Tanınmış filosof Niyazi Mehdi vəfat edib. Bu barədə onun yaxınları mətbuata məlumat veriblər. Bildirilib ki, 74 yaşlı fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi ötən gecə Mərkəzi Gömrük Xəstəxanasında ürək əməliyyatı keçirib. Lakin o, əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, bir müddət idi Niyazi Mehdinin səhhətində ciddi problemlər yaranmışdı.
Mətləb