Cümə günü, 06 noyabr 2026
     

“...Müharibə onun hərbidən ayrılmasına imkan vermədi”

Image


Vətən müharibəsi şəhidi, neçə-neçə qəhrəmanlıq nümunəsi yazmış Babək Namazov haqqında doğmaları, dostları, onun qəhrəmanlığına şahidlik edən zabit və əsgərlər də bir-birindən maraqlı fikirlər səsləndiriblər. Həmin fikirlərdən bəzi seçmələri təqdim edirik...

Məmmədova Zemfira Qüdrət qızı, Babəkin nənə əvəzi xalası

- Babək 1-ci sinifdən 4-cü sinfə qədər Rusiyada oxuyub, bizim evimizdə qalıb. Biz bir az tərəddüd edirdik ki, Babək xüsusilə, riyaziyyatı rus dilində necə oxuyacaq. Amma o, 1-ci sinifdən 4-cü sinfə qədər riyaziyyatdan “5” aldı. Çox ağıllı uşaq idi.

Bəzən uşaqlar qrip olurdular. Sağalmaq üçün içdikləri dərman da acı olurdu. Bacı-qardaşından böyük olduğu üçün hər zaman birinci Babək içirdi dərmanı. Yəni demək istəyirdi ki, baxın, mən içdim, heç nə olmadı. Ürək-dirək verirdi bacı-qardaşına.

Bir dəfə qonaqlıqdan evə qayıdanda mənə dedi ki, xala, siz tramvayla gedin, mən özüm yolu tapıb gələcəm. Dedim ki, yolu azar, itərsən. Dedi, əgər yolu tapa bilməsəm, tramvaya minib dayanacağımızda düşəcəm. Biz tramvayı gözlədik, gəldi, minib yola düşdük. Dayanacağa çatanda, gördük ki, Babək orada bizi gözləyir. Çox çevik və yaddaşlı uşaq idi.

Qardaşım ailəsi ilə birlikdə Kalininqrad şəhərində yaşayırdı. Bizə qonaq gəlmişdilər. Uşaqları götürüb parka getdik. Orada onların şəklini çəkdik. Babək şəkildə duruşu ilə digər uşaqlardan fərqlənirdi. Əsgər kimi dayanmış, iti baxışları ilə sərt baxırdı.

2006-cı ilin noyabr ayı idi, atam rəhmətə getmişdi. Biz yoldaşımla Azərbaycana gəlmişdik. Babək onda 5-ci sinifdə oxuyurdu. Dedim, mağazadan bir az şirniyyat alım, evə əliboş getməyim. Azərbaycan pulunu da yaxşı tanımırdım. Babək dedi ki, mən pulu tanıyıram. Onu götürüb getdim mağazaya. Mağazadan cürbəcür konfetlərdən götürdük. Satıcı qadın qiymətləri kalkulyatorda hesablayana qədər Babək nə qədər ödəniş etməli olduğumuzu dedi. Satıcı heyrətlənib Babəkdən bunu necə hesabladığını, neçədə oxuduğunu soruşdu. Babək də fərəhlə, 5-ci sinifdə oxuduğunu dedi. Satıcı məmnunluq dolu baxışlarla onu süzdü...

Babək həmişə seçilirdi, hamıya kömək etməyi sevirdi. Hər yerdə yenilik axtarırdı. Uşaq vaxtından qeyri-adi uşaq idi. Öz tikəsini də bölməkdən çəkinməzdi. Heyvanlara qarşı ayrı sevgi var idi onun ürəyində. Sonuncu dəfə Babək kənddə olan evlərinə iki dənə bala it gətirmişdi. Müharibə başlanmamışdan öncə, təxminən iyul-avqust aylarında itlər heç nə yemirdilər. Səbəbini də bilmirdik. Xəstələnib öldülər... Sanki həmin itlər Babəkin də öləcəyini hiss etmişdilər.

Moskvada bacımın qızının toyu olacaqdı. Babəkə dedim ki, gəl, Moskvaya toya gedək. Dedi ki, mənə 5 il xaricə getmək olmaz. O, dünyasını dəyişəndən sonra biz Babəki tanıdıq. Sən demə, Babək əsl qəhrəman imiş, əsl kəşfiyyatçı imiş... Babəkin ləqəbi də var imiş: “Yırtıcı”...

Mən Azərbaycanda olanda Babək gəldi, mənimlə görüşdü. Artıq böyümüşdü, hərbçi idi. Məzuniyyət vaxtı idi, gəlmişdi evini tikdirməyə. Amma məzuniyyəti bitməmiş onu geri çağırdılar. Soruşanda ki, niyə gedirsən, məzuniyyətin bitməyib hələ. Dedi ki, Murovdağdan Ağstafaya qədər əsgər düzüblər. Mən burda rahat ola bilmərəm. İnşallah, gəlib noyabrda evi düzəldəcəm... Heyif, arzuları ürəyində qaldı.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

Babəkin xalasının xatirələrindən:

- Mənim ata evim Gəncədədir. Yadımdadır, böyük bacım Moskvadan gəlmişdi. Babəklə mağazaya konfet almağa getmişdilər. Bir neçə çeşiddə konfet çəkdirirlər, ödəmə zamanı satıcı səsli şəkildə qiymətləri kalkulyatora vurur, nəticəni deməmişdən, Babək pulun nə qədər olduğunu söyləyir. Bu, satıcı üçün gözlənilməz olur. Babəkin neçədə oxuduğunu soruşur. Babək 5-ci sinifdə oxuduğunu deyir.

Babək 9-cu sinifdə riyaziyyat və ingilis dilindən hazırlığa getdi, 10 və 11-ci siniflərdə isə “Araz” kurslarında I qrup üzrə hazırıq keçdi. 11-ci sinifdə, imtahana 6 ay qalmış - “Mən xarici dil kimi ingilis dili yox, rus dilindən imtahan vermək istəyirəm” dedi. Baxmayaraq ki, 2 il yarım ingilis dilinə hazırlaşmışdı.

Beləliklə, 6 ay rus dili üzrə çalışdıqdan sonra 25 sualdan 22-ni düzgün cavablandırdı. I qrup üzrə 332 bal topladı. Mən ondan daha çox nəticə gözləyirdim. Səhlənkarlığı olmasaydı, nəticəsi daha yaxşı olardı.

Biz Babəkə - riyaziyyat müəllimi ol, - dedik. Babək - məndə hövsələmi var, uşaqları qırıb batıraram, - dedi. Kursdan fizika müəllimi Orxan Babəkə Bakıda Texniki Universitetin yeni acılmış “Silahqayırma” şöbəsinə qəbul olmağı məsləhət gördü. O da 2012-ci ildə Texniki Universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinə ödənişsiz qəbul oldu. 4 il Bakı həyatı onu ağuşuna aldı. Tələbəlik həyatı onu yenə evdən uzaq saldı.

Məktəb vaxtları, şənbə, bazar, tətillərdə və bayramlarda evdə bizimlə olurdu. Əkin işlərinə yaxından kömək edirdi. Sonra isə ildə 2 dəfə evə gəlirdi. Bu 4 il onun üçün o qədər də asan olmadı: Bakıda yaşamaq, kirayə tutduğu evin pulunu ödəmək və s. Baxmayaraq ki, evdən ona müəyyən məbləğdə pul göndərirdik, bəzən qohumlar da maddi köməklik edirdi. O, özü də axşamlar gündəlik işlərdə işləməklə öz tələbatını yoluna qoymağa çalışırdı.

Ümumiyyətlə, orta məktəbdə oxuyan müddətdə də verilən həftəlik pullar onu qane etmirdi, ancaq buna görə heç bir söz deməzdi. Çalışardı ki, biz bunu hiss etməyək.

Babəkin ev quşlarına və göyərçinlərə marağı çox idi. Kənddə qonşu göyərçin saxlayırdı, o səbəbdən də qonşunun oğlu ilə dost olmuşdu. Gəncəyə getmək səbəbinin biri də bu idi: Quşbaz olmasın.

Əl səliqəsinə söz olmazdı, hətta toyuq, qaz və s. təmizləməsi mənim etdiyimdən qat-qat səliqəli və asan alınırdı. Tələbəliyin ilk vaxtları biş-düşlə də məşğul olurdu. Həmişə deyirdi ki, başqaları bişirəndə yemək qazanda qalır, mən hazırlayanda özümə çatmır. Məndən məsləhət alaraq deyirdi: “Düyü supu bişirəndə əvvəl yaxşı alınır, lakin sonra düyü çoxalır, yemək xəşil olur. Bir az düyünü tez gotür, tam bişməsin, bir az keçdikdən sonra isti düyünü bişirəcək, yemək xəşilə dönməyəcək”. Həmin qış evə gələndə dedi ki, qoy sizə düyü supu bişirim. Bişirdi. Çox ləzətli alınmışdı. Düzünü deyim ki, mən indiyə qədər elə dadlı düyü supu bişirməmişəm.

Babəkin maraqlı məşğuliyyəti çox idi. Sərrast atıcılıq qabiliyyəti vardı. Cücələri pişikdən qoruyarkən atdığı daş mütləq pişiyə dəyməli idi. Uşaq əyləncəsi əsasən bu idi: “raqatka” düzəldib ondan məharətlə istifadə edirdi. Onu da xatırladım ki, Babək şəhid olduqdan sonra is yerindən gətirilən əşyalarının içində yeni düzəltmək istədiyi “raqatka” ləvazimatları da var idi...

Bəlli ki, biz kənd həyatı yaşayır, əkib-biçməklə məşğul oluruq. Babək evə gələndə bizə bu işlərdə yaxından köməklik edərdi. Həm məktəbdə oxuyanda, həm tələbə olanda, həm də hərbidə xidmət edəndə belə vaxt tapan kimi bizdən köməyini əsirgəmirdi. Ən çox da suvarma işini xoşlayırdı. Arxdan su gətirmək bir az çətin olurdu, çox vaxt növbə axşama qalırdı. O isə həvəslə, gecə də olsa, bu işi yerinə yetirirdi. Yatmağı da xoşlayırdı, ...sanki nə vaxtsa yarımçıq qalan yuxularının əvəzini çıxırdı...

Babəkin bir sözü indi də məni çox təsirləndirir. Deyirdi ki, məni evdən uzaqlaşdırdınız, özünüzdən ayrı saldınız...

Mənim də cavabım bu olurdu ki, gün gələcək, hansısa bir sevimli işin, vəzifən, gözəl ailən olanda nədən belə etdiyimizi anlayacasan. Lakin bu vəd yarımçıq qaldı. Sən demə, mən onu şəhid olmağa hazırlamışammış...

Artıq son kursda deyirdi ki, mən özüm diplom işimi yazacam, mənə kömək etmək lazım deyil. Öz səyi ilə yazdığı diplom işi rəhbər müəllimi tərəfindən bəyənilmədi, baxmayaraq ki, onun çəkdiyi çertyojlar və nəzəri hissə mükəmməl alınmışdı...

Oxuduğu müddətdə öz yoldaşlarının da çertyojlarını kompüterdə o işləmişdi. Hesabat mərhələsində çətinlik çəkir, rəhbər müəllimi ona köməklik göstərmir. Bunun üçün də diplom işini müdafiə edə bilmir. Diplom almadığı üçün də 1 il yox, 1 il yarım hərbi xidmət çəkməli idi.

2016-cı ilin yayında Babək Cəlilabad rayonunun Göytəpə kəndindəki N saylı hərbi hissədə xidmətə başladı. Andiçmə mərasimində valideynləri içəri buraxmadılar. Mərasim başa çatandan sonra görüş verdilər. Səsi batmışdı. Dedik, yəqin soyuqlamısan, ozünü gözlə, havanı dəyişmisən, bir az ehtiyatlı ol. Dedi ki, yox, soyuqlamamışam, andiçmə zamanı işıq yox idi, mikrofon işləmədiyindən, himni özümüz oxuduq, mən də elə yüksək səslə oxudum ki, səsimi gücə saldım.

Babək, 22 yaşı olmasına baxmayaraq, öhdəsinə düşən tapşırığı öz məsuliyyəti ilə yerinə yetirmişdi. Bəlkə də 1 il hərbi xidmətdə olsa idi, digər ali təhsillilər kimi evə gələrdi. 6 ay əlavə hərbidə qalması onun həyatında daha bir ayrılıq yaratdı. Yenə evdən uzaqda oldu. 3 il də əlavə hərbidə qalaraq müddətdən artıq xidmətdə çalışmağa razılıq verdi...

Əsgərlikdə olduğu müddətdə minaçıxarma üzrə təlim keçir. Sonra işini davam etdirərək XTQ-nin nəzdində kəşfiyyatçı peşəsinə yiyələnir və əsgərlərinə də bu peşənin sirlərini öyrətməklə məşğul olur. 2018-ci ildə Türkiyədə keçirilən EFS yarışlarında komanda şəklində iştirak edirlər və 1-ci yeri tutaraq geri dönürlər.

2019-cu ilin sonunda yaxşı xidmətinə görə Babək kiçik çavuş rütbəsinə layiq görülür. Bu illər ərzində diplomunu da müdafiə edir. Biz onun aidiyyəti üzrə işləyəcəyini düşünsək də, onun tutduğu yol hərbi oldu.

Babək Bakıda və hərbi xidmətdə olduğu müddətlərdə tez-tez onunla telefonla əlaqə saxlayırdıq. Özünə bağlı insan olsa da, ara-sıra fikirlərini bildirərdi. Hazırlıqlar müddətində bacı-qardaşlarına köməklik edərdi. Məntiqi güclü idi.

Həyatının ailə qurmaq hissəsinə bir az uzaqdan yanaşırdı. Xidmətinin 3-cü ilində artıq ailə haqqında fikirləşirdi. Buna görə də birinci olaraq özünə ev tikmək qərarı vermişdi, hətta evin ilk tikilişində özü yaxından iştirak etmişdi. Lakin onun bu arzusu da yarımçıq qaldı...

2020-ci il mayın sonu idi. Babəkin məzuniyyət vaxtı qurtarmışdı. Yenidən xidmətə getməyə hazırlaşırdı. Dedim ki, yanvarda xidmət vaxtın qurtarır (3 ili tamam olurdu), xidmətini başa vuran kimi evə qayıt. O isə belə cavab verdi: “Mən özümü hərbidə görürəm. Çalışacam, evə yaxın olan hərbi hissələrdən birinə dəyişilim. Mən hərbidən ayrılmayacam”.

...Müharibə onun hərbidən ayrılmasına imkan vermədi. Əbədi olaraq hərbidə qaldı...

Babəklə 26 sentyabrda danışmışdıq. Özü zəng etmişdi. Tərcümeyi-hal yazırdılar. Otaqda səs çox idi. Əhvalı mənə yaxşı gəldi. - Gedirik, - dedi. Sanki harasa qonaq gedirdilər. - Allaha əmanət olun, - dedim, yaxşı yol arzuladım.

Sentyabrın 27-də Vətən müharibəsi başlandı. Babək müharibənin ilk günü Kəlbəcər uğrunda Murovdağda gedən döyüşlərdə iştirak edir. Oktyabrın 1-də dağdan aşağı düşərək Füzuli istiqamətinə gedirlər. Həmin vaxt zəng edib atası ilə danışır. Axşamı yenə zəng edib qardaşı və mənimlə danışdı. Hər şey aydın idi, onlar ancaq irəli getmək haqqında düşünürdülər... Sonrakı döyüşləri Xocavənd və Cəbrayıl uğrunda olur. Bu döyüşlərdə də Babək fərqlənir, şücaət göstərir.

1 oktyabrda da zəng etdi. Axşam idi. Bir az oradakı vəziyyət haqqında danışdı, sonra qardaşından ötrü narahat olduğunu dedi. Onu bizə tapşırdı. Bəlli ki, onu da müharibəyə çağıracaqdılar...

Oktyabrın 4-dən 5-nə keçən gün Babək ağır döyüşlərdə şəhid olur. İtkin düşməsini oktyabrın sonunda bildik. Ona qədər Babəkin şəhid olması xəbərini eşidirdik. Amma harada olduğunu bilmirdik.

Oktyabrın 4-dən 5-nə keçən gün yuxu gördüm. Gördüm ki, körpə bir uşağı öz əlimlə sönmüş közün üzərinə qoyuram ki, üşüməsin. Birdən uşaq ağlayır, onu götürmək istəyəndə köz alışır, uşağın sol ayağını azacıq yandırır. Mən közü təmizləyəndə orada dərin yara açılır... Qəfil yuxudan ayıldım və dərhal da dedim ki, Babəkə nəsə olub. Atası dedi ki, heç nə olmayıb, o, qayıdacaq.

Babək 4-5 ay itkin şəhid kimi axtarıldı. Axtarışlar, müraciətlər çox olmuşdu...

2021-ci il fevralın 16-da tapılan bir nəşin 19 fevral 2021-ci il tarixində Babəkə aid olduğu təsdiqləndi...

Babək sonuncu dəfə evə qonaq simasında, şəhid kimi gəldi və axşamı evdə qaldı. Onun nəşi 20.02.2021-ci ildə dünyaya gəldiyi Əliyaqublu kəndində dəfn edildi.

Bir vaxtlar oxuduğu kənd məktəbi heç kimin adını daşımır. Biz çox istərdik ki, həmin məktəb Babəkin adını daşısın. Baş tutası bir işdi, amma hələ ki, gözləyirik.

Gözləyirik ki, bəlkə möcüzə baş verər...

Allah hər şeyə qadirdir...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ