Cümə günü, 06 noyabr 2026
     

Kim şəhid hesab olunur?

Image


Mənbələrdə göstərilir ki, şəhid yüksək amal, məslək, əqidə, yurd, Vətən, din və ya hər hansı bir inanc uğrunda ölən, canını fəda edən şəxsdir. Şəhidolma hadisəsi isə "şəhadət" hesab olunur.

...Biz də tam mənada qavrayırıq ki, yüksək mərtəbə olan şəhidlik ağlı ilə normal ünsiyyət qura bilən, hər şeyi aydın dərk edən bir insanın öz ölümü ilə uğrunda can fəda etdiyi obyektə - torpağa, Vətənə, hansısa inanca və s. şərəflə ibadət etməsidir.

Dini məxəzlər ərz edir ki, şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur. Əslinə qalsa, insan Vətən üçün mübarizə aparır – cihad edir, nəticədə ya sağ qalır, ya şəhid olur...

Belə şərəflə ölmək həmin insanı ucaldır, onu and yerinə çevirir.

Digər bir dini məxəzdə göstərilir ki, şəhidliyin əsas mənası insanın öz canını Allah yolunda fəda etməsidir. Quranda bununla əlaqəli bir ayə də var: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Al­lah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (əl-Bəqərə, 154).

Vətən, yurd, torpaq, ümumilikdə, dövlət də bizə Allah qədər dogma və əzizdir. Bizim Vətən uğrunda cihadımız – mübarizəmiz də Allah üçün cəhdimizdir. Yəni biz öz Vətənimizi qorumuruqsa və ya qorumaq istəmiriksə, onda heç Allaha da itaət etmirik… Bu hal belə bir anlam kəsb edir.

Bu mənada, Azərbaycanın Babək Namazov kimi qəhrəman oğulları 27 sentyabr 2020-ci ildə torpaq uğrunda, Vətən, yurd, ən nəhayət, Allah uğrunda cihada – mübarizəyə qalxdılar, torpaqlarımızı mənfur düşməndən geri aldılar. Bu mübarizədə - bu savaşda həlak olanlar şəhid adlandılar. Onların Vətən uğrundakı fədakarlığı isə bizim əbədi qürur hissimiz kimi yaddaşlarda qalacaq…

Babək Namazov, onun timsalında bütün şəhid oğullar Vətən – torpaq uğrunda məhz ona görə canlarından keçdilər ki, analarımız, bacılarımız, körpələrimiz, bütünlükdə isə milli hissimiz, mentalitetimiz iyrənc ermənilərin ayaqları al­tında tapdanmasın. Bu, o anlama gəlir ki, Babək kimi oğullar həm də namus, qeyrət, milli hiss… uğrunda özlərini fəda ediblər… İndi də bəllidir ki, çox rahatdırlar. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin olunub.

Kitabımızda Baş Obraz çöhrəsi nurlu şəhid Babək Na­ma­zovdur. Onun adi həyatda, sonra isə xidmət etdiyi sahələrdə necə insan olduğu çoxumuza, ən əsası, Vətənə bəllidir. O, hələ XTQ-nin təlimlərində olarkən nə qədər dü­rüst, yaxşı mənada inadkar, dözümlü, Vətənsevər, sadiq, mətin, mübariz... olduğunu dəfələrlə sübut etmişdi. Komandanlıq bu çevikliyinə görə bir neçə dəfə ona xüsusi təşəkkür etmiş, mükafatlandırmışdı. Hələ o vaxtlar məlum idi ki, Babək kimi “yırtıcı” oğulları olan Vətən heç vaxt basılmaz. Və doğrudan da, Babək kimi oğulları olan Vətən 44 günlük müharibədə rahat nəfəs aldı, həm də havadarları hesabına əl-qol atan düşmənin nə qədər rəzil olduğuna şahidlik etdi.

Babək Namazovun şəhid adı xalqımızın yaddaşında daim qalacaq. Bu, şəksizdir. Azərbaycan xalqı fədakar insanlarını unutmur, əksinə, həmişə uca tutur.

Bu gün xalqımızın ucalarda tutduğu oğullardan biri də Babəkdir. Onun göstərdiyi qəhrəmanlıq uğrunda can verdiyi doğma Vətən qarşısında bir imtahan, bir hesabatdır. Vətən daim bu hesabatı yetişən nəsillərə ərməğan edəcək, onlarda vətənpərvərlik hisləri oyadacaq.

Əslində, Babək Namazov və onun kimi cəsur oğullar da özlərindən əvvəlkilərin qəhrəmanlıq hesabatları əsasında formalaşa, mətin ola bildilər. Məsələn, Tovuz hadisələrində şəhid olan general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin Vətən qarşısındakı hesabatları Babək kimi oğullara bir görkdür...

Babək Namazov döyüşdən-döyüşə atılanda təkcə düşmənə qan uddurmurdu, həm də onlardan Poladların, İlqarların, Vətən savaşımızın “Rembo”su Mübarizlərin... qisası­nı alırdı. Bu qisas çox ağır oldu, düşmən etdiyi xəyanətlərin əvəzini min dəfə artıq ödədi...

Sən xalqımızın şəhid oğlusan, Babək!

Biz sənin qəhrəmanlığınla qürur duyuruq!!!

“Oğlunuz itkin düşüb”...

Əslində, saçları dağ qarı kimi ağappaq olan bir anaya “oğlunuz itkin düşüb” demək çox çətindir. Nə qədər daşürək olsan belə, bu xəbəri kiməsə deyəndə ürəyində bir sızıltı yaranır...

Vətən müharibəsi zamanı onlarla anaya “oğlunuz itkin düşüb” xəbəri verildi. Necə dözdü bu analar? Bu acı xəbərin qəfil təlatümünə, qaynar istisinə necə tab gətirdi bu analar? Gerçəkdən, çox çətindir...

Bir gün Babəkin anasına da bu xəbəri verdilər. Yazıq ana, bilmədi ağlasın, bilmədi yanaqlarını didib-dağıtsın, bilmədi saçlarını küləyə yem etsin, sadəcə, için-için yandı, səsi batdı, gözləri dərin quyuya düşdü, ağlamaqdan heyi kəsildi...

Nə acı xəbərdir bu xəbər... Təlatümü ilə daşı belə, parçalayır. Lakin analar dözürlər... Və Allah bilir ki, həmin an ürəklərində nələr düşünürlər. Güman edirlər: ya sağdır, ya da əsir düşüb... Ancaq heç bir ana həmin an övladının ölümü barədə düşünmür. Səbrini daşa döndərib bir xəbər çıxana qədər dözür...

Təəssüflər olsun ki, “oğlunuz itkin düşüb” xəbəri verilən anaların çoxunun övladının sonradan - nəşi tapıldığı gün ölüm xəbəri - şəhadətə ucalması deyilir. Bu xəbər “daş qəlbli” analara ikinci bir zərbə olur. O an ağlamağa göz yaşları qalmadığı üçün onlar sadəcə, başsağlığına gələnlərin üzlərinə sakit-sakit baxır, övladlarının tabutu üzərinə örtülmüş üçrəngli bayrağı öpüb “toxtaqlıq tapırlar”...

Analar atalardan daha dözümlü olurlar. Biz buna qapılarını şəhid xəbəri döyən evlərin çoxunda şahid olmuşuq. Bəlli ki, indi Babəkin də anasında dağ dözümü var, ancaq atasının ürəyi parça-parçadır. Ani bir təlatümdən, Allah eləməmiş, ürəyi dayana bilər.

Analar övladlarının ölümünə ağı deyir, ürəklərinin niskilini dağıda bilirlər. Fəqət atalar çox vaxt içdən ağlaya bilmirlər...

Bu, qürur hissidir, düşmənə sevinməsi üçün şans verməməkdir, ya nədirsə, ataları çox vaxt məğrur görürük. Bu da onların həyatdan tez getmələrinə rəvac verir...

İndi Babəkin atası da övlad acısı ilə qovrulur. Bəlkə də heç oğlunun ölümünə inanmır. Bəlkə də əmindir ki, oğlu harasa gedib, bir gün mütləq gələcək...

Biz belə düşünən ataları tez-tez görürük. Şəhid atalarının çoxu bu cür düşünür. Əmindirlər ki, övladları sağdır...

Əslində, şəhidlər, dini məxəzlərə görə diri hesab olunurlar... Bəlkə də bu səbəbdən, bir çox şəhid atası övladını ölü saymır...

Allahdan Babəkin valideynlərinə möhkəm səbr, təmkin diləyirik!

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ