Cümə günü, 06 noyabr 2026
     

İcra Hakimiyyətinin 1.7 milyon manat vergi borcu necə yaranıb?..

Image


Sığorta haqları ödənilməyən kommunal təsərrüfat işçilərinin əmək stajı nəzərə alınmayacaq

Mediada gedən məlumata əsasən, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin milyonlarla vergi borcu yaranıb.

Məlumatda bildirilir ki, direktoru Hüseynov Vüsal Fazil oğlu olan qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1759013.76 manat vergi borcu var.

Maraqlıdır, dövlət qurumunun bu qədər borcunun yığılmasının səbəbi nədir? Nəyə görə bu qədər borc yığılıb?

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən baki-xeber.com-un sorğusuna cavab olaraq bildirildi ki, doğrudan da Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin idarəyə göstərilən məbləğdə vergi borcu var. Lakin vergi idarəsindən bildirildi ki, verginin yaranma mənbələri və səbəbləri barədə kənar şəxslərə məlumat verə bilməzlər. Onlar bu təfsilatı öyrənmək üçün yalnız Birliyə müraciət etməyimizi məsləhət bildilər.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin özünü təqdim etməyən xanım əməkdaşı bu məlumatı nə təsdiq, nə də təkzib etdi. O bildirdi ki, siz araşdırıb dəqiqləşdirin, görün Birliyin vergi borcu var, yoxsa yoxdur, sonra bizə sual ünvanlayın. Düzü, belə bir Birliyin bu qədər aşağı səviyyəli bilgiyə malik rəsmi şəxsinin olması bizi təəccübləndirdi.

Biz xanım əməkdaşa xatırlatdıq ki, elə sizə zəng etməyimiz də araşdırmamızın bir hissəsidir - bu barədə ən doğru məlumatı siz bilirsiniz və onu bizimlə bölüşməyinizi rica edirik. O halda xanım bildirdi ki, siz bizə yazılı şəkildə rəsmi məktub unvanlamalısınız ki, biz də sizə rəsmi cavab verək: "Mətbuatda yazılanlar yalan da ola bilər, siz məlumatı araşdırıb dəqiqləşdirməlisiniz". Birliyin xanım əməkdaşı elə danışır ki, guya biz münəccimlik edib, bu Birliyin doğrudan da vergi borcu olub-olmadığını öyrənməliyik. Belə araşdırmanın ən asan və populyar yolu vergisi olduğu iddia edilən subyektdən bu barədə soruşmaqdır. Xanım isə bizimlə tapmaca oynayır ki, bəlkə Birliyin vergi borcunun olması yalandı. Qısası, Birlik rəsmilərindən və vergi xidmətindən Birliyin vergisinin yaranma səbəbi ilə bağlı dəqiq məlumat əldə edə bilmədiyimiz üçün yalnız öz hipofizimizə və ehtimallarımıza güvənərək məsələyə aydınlıq gətirmək qərarına gəldik.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi nə müstəqil bir idarə, nə də kommersiya qurumudur. O səbəbdən də Birliyin hər hansı bir gəlir əldə etməsi, həmin gəlirdən vergi borcunun yaranması da müzakirə mövzusu ola bilməz.

Amma Birliyin xeyli sayda xidmət personali var və onlara hər ay müxtəlif miqdarda, əksəriyyətinə isə minimim əmək haqqı həcmində, yəni 400 manat əmək haqqi hesablanır və verilir. Hər bir minimum əməkhaqqı alan işçinin əmək haqqının 25 faizi həcmində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sosial sığorta haqqı köçürülməlidir. Bu, minimum əmək haqqı alanlar üçün hər ay 100 manat təşkil edir. Daha çox əməkhaqqı alanlara görə daha çöx sığorta haqqı ödənilməlıdir. İcra hakimiyyətilərinin nəzdində olan idarələrin əksəriyyəti bu sığorta haqqını ödəmir. Nəticədə isə bir neçə ildən sonra onların vergi borcu şişərək yüksək məbləğlərlə ifadə edilir.

Bir məsələni də qeyd edək ki, artıq bir neçə ildir, Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta haqqi Vergi Xidməti tərəfindən toplanır. Ona görə də son illər qeyri-kommersiya dövlət qurumlarının vergi borcu yaranır. Böyük ehtimalla, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin də vergi borcu məhz bu yolla yaranıb.

Bir neçə il əvvəl - hələ sığorta haqlarını DSMF yığdığı dönəmdə oxşar mənzərə rayon təhsil şöbələrində aşkarlanmışdı. Müəllimlər pensiyaya çıxarkən bəlli olmuşdu ki, onların əmək haqqından sosial sığorta ödənilmədiyinə görə, bir neçə il onların əmək staji olaraq nəzərə alınmayıb. Əksər müəllimlər həmin stajlarını bərpa edə bilmədi, problem bu gün də qalır. İndi sosial sığorta haqları ödənilməyən kommunal təsərrüfat işçilərini də həmin tale gözləyir. Sonda məlum olacaq ki, onlar rəsmi işləsələr də, pensiyaya çıxanda sosial sığorta haqları ödənilməyən illər əmək stajı kimi nəzərə alınmayacaq. Məhz bu problemin yaranmaması üçün indidən bu kimi hallara qarşı mübarizə aparılmalıdır. Əslində həmin Birliyə əmək haqqı fondu tam şəklində köçürülür. Bu fondun bir hissəsi işçilərin əmək haqqının ödənilməsinə, digər hissəsi isə onları sosial sığorta haqlarının ödənilməsinə yönəldilməlidir. Birlik rəhbərliyi işçilərin əmək haqqını ödəyir, sosial sığorta haqları üçün nəzərdə tutulan vəsaiti isə müxtəlif yollarla mənimsəyir. Beləcə, Birliyin və buna bənzər digər qeyri-kommersiya dövlət idarələrinin külli miqdarda vergi borcu yaranır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ