çərşənbə axşamı günü, 10 noyabr 2026
     

5 min valideyn həbs edildi - alimentdən qaçanlarla davranış sərtləşir...

Image


Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistika da təsdiqləyir. Belə ki, bu ilin ilk beş ayında 6323 boşanma halı qeydə alınıb. Ekspertlər ailələrin dağılmasında bir çox səbəbləri əsas göstərirlər. Səbəblər adi sözdən tutmuş, sosial, məişət problemlərinə qədər uzanır.

Boşanmadan sonra yaranan ən böyük problemlərdən biri də alimentlərin verilməsi ilə bağlı olur. Çünki qanuna əsasən, boşandıqdan sonra uşaq valideynlərdən birində qalarsa, digər valideyn aliment ödəməlidir. Çox zaman uşaqlar analarında qalır və tənha qadınlar üçün uşaqlara baxmaq o qədər də asan başa gəlmir. Bu məsələ elə bir həddə gəlib çatıb ki, bir çox valideynlər məsuliyyəti öz üzərindən atır, müxtəlif üsullarla aliment ödəməkdən boyun qaçırırlar. Açıqlanan rəsmi statiskaya əsasən, bu ilin 6 ayı ərzində 5 min valideyn aliment ödəmədiyinə görə axtarışa verilib, 1000-ə yaxını isə həbs edilib.

  • Hüseyn Axundov: “Səhlənkar atalar inzibati həbsdən və digər tədbirlərdən sonra aliment öhdəliklərini yerinə yetirmirlərsə, artıq…”

Aliment ödəməyən valideynlərə qarşı cəzanın sərtləşdirilməsi ilə bağlı fikir bildirən hüquqşunas Hüseyn Axundov qeyd etdi ki, alimentin ödənilməməsi problemi hər zaman aktualdır: “Məhkəmə icraçıları həmişə bu işlərə daha çox diqqət ayırır, yəni bu məsələləri mümkün qədər tez həll etməyə çalışırlar. Məhkəmə icraçıları alimentin ödənilməsini təmin etmək üçün bütün səlahiyyətlərindən istifadə edirlər. Bəzi hallarda, hətta cinayət işi də açırlar. Şəxsin daimi işi varsa və maaş alırsa ondan məhkəmə yolu ilə aliment tələb edilə bilər. Əgər şəxsin bir uşağı varsa, maaşının 1/4 hissəsi, iki uşağı varsa 1/3, üç və ya daha çox övladı olduğu halda maaşının ən azı yarısı qədər aliment məbləği alınır. Əgər onun daimi iş yeri, rəsmi gəliri yoxdursa, məhkəmə yaşayış minimumuna uyğun bir məbləğ təyin edir. Bu məbləğ 1 yanvar 2021-ci ildən uşaq başına 175 manat təşkil edir. Ancaq məhkəmənin müəyyən amilləri nəzərə alması halları da olur. Aliment ödəməkdən yayınanlara  çox vaxt iki ay müddətinə inzibati həbs təyin edilir. Səhlənkar atalar inzibati həbsdən və digər tədbirlərdən sonra aliment öhdəliklərini yerinə yetirmirlərsə, artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi (hökmün, məhkəmə qərarının və ya digər məhkəmə əmrinin icra olunmaması) ilə cinayət işinə başlanılır. Bu maddənin sanksiyalarında nəzərdə tutulmuş cəzalar belə ola bilər: 2-4 min manat arasında cərimə, 320-480 saata qədər ictimai işlər, iki ilə qədər islah işləri, azadlığın üç ilə qədər məhdudlaşdırılması (bilərzik taxılır) və ya üç ilə qədər həbs cəzası".

  • Aytəkin Kamranqızı: “Alimenti ödəməkdən imtina edən və buna görə də ölkədən çıxışına qadağa qoyulan, həbsə düşən valideynlər də az deyil”

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, aliment probleminin həll olunması üçün aliment fondu yaradılmalıdır: “Çünki işləmədiyini, qazancı olmadığını iddia edən valideynlər var ki, aliment ödəməkdən boyun qaçırır, övladı üçün pul ödəmir və nəticədə bu, uşağın yaşam keyfiyyətinə, təhsilinə mənfi təsir göstərir.  Alimenti ödəməkdən imtina edən və buna görə də ölkədən çıxışına qadağa qoyulan, həbsə düşən valideynlər də az deyil. Bəziləri yalnız həbs qərarı ciddiləşəndən sonra alimenti ödəməyə razı olur. Bir halda ki bunu ödəmək iqtidarındadır, o zaman niyə vaxtında ödəmir? Deməli, mexanizm düzgün qurulmayıb, məhkəmə icraçıları haradasa etinasızlıq göstərir və ya səlahiyyətlərinin məhdudiyyətləri var. Bu kimi hallarda aliment fondu işə qarışa, uşağın alimentinin vaxtında köçürülməsinə nail ola bilər. Beləcə, nə aliment gecikər, nə uşaq korluq çəkər, nə də valideyn məsuliyyətdən yayına bilər. Dünyada bunun analoqunun olub-olmadığını bilmirəm, amma normal cəmiyyətlərdə aliment verməkdən imtina edilmədiyini düşünürəm. Bizdə boşanan tərəflər bir-biri ilə düşmən olduğu üçün aliment alan tərəf aliment verən tərəfdən nə qədər mümkündür, pul qoparmağa çalışır. Aliment verən tərəf isə verdiyi pulun keçmiş həyat yoldaşına çatmasından narahatdır, amma unudurlar ki, insan həyat yoldaşından boşana bilər, amma övladından boşana bilməz. Verdiyi məbləğ uşağının bir ay ərzində istehlak və təhsil xərclərini ödəmir. Vəziyyəti anlayan və maddi gücü olan valideynlər daha çoxunu verə bilir, maddi sıxıntısı olan və ya valideynlik məsuliyyətini düzgün anlamayanlar isə hər vəchlə qaçmağa, ödəməməyə çalışır. Bu kimi hallar üçün məcburi aliment fondu işlək mexanizm tətbiq etməyi bacaracaqsa, niyə də yaradılmasın?”

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ