Azərbaycan külli miqdarda dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunan Krasnodar diyarının keçmiş hakimi Yelena Xaxalyevanın ekstradisiyası ilə bağlı Rusiyanın sorğusunu rədd edib.
Bu barədə Rusiya mediası məlumat yayıb. Azərbaycanın bu qərarının səbəbi açıqlanmasa da, Xaxalyevanın vəkili “Kommersant”a açıqlamasında onlara bu barədə heç bir rəsmi məlumat verilmədiyini bildirib.
Qeyd edək ki, Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva yanvar ayında Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
TAHİR