“Son vaxtlar Azərbaycandakı sosial şəbəkə seqmentində baş verənlər, xüsusilə gənc nəslin Tik tok platformasında mənəvi dəyərlərimizə zidd olan proseslərə alət edilməsi gələcəyimiz adına ciddi təhlükədir.” Bu barədə “Nəcib Jurnalistlər” Təşkilatının rəhbəri Mətləb Salahov KİV-ə açıqlamasında bildirib. Qurum rəhbəri bəyan edib ki, bilərəkdən, “qazanmaq həvəsi” yaradaraq gələcək nəsli sosial şəbəkə tiryəkinə qurban edir, onları əxlaq yoxsulu olanların, cinsi azlıqların, ailə tərbiyəsindən yoxsul olanların qarşısına qurbanlıq yem kimi atırlar. “Təəssüf ki, artıq hiss edilmədən bu sosial şəbəkələr gələcəyimizin qəbrini qazmağa başlayıblar belə...
Xüsusilə son bir neçə il ərzində sosial şəbəkələr əsl xaotik vəziyyətdədir. Heç bir sərhəd tanımayan məlumat yayımı, dövlət və milli maraqların gözlənilməməsi, ailə həyatından tutmuş ən kritik dövlət və siyasi məsələlərə qədər hər şeyin hədəfə alındığı sosial şəbəkələrdə nəzarət mütləq tənzimlənməlidir. Tənzimləmə mexanizminin olmaması isə olduqca təhlükəlidir. Hələ 44 günlük müharibə zamanı dövlətin interneti məhdudlaşdırmağa məcbur olması dediklərimiz üçün bariz nümunədir. Açıq-aşkar görünən odur ki, bu gün sosial şəbəkələr nəzarətsiz poliqona çevrilib və bu proses dayandırılmasa, cəmiyyət olaraq bunun acı nəticələrini uzun illər çəkməli olacağıq.”-M.Salahov bildirib.
Namiq