Cümə günü, 06 noyabr 2026
     

“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

Image


Vətən müharibəsi şəhidi, neçə-neçə qəhrəmanlıq nümunəsi yazmış Babək Namazov haqqında doğmaları, dostları, onun qəhrəmanlığına şahidlik edən zabit və əsgərlər də bir-birindən maraqlı fikirlər səsləndiriblər. Həmin fikirlərdən bəzi seçmələri təqdim edirik...

Zərəngül Namazova, bibisi

- Namazov Babək Səhman oğlu Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olmuşdu. O, uşaq vaxtından qorxmaz, sözün düzünü deyən, hamının gözünə dik baxmağı bacaran oğul idi. Heç bir uşağın etmədiyini Babək etməyə qadir idi. O, fitri istedadı ilə də uşaqlardan fərqlənirdi. Nəsə düzəltməyi, yaratmağı bacarırdı. O, yaxşı oxumağı ilə də seçilirdi. Nə qədər dəcəl olsa da, böyüyün, kiçiyin yerini uşaq vaxtından bilirdi. Böyüyə hörmət onun qanında, canında idi. Özündən böyüyə daim hörmətlə yanaşar və “siz” deyə müraciət edərdi.

Babək 5-ci sinfi qurtarandan sonra Gəncəyə gəlib, bizdə qalıb. Onun ən gözəl çağları bizim evimizdə, mənim yanımda keçib. Öz uşaqlarımla bərabər oturub, deyib-gülərdi. Heç birindən seçilməzdi. Nə desən, həmin dəqiqə əməl edərdi. Deyərdi ki, bibi, təki sənin canın sağ olsun.

Məktəbdə öz biliyi ilə, ağlı ilə seçilib. Daim direktor iclaslarda məni çağırıb deyərdi ki, sənin nə ağıllı balan var.

Riyaziyyatı su kimi bilirdi...

Bir dəfə məktəbdə Cəlil adlı oğlan ayağını uzadıb onu yıxmışdı. Nəticədə qolu qırılmışdı. Amma Babək həmin oğlanı bağışlamışdı. Babək bağışlamağı da sevirdi. Onun əsas məqsədi düzgünlük idi. Həmişə deyirdi ki, mən Vətən uğrunda çalışıb, Vətənin ən layiqli əsgərlərindən biri olacam. O, orta məktəbi bitirdikdən sonra Azərabaycan Texniki Universitetinə qəbul oldu. Universiteti bitirdikdən sonra isə hərbi xidmətə yollandı. Hərbi xidmətdə də ondan komandanlıq - polkovniki ağız dolusu danışardı. O, qoçaqlığı, sərtliyi, hazırcavablığı, bacarığı ilə fərqlənirdi. Bu səbəbdən də Babəki xüsusi təyinatlı qrupda saxladılar. Türkiyədə keçirilən 6 aylıq yarışda birinci yeri tutmuşdu. Oradan fəxri fərmanla qayıtmışdı.

Bundan başqa, Babək düşmənin gözünə cəsur gözlərlə baxmağa qadir idi. Heç kəsdən qorxmazdı. Ona əsgərlər “Yırtıcı Babək” deyirdilər. Onun ləqəbi idi bu. Bunu mən İcra Hakimiyyətində eşidəndə dəhşətə gəldim.

Babək öz düzgünlüyü ilə, vətənpərvərliyi ilə, Vətənə olan məhəbbət ilə, Vətən eşqi ilə alışıb yanırdı. Elə Vətən uğrunda da öz canını qurban verdi.

Babək, demək olar ki, bibilərinin içində ən çox məni istəyirdi. Mənə bağlı olduğu üçün 5-ci sinfi bitirəndən sonra dedi ki, mən bibimlə qalmaq istəyirəm. Onu həyatda yetişdirən, mükəmməl biliklərə sahib edən mən olmuşam. Demək olar ki, ikinci anası mən idim.

Onun ata nənəsinin atası vaxtilə Ermənistandan olan qaçqınlardan olub. Amasiya rayonundan gəliblər. Nənə və babası Babəkə həmişə ermənilərin zülmündən danışanda, onda ermənilərə xüsusi nifrət oyanırdı. Qəzəbini güclə cilovlayırdı.

Məktəbdə son zəng keçiriləndə Babək yalnız bir dəfə oynadı. Soruşanda ki, niyə oynamırsan, deyirdi ki, utanıram oynamaqdan.

Məktəbin direktoru Təranə xanım həmişə onun ağıllı, dərin zəkalı, iti baxışa malik olduğunu deyərdi.

Babəkin müəllimlərindən biri də Ədalət müəllim idi. Ədalət müəllim onun ölüm xəbərini eşidəndən sonra bizə başsağlığına gəlmişdi...

Demə, Babək həmişə məzuniyyətə gələndə gedib ona 50, 100 manat pul verirmiş. O, xəstə yatırdı. Bunu Ədalət müəllim bizə deyəndə Babəkin ürəyinin böyüklüyünə heyran qaldıq...

Babək artıq Vətən oğludur. O, elə bir ucalığa qalxıb ki, orada Ay kimi işıq saçır. Onun Vətən sevgisi indi hamımıza bir örnəkdir.

Əlbəttə, vaxt keçəcək, şəhidlər haqqında dastanlar, şeirlər və bir-birindən maraqlı əsərlər yazılacaq. O zaman Babəkin də adı dillərdə dolaşacaq...

Babək bizim qürur və and yerimizdir...

Zərnigar Namazova,

bibisi

Basdığın yerlərə torpaq deyərək keçmə tanı,

Düşün altındakı minlərlə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,

Vermə dünyaları alsan da, bu cənnət vətəni!

M.Akif Ərsoy

Babək haqqında düşüncələrim-xatirələrim mənə bu şeiri xatırladır...

Göllərim qurudu, sandım ağladı,

Sonama səs verdi anam, ağladı.

Toyuna aldığım xınam ağladı,

Mənə qara daşlar səs verdi, oğlum.

Səni andım, elə yandım, elə yandım...

Oğul gördüm, anasına biganə,

Oğul gördüm, anasına divanə...

Babək adını sənə atam verdi. Sən özün isə bu adı daha da rövnəqləndirdin. Bu adı o qədər ucaltdın ki, çoxları bu ada, şəhidlərə qibtə edirlər və edəcəklər.

Uşaqlıqdan inadcıl idin, cəsur, dönməz idin. Biz bilməz idik ki, sən hamımızdan əvvəl Allah dərgahına gedəcəksən, uca məqama yüksələcəksən...

Yaman mərhəmətli idin, heç bir heyvanı incitməzdin. Gah quşlara yem verirdin, gah it saxlayırdın, yumurtadan təzə çıxmış cücələri necə də qoruyardın... Başladığın işi yarımçıq qoymazdın.

Ali təhsilini bitirib orduya getdin, ən çətin işi seçdin... Mina axtaran Babək...

...Yoldaşları ona “canavar” deyə müraciət edirlərmiş... Yasa gələn bir dostu danışdı ki, bir dəfə təlim zamanı özümü itirdim. Altı kilometr qaçmalı idik... Mən ona dedim ki, Babək, məni qoy get. O isə məni çiyninə aldı və bu qədər məsafəni belə qaçdı...

Bir dəfə bacım ona sual verdi ki, Babək, niyə bu sahəni seçdin? Babək belə cavab verdi ki, bibi, ya məni yolda maşın vurdu, öldüm, ya da Vətən üçün öldüm. Hansı ölüm daha şərəflidir, səncə?! Mən həyatımı hər an Vətənə qurban verməyə hazıram...

Dediyi kimi də etdi. Babək Cəbrayıl döyüşlərində Vətən adlı şahpəriyə qurban getdi... Düşünürəm ki, son anda nə söylədi igidim, şəhidim?!

Şəhidlərin son anda şahidi uca Allah olur. Şahidi Allah olan şəhidlər! Yeriniz cənnət olsun! Doğrudan da, şəhidlər ölməzlər, onlar hər zaman diridirlər. Onlara ölü deməyin! Sanki hər gün Babək mənə deyir ki, bibi, mən şəhid oldum ki, Vətən torpağı azad olsun! Mən şəhid oldum ki, qız-gəlinlərin namusu tapdalanmasın, Vətənim yağmalanmasın. Düşünürəm ki, sevə-sevə həyatını kimlərəsə fəda etməyi bacarmaq özü bir qəhrəmanlıqdır. Görəsən, bunu hamı bacarırmı?!

...Özünə ev tikdin, yuva qurmaq istədin. Taleyə bax, Allahım! Evi var, özü yox... Sənə yox deyə bilmirəm, mənim əbədi yaşayanım! Bizdən sənə nə qaldı, bilmirəm. Səndən bizə bir ömürlük xatirə qaldı...

Ata qardaşım mənim,

Könül sirdaşım mənim.

Həm sevincim, həm qəmim,

Həm də göz yaşım mənim!

Sevdiklərinə söyləyirdin ki, fikir etməyin, sizlərə hər cür şərait yaradacağam. Bacısı Şəmsə, qardaşı Kamrana söyləyirdi ki, mənim kimi qardaşınız var, heç nədən qorxmayın. Deməli, bu sözləri əbəs yerə demirmiş Babək oğlumuz. Cəmi 26 il yaşadı. Babək adını zəfər tariximizə yazdı, çoxlarına etalon oldu. Özünə elə ölüm seçdi ki, ölməzliyə qovuşdu. Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm, hamınızı görürəm. Eşq olsun belə oğullara, əbədi ölməzlərə, şəhidlərə! Eşq olsun ölümü ilə hamıya nur saçanlara! Eşq olsun ölümü ilə Allah məqamına ucalanlara, şəhidlik zirvəsini fəth edənlərə! Rahat yatın şəhidlər, siz insanlara yaşamaq dərsi verən qəhrəmanlarsınız...

Düşünürəm ki, tikdiyin evdə gələcəkdə bir balaca Babək yaşayar, evinin işığını yandırar. Sənin qəhrəmanlığından dərs ala-ala böyüyər, sənin kimi cəsur, dönməz, igid bir oğlan olar...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ