Cümə günü, 06 noyabr 2026
     

Mediasiya şuralarının səmərəsi getdikcə azalır, baxmayaraq ki, funksiyası artırılır...

Image


Şəmsəddin Əliyev: "Çox təəssüf ki, bu sahədə belə nəzərəçarpacaq addım atılmadı, hətta insanlar son zamanlar mediaiyaya müraciət etmək fikrindən daşınırlar"

Mediasiya Şurasının funksiyaları artırılır. Mətbuatda yayılan məlumata görə, bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan “Mediasiya haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, Mediasiya Şurası mediatorların və mediasiya təşkilatlarının təkmilləşdirilməsi fəaliyyətinin və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görəcək. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məsələ burasındadır ki, Mediasiya Şurası yaradılanda və fəaliyyətə başlayanda aidiyyəti sahədə problemlərin azalacağına, məhkəməyə qədər vətəndaşların problemlərinin həll olunacağına ümid edilirdi. Müşahidələr və mətbuatda gedən fikirlər göstərir ki, bu Şura yaranandan boşanmaların sayı daha da artıb. Halbuki, bu qurum yarananda deyilirdi ki, boşanmalar azalacaq, məhkəməyə müraciət edənlərin sayı aşağı düşəcək. Amma tənqidlər göstərir ki, heç də deyilənlərə nail olunmayıb, yaxud az nail olunub. Bu şəraitdə indi də Mediasiya Şurasının funksiyaları artırılır.

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ümumiyyətlə Mediasiya Şurası, nizamnaməsində də əks olunduğu kimi, qeyri-kommersiya qurumudur. "Hüquqi şəxsdir, qeyri-hökumət təşkilatıdır. Şuranın məqsədi və vəzifələri mediasiya sahəsində tənzimləmələri, ona nəzarəti həyata keçirməkdir. Bu sahədə dövlət proqramlarının, normativ hüquqi aktların hazırlanmasında və təqdim olunmasında iştirak edirlər. Mediasiyada kifayət qədər təhsilli şəxslər çalışır, mediator fəaliyyəti ilə məşğul olmaq istəyənlərin ilkin hazırlığı üzrə təlim keçirlər, onların hansı işlərin görülməli olduğu barədə təlimatları olur. Təbii ki, onlar Mediasiya Şurasının öz fəaliyyətini həyata keçirməsi üçün üzvlüyə qəbul edilirlər. Onlar dövlət büdcəsindən maliyyələşmir, mübahisələrin növlərinə uyğun olaraq rüsumlar alırlar. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə rüsum 50 manat, eyni zamanda əmək münasibətlərindən irəli gələn mübahisələrin araşdırılması üçün rüsum 50 manatdır. Kommersiya mübahisələri artıq yoxdur, əvvəl vardı, indi çıxarıblar. Ümumiyyətlə, 500 manatdan yuxarı iddia ərizəsini hazırlamaq üçün 20 manat rüsum müəyyən edilib. 1000 manatadək olan iddia ərizələrinin dövlət rüsumu 40 manatdır. 5000 min manatadək olan iddia ərizələrinin qiyməti 200 manatdır. 5000 manatdan yuxarı olanda rüsum 400 manatdır. Yəni bu qurum ianələrdən və dövlət rüsumlarından yığılan məbləğlə öz funksiyalarını həyata keçirir, əməkhaqqı alırlar. Amma bütövlükdə, son beş il ərzində Şuranın ailə münasibətlərindən dolayı mübahisələrin məhkəməyə qədər həlli və yaxud əmək mübahisələrinin məhkəməyə qədər həlli nə dərəcədə səmərə verib? İctimai rəydə, sorğularda, eyni zamanda özümün də bələd olduğum bəzi faktlarda məhkəməyə qədər belə mübahisələrin çözülməsi hallarının geniş yayılmadığı qənaətindəyəm. Bu mübahisələrin çözülməsi o mediatorun pxsixolji bacarığından, peşəkarlığından, səriştəsindən, qarşı tərəflə danışıq tərzindən, davranışından asılı olur. Etiraf edim ki, orda da intellektli insanlar var. Müəyyən mənada boşanmalarla və digər mübahisələrlə bağlı mediator ona müraciət edən vətəndaşın sorğularına uyğun onu təlimatlandırır, tövsiyələr verir və qarşı tərəf müəyyən hallarda mediatorla razılaşır, belə deyək, məhkəməyə müraciət etmək fikrindən daşınır. Bu çox nadir hallarda olur.

Amma deyim ki, məhkəmələrdə boşanmalarla bağlı müraciətlər yenə çoxdur. Burda əsas məqsəd nədən ibarətdir? Mediatorlar öz vəzifə funksiyalarını həyata keçirirərkən bununla həm də məhkəmələrin bir növ yükünü azaltmış olurlar. Əsas niyyət həm də bundan ibarətdir".

Ş. Əliyevin sözlərinə görə, çünki doğrudan da, hakimlərin boşanmalarla, əmək mübahisələri, əmlak mübahisələri ilə bağlı bəzən işləri çox olur. "Düşünülürdü ki, mediatorlar bu sahədə ciddi dönüş əldə edə bilərlər. Amma çox təəssüf ki, bu sahədə belə nəzərəçarpacaq addım atılmadı, hətta insanlar son zamanlar mediasiyaya müraciət etmək fikrindən daşınırlar. Çünki müraciətin nəticəsi olmayanda onlar deyirlər ki, əvvəlcədən hər hansı bir hüquq məsləhətxanasına müraciət edib təcrübəli bir vəkillə rastlaşsaydım ödədiyim pulun məbləği bəlkə bundan da az olardı, peşəkarların sayəsində məsələ həllini tapardı. Amma çox təəssüf ki, qeyri-kommersiya təşkilatı kimi yaranan Mediasiya Şurası bu sahədə elə də cəmiyyətin gözləntilərini məcrasına yönəldə bilmədi.

Onların nizamnaməsinə görə, Mediasiya Şurası qadağan edilməyən növlərdə əmlak sahibi olur, büdcəsini birdəfəlik üzvlük haqları, ianələr, qrantlar, qanunun tələblərinə uyğun əldə etdikləri gəlirlərlə, qanunla qadağan olunmayan digər maliyyə mənbələri hesabına formalaşdırır".

Ş. Əliyev hesab edir ki, Mediasiya Şurasının funksiyalarının artırılmasına heç bir lüzüm yoxdur. "Ölkədə müxtəlif sahələr üzrə fəaliyyət göstərən QHT-lərin qanuna əlavələr edib funksiyalarını artırmağa zərurət yoxdur. Mediasiya Şurası haqqında ayrıca qanun var, bu əlahiddə bir qanundur. Nazirlər Kabinetinin bu sahədə ayrıca qərarı da var. Sanki bunlara özəl bir yanaşma sərgilənir. Bu özəl yanaşma, özəl qayğı özünü doğrultmur axı. Hər dəfə də bunların funksiyalarını artırmaqla, əksinə, bu qeyri-kommersiya təşkilatının fəaliyyət istiqamətlərində, vəzifələrini həyata keçirməsi yönündə çətinliklər yaranır. Çoxlu sayda QHT var ki, oturmaq üçün heç ofisi yoxdur. Yəni bərabərlik hüququnun təmin olunması baxımından yanaşılanda suallar yaranır, Mediasiya Şurasının yaranmasına bu qədər önəm vermək nədən xəbər verir? Məhkəmə hakimiyyətinin işinin yüngülləşdirməsinə, ora müraciətlərin "sivil qaydada bloklanmasına" gətirib çıxarırsa bunu biz görmürük. İnsanların müəyyən mənada məmnunluğunu təmin etmək niyyəti daşıyırsa bu da o qədər yoxdur. Ola bilsin, interaktiv sorğu nəticəsində beş - altı adam müsbət nəsə deyər. Amma ümumiyyətlə, müraciət pulsuz olmalıdır. Vətəndaş qeyri-kommersiya təşkilatına müraciət edəndə bu pulsuz olmalıdır. QHT rəhbəri kimi mənə də müraciətlər edilir, biz əsla onlarla başqa cür davranmırıq. Yəni bütün qeyri-hökumət təşkilatları, qeyri-kommersiya təşkilatları necədirsə bunlar da həmçinin elə olmalıdır. Üzvlük haqqının olması, ödənilməsi mümkündür. Burda işləyənlərlə işləməyənlər arasında fərq olmalıdır. Üzvlük haqları onların aldıqları məvacibə uyğun olmalıdır. Bu baxımdan mənim bir vətəndaş, hüquqşünas kimi yanaşmam belədir. Bu qədər bu qeyri-kommersiya təşkilatına önəm verməklə onların fəaliyyət istiqamətləri bir araya sığmır. Yəni nəticə etibarı ilə səmərənin əldə olunması baxımından münasib deyil. Ona görə də düşünürəm ki, buna bu qədər vaxt sərf edilməsinə də ehtiyac yoxdur".

Ş. Əliyevin sözlərinə görə, Mediasiya Şurasının sənədləri sırasında belə bir cümlə var: mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur. "Yəni ümumi baxımdan mənası budur. Mediasiya zamanı tərəflər mediatorun, yəni vasitəçinin köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Bunun üçün də, təbii ki, mediatorun bacarığı, qabiliyyəti, intellekti, təcrübəsi, səriştəsi olmalıdır. Özləri qeyd edirlər ki, tərəflərə vicdanla yanaşdıqları və mübahisənin həll olunmasında maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85 faizdən yüksəkdir. Bunların bu təhlilində belə deyilir, amma cəmiyyətdə belə rəy yoxdur ki, bu 85 faizdən yuxarı olsun. Guya hakimin, arbitrin səhv qərar qəbul etməsinə təsir edir və sair. Bu tamamilə şişirdilmiş rəydir"-deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ