsədov vurğuladı ki, 2023-cü ildə Təhsil İnstitutunun keçirdiyi sorğulara əsasən, ölkə üzrə müəllimlərin 12 faizi rəhbərliklə münasibətlərdə psixoloji təzyiq hiss etdiyini bildirib. “Bu isə təhsildə daxili mühitin hələ də islahata ehtiyac duyduğunu göstərir. Bu cür hallar müəllimlərin motivasiyasına, dərsə yanaşmasına və ümumilikdə təhsil keyfiyyətinə mənfi təsir edir. Araşdırmalar göstərir ki, müəllimin iş yerində özünü təhlükəsiz və dəyərli hiss etməsi onun tədris performansına birbaşa təsir edən faktorlardandır.

Digər tərəfdən, bu hadisənin nəticəsində əmək müqaviləsinin ləğv edilməsi bir neçə müsbət məqamı da gündəmə gətirir. Əvvəla, bu, təhsil sistemində şəffaflıq və hesabatlılığın artması baxımından mühüm hadisədir. Dövlət Agentliyinin verdiyi qərar göstərir ki, artıq müəllimlərin haqsızlığa qarşı şikayətləri nəticəsiz qalmır. Bu, digər məktəb rəhbərlərinə də xəbərdarlıqdır və etik davranışın normaya çevrilməsi üçün zəruri mexanizmdir. Eyni zamanda, bu qərar təhsil müəssisələrində sağlam işgüzar mühitin qurulması üçün irəliyə doğru atılmış addım kimi qiymətləndirilə bilər”.

K.Əsədov bildirdi ki, dünya təcrübəsində də məktəb rəhbərlərinin etik davranışları və müəllimlərlə münasibətləri ciddi şəkildə tənzimlənir. “Məsələn, Finlandiyada məktəb rəhbərləri yalnız idarəetmə qabiliyyətinə görə deyil, həm də sosial-emosional bacarıqlarına görə seçilir. ABŞ-ın bəzi ştatlarında isə məktəb direktorları üçün etik davranışlar üzrə xüsusi qiymətləndirmə sistemi mövcuddur və müəllimlər müəyyən aralıqlarla anonim formada öz rəhbərlərinin davranışlarını qiymətləndirirlər. Bu qiymətləndirmələr nəticəsində direktorların fəaliyyətinə düzəlişlər edilir və ya zəruri hallarda dəyişiklik baş tutur. Bu model müəllimlərə qarşı psixoloji və institusional zorakılığın qarşısını almaq baxımından effektiv alət sayılır.

Azərbaycan təhsilində bu cür mütərəqqi mexanizmlərin tətbiqinə ehtiyac var. Müəllimlərin hüquqlarını müdafiə edən daxili məktəb etika komissiyaları və ya müstəqil şikayət platformaları yaradılmalıdır. Təəssüf ki, bir çox halda müəllimlər şikayət etməyə cəsarət etmirlər, çünki işlərini itirməkdən və ya daha çox təzyiqlə üzləşməkdən qorxurlar. Bu isə həm müəllimin psixoloji sağlamlığına, həm də dərs keyfiyyətinə təsirsiz ötüşmür.

Hazırda görülən tədbirlər ilkin mərhələdə müsbət addım olsa da, davamlı islahatların və monitorinq sistemlərinin tətbiqi zəruridir. Hər bir direktor anlamalıdır ki, məktəbin uğuru yalnız akademik nəticələrlə deyil, insan münasibətləri ilə də ölçülür. Müəllimin dəyər görmədiyi, hörmət edilmədiyi bir yerdə heç bir yüksək nəticədən danışmaq mümkün deyil. Cəza mexanizmi ilə yanaşı, profilaktik və maarifləndirici tədbirlər də sistemli şəkildə həyata keçirilməlidir.

Nəticə olaraq, 301 nömrəli məktəbdə baş verən hadisə bir neqativ nümunə olmaqla yanaşı, həm də sistemin müdafiə refleksinin aktivləşdiyini göstərir. Lakin bu, epizodik deyil, davamlı olmalı və bütöv sistemin sağlamlaşdırılmasına yönəlməlidir. Təhsilin keyfiyyəti, müəllimin etibarı və cəmiyyətin təhsilə olan inamı bu kimi məsələlərin necə həll olunmasından birbaşa asılıdır”-deyə K.Əsədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ