çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Könüllərdə yerin var...

Image


Cənnətin bir parçası, bir guşəsi olan bu yerlər açıq səma altında canlı muzeydi, xəzinədi.

Perimbelin simvolu olan, kökləri nəhəng qayalara işləmiş minillik əzəmətli ceviz ağacları əfsanələrdən, miflərdən gələn qanadlı heykəlləri xatırladır.

Dördüncü İmam Zeynal Abidin Səccad Əleyhissalamın nəvələri Mir Kamal və Mir Qiyas ağanın türbəyə, ziyarət yerinə çevrilmiş qəbirləri, günün hava proqnozunu dəqiq təyin edən möcüzəli, qumlu və çınqıllı qaya, yeraltı mağaralar, kahalar, qədim kurqanlar, küp qəbirlər, saxsı su boruları, təndir kürələr, qədim istehkam, qala xarabalıqları, Moran dağlarına doğru uzanıb gedən təbiətin əzəmətli xalısı - Alp çəmənlikləri, ətri, rayihəsiylə çölləri süsləyən rəngbərəng çiçəklər və bu çiçəklərdən can dərmanı bal çəkən arılar, qeyri-adi rəngləri ilə adamı heyran qoyan kəpənəklər, səsi-avazıyla bu yerlərə layla çalan sarı bülbüllər, suyu baldan şirin Göznarı bulağı...

Dördüncü İmam Zeynal Abidin Əyeyhissəlamın nəslindən olan görkəmli din xadimi Hacı Seyid Mir Taha ağa bu cənnət məkanda dünyaya göz açmış, hələ körpəlikdən evlərində hamını namaz qılan, ulu Yaradana səcdə qılan görmüşdü.

Məşhur din xadimi Axund Molla Hüseyndən dərs alan Mir Taha ağa sonralar cənub bölgəsinin ən tanınmış, sayılıb-seçilən, mötəbər din xadimlərindən biri olmuşdur.

Ömrü boyu təqiblərə, təhdidlərə məruz qalan ağzı dualı, əli dəstəmazlı bu müqəddəs din adamı öz tutduğu yoldan dönməmiş, müqəddəs kitabımız olan Qurani-Kərimin, islami dəyərlərin ən yorulmaz təbliğatçısı olmuşdur.

Bir neçə il bundan əvvəl Hacı Seyid Mir Taha ağanın uşaqlıq dostu Kərbəlayi Mirdəhəz Xurşudovla olan söhbətim zamanı o, çox mətləblərə toxunmuş, bildirmişdi ki, perimbellilər ruhən həmişə azadlığı sevmiş, sovet hakimiyyətinə tabe olmaq istəməmişlər. 1953-cü ildə Mir Cəfər Bağırovun təşəbbüsüylə Perimbel ikinci dəfə dagıdılmış, əhali öz evindən, eşiyindən pərən-pərən düşmüşdür. Qüdrətli, qeyrətli, halal din xadimi, el ağsaqqalı olan Mir Taha ağa ailəsiylə əvvəl Salyan rayonuna köçürulmüş, sonralar Biləsuvar rayonunun Bəydili kəndində məskunlaşmışdır.

İllər əvvəl tanış olduğum, doğmalaşdığım bu ailədə qeyri-adi əxlaq, etika, mədəniyyət, böyük-kiçik yeri, yazılmamış nümunəvi bir ailə kodeksi - “Hacı Seyid Mir Taha ağa kodeksi” gördüm.

Ağanı görərkən dağdan ağır yüz ilin nurani kişisini gördüm elə bil. Sükutunda, pauzasında, nurlu baxışlarında, əlinin yüngül təmasında, dodaqaltı sirli pıçıltısında, gözlərinin dərinliyindən axıb gələn təbəssüm dolu işıqda bir ilahi güc vardı. Bu enerji, bu sirli aura, halə uzaqlardan, çox uzaqlardan gəlirdi. Hacı Seyid Mir Taha ağa əsl Əhl-beyt övladı idi. Ömrünün 60 ilini islam yolunda, Allah yolunda fəda etmiş, sidq ürəklə ulu Tanrıya bağlanmışdı.

“Klassik şairlərin şeirləri ilə dini mövzuda yazılmış bədii nümunələrlə sinəsi dolu idi. İlk dəfə Quranın tədrisini – “Əlifba”nı atamla bərabər mənə öyrədən Mir Taha əmim olub. Mir Taha ağa dərin zəkaya, biliyə malik olmaqla yanaşı, məntiqi-fəlsəfi düşüncəsi ilə hər kəsi heyran qoyan alim idi. Onun nitqində, danışığında, müxtəlif mövzulu söhbətlərində daim islam əxlaqının fəlsəfəsi ön planda olub.

Həzrət Əlinin bir kəlamı var: ”Hər kəs özünü tanısa, Allahını da tanıyar”. Mir Taha ağa doğulduğu gündən özünü dərk edən, Tanıyan, böyük Allahımıza sığınan, Onu sevgiylə, məhəbbətlə vəsf eləyən ustadlarımızdan olub. İllər keçsə də belə müqəddəs insanlar unudulmur, yaddan çıxmır”.

Mirqadir Mirzəxan oğlunun ağa haqqında dediyi bu sözlərdə böyük həqiqət var.

Mirrəqib Mir Taha oğlu:

-Yadıma gəlir, uşaq idim. Bizim evdə nə qədər kitab var idi: elmi, bədii, tarixi əsərlər. Müxtəlif illərdə çap olunmuş nəfis Quran kitablarını öpüb gözümüz üstündə saxlayardıq. Bizim bir müəllimimiz vardı - İkram müəllim. Rus dili müəllimiydi. İndi haqq dünyasındadı, Allah rəhmət eləsin. Onu DTK-ya çağırırlar. Orda qulağı çalır ki, gəlib Mir Taha ağanın evini yoxlayacaqlar. Arxa yol var, ordan gizlicə gəlib anama xəbər verir ki, bəs kitabları evdən çıxarın, gəlib yoxlaya bilərlər. Kitabları yığıb qonşunun evində gizlətdik. DTK-dan gəldilər, kitabların yerini soruşdular. Dedik ki, keçin axtarın. Belə “qətiyyətli dəvət”dən sonra evə girmədilər, çıxıb getdilər. Bütün çətinliklərə baxmayaraq yolumuzdan dönmədik. Ağanın dediyi yol ilə getdik. Quranı öyrəndik, oruc tutduq, namaz qıldıq, həm dünyəvi, həm də dini təhsil aldıq.

Mir Taha ağanın neçə il bundan əvvəl qarabağlı vəkil, müharibə veteranı Yavər Cəfər oğlu Hüseynə dediyi bu sözlər heyrət doğurur:

“Nəbadə ruhdan düşəsən. Biz Şuşaya da, işğal olunmuş digər torpaqlarımıza da dönəcəyik. Oranı döyüşlə azad edəcəyik”.

Təəssüf, min təəssüf, Hacı Seyid Mir Taha ağa arzuladığı o günü görmədi. Amma torpaqlarımızı işğaldan azad edən igid oğullarımız, qazilərimiz ağanın məzarını ziyarət etdilər, onun narahat ruhunu şad etdilər, ”rahat yat, ağa, Qarabağımız, Şuşamız azaddır” - dedilər.

Söylənilənlərə görə, klassik ədəbiyyata dərindən bələd olan Mir Taha ağa Cənubi Azərbaycan şairi Didəni çox sevər və onun şeirləriylə məclisə xitam verərmiş. Onun aşağıdakı beytini isə məharətlə söyləyərmiş:

                                      Ey könül, hacətini etmə tələb hər kişidən,
                                      Dilənmək istəsən, barı, dilən ər kişidən.
                                      Dərdi izhar eləsən, siri-sifət şəxsə elə,
                                      Nə çıxar tülküsifət, quyruğu çəmbər kişidən?
                                      İki dünyada Əlidir, iki dünyada Əli,
                                      Dönməsin aqil olan bir belə rəhbər kişidən.

Hacı Seyid Mir Taha ağanın hələ saglığında cənnəti qazandığını, o dunyada yerinin behişt olduğunu deyən şair Seyidağa Seyid Sadiq ağanın adının Quran surəsindən götürüldüyünü, mənasının on dörd gecəlik Ay olduğunu bildirir.

Bu Ay bəmbəyaz buludlar arxasına çəkilsə də, nuru, ziyası hər zaman könüllərdə, ürəklərdədi.

İyulun iyirmi doqquzu unudulmaz Hacı Seyid Mir Taha ağanın anım günüdür.

Gülab ətirli məzarın nurla dolsun, ağa!

Zülfüqar ŞAHSEVƏNLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ