çərşənbə günü, 11 noyabr 2026
     

Qəzet yarandığı gündən bizimlə və gücümüzə güc qatanlardan oldu - Hacı Vaqif Cəliloğlu…

Image


Ölüm Allah əmri olsa da, ayrılığın gətirdiyinin əbədi bir işgəncə olduğu ortadadır. Amma o ölmə əbədi ayrılıq kimi baxmırdı, deyirdi ki, insan cismən ölür, ruhən isə yaşayır, diri qalır. O bir təqvalı insan idi. Bir təqvalı, inanclı, imanlı insan kimi axirətə inanırdı və axirətlə bağlı fikirlərini elə əsaslandırırdı ki, şəkki-şübhəyə yer qalmırdı.

77 yaşında haqqın dərgahına qovuşan Hacı Vaqif Cəliloğlu ilə uzun illər “Bakı-Xəbər” qəzetində çiyin-çiyinə işləmişik, sözümüzə söykənc, hərəkətimizə qüvvət verib, gücümüzə güc qatıb...2003-cü ilin sentyabrı ayından, yəni “Bakı-Xəbər” nəşrə başladığı gündən bu kollektivdə çalışıb. Hacı Vaqif gənclərlə dostluq etməyi çox sevirdi, daim ətrafında gənclər olurdı. Elmi, siyasi, dini-fəlsəfi mövzularda söhbət və müzakirələri də əsasən gənclərlə edirdi, elmi-dini mübahisələrdən qətiyyən çəkinməzdi, gənclik şövqü ilə qələbə qazanmağı hədəfələyərdi... Hacı səbrli insan idi, təmkinini həmişə qoruyub saxlamağı bacarırdı və hər kəsə də səbrli olmağı tövsiyə edirdi.

Texnika üzrə fəlsəfə doktoru idi, texniki sahələrlə yanaşı humanitar sahəni, xüsusən də dini, fəlsəfəni, klassik ədəbiyyatı çox sevərdi. Çox zaman Füzulidən, Vahiddən qəzəllər söylərdi...Zövqü yüksək idi. Hacı Vaqif “Bakı-Xəbər” qəzetində uzun illər dini mövzularda yazılar hazırlayıb və qəzetimizin dini yazarı kimi həm din tariximizi, həm də islam dinin formalaşmasında əməyi olan şəxsiyyətlərin, onların irsinin tanıdılmasında  özünəməxsus rol oynayıb. Heç şübhəsiz ki, Uca Yaradanın kitabı Quranın təbliğində də Hacı Vaqif öz yazıları ilə az iş görməyib, əksinə çox iş görüb. Hacı Vaqifin vacib və nümunə ola biləcək keyfiyyətlərdən biri o idi ki, o islam dininin mahiyyətini, Quranın fəlsəfəsini  heç bir məhzəbə bölmədən olduğu kimi çatdırırdı...Bütün bunları onun yazılarında, çıxışlarında, şərhlərində açıq görmək mümkündür.

Hacı Vaqif haqqında keçmiş zamanda danışmağın özü adama qəribə gəlir. Doğma insanın yerini hər zaman hiss edirsən, hiss etdiyin ağrını isə heç nə ilə keyidə bilmirsən.

Qeyd etdiyim kimi Hacı Vaqif uzun illər “Bakı-Xəbər”də çalışıb, bizimlə birgə irəliyə, yeni-yeni yaradıcılıq uğurlarına, hadisələrinə imza atıb, qəzetimizin səhiflərində onun silinməz izləri

yaşayır.

  • Vaqif Cəliloğlunun keçdiyi ömür yolu...

Həsənov Vaqif Cəlil oğlu (Vaqif Cəliloğlu) 1944-cü ildə Salyan rayonunda anadan olmuşdur. Orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1962- ci ildə Azərbaycan dövlət Neft Kimya Inistitutuna daxil olmuş, 1967- ci ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1967-ci ildən keçmiş SSR-nin müxtəlif şəhərlərində mühəndis, baş mühəndis vəzifəsində çalışmışdır. 1984-cü ildə dissertasiya müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi alıb. Jurnalistikaya olan böyük həvəsi onu “Bakı xəbər”ə gətirib və bu qazetində dini mövzularda mütamadi yazıları dərc olunub. Hacı Vaqifin dini mövzuda yazılan məqalələr oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. “Qəlbin zəkatı” və “Vicdanın zəkatı” kitablarının və onlarla məqalələrin müəllifidir. Vaqif Cəliloğlu doğulduğu Salyan şəhərində 2021- ci il 28 iyul tarixində haqq dünyasına qovuşmusdur.

Zəngin və mənalı ömür yolu yaşayan Hacı Vaqif öz yazdıqları ilə zaman-zaman onu yaxından tanıyanların qəlıbində, xatirələrində yaşayacaq...

  • Xatirələrin işığında...

İndi isə “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev başda olmaqla əməkdaşlarımızın Hacı Vaqiflə bağlı fikirlərini, xatirələrini təqdim edirik:

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Həyatı başa düşəndən indiyədək həmyaşıdlarımla bərabər yaşca özümdən xeyli böyük insanlarla da dostluğa, yoldaşlığa , müsayibliyə meylli olmuşam, özümdən böyüklərdən daha çox öyrənə biləcəyimə inanmışam. Hacı Vaqif Cəliloğlu (Həsənov) həyatımın son 20 ildən çox dövrü ərzində bu insanlardan biri idi... “Bakı-xəbər” qəzetini təsis etdiyimiz 2003-cü ildən sonra uzun illər birgə çalışdıq, qəzetimizin müxbiri kimi məhsuldar işlədi, qəzetimizin tanınmış imzalarına imza qatdı...

77 yaşında haqqın rəhmətinə qovuşdu.. .

Bizə dostlara onunla  birgə getdiyimiz 20 ili yaşadan xatirələr , halallıq almaq, halallıq istəmək və Allahdan ona rəhmət diləmək qaldı...Əzizlərinin başı sağ olsun...”

  • “Bir dost kimi həmişə bizim üçün dəyərli insan olub”

“Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyev: “2003-cü ildən bizimlə birgə çalışan dəyərli insan Hacı Vaqif Cəliloğlu (Həsənov) haqqın rəhmətinə qovuşdu. Vaqif müəllim bir iş yoldaşı, bir dost kimi həmişə bizim üçün dəyərli insan olub.

Allahdan rəhmət eləsin. Yaxınlarının başı sağ olsun…”

  • “Məkanı cənnət olsun”

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli: “Uzun müddət bir yerdə işlədiyimiz, hamımızın Hacı kimi çağırdığımız, gözəl insan və alim - Vaqif Cəlilov dünən Allahın rəhmətinə gedib. Hacıya Allahdan rəhmət, doğmalarına səbr diləyirəm! Məkanı cənnət olsun!!!”

  • “Həmişə deyirdi ki, mən öləndə nekroloqu özün yazarsan”

“Bakı-Xəbər” qəzetinin əməkdaşı İradə Sarıyeva: “Əslində, eşitdiyim xəbərdən mütəssir olmuşam. İnanmağım da gəlir, inanmağım gəlmir də. Xeyli vaxt idi xəstə idi, amma inanmırdım ki, xəstəliyə boyun əyə. Həmişə gümrah görünməyə çalışırdı, demə ki, dərd insanı içindən yeyirmiş.

Əzizinəm Salyana,
Dara zülfün sal yana.
Necəsən bir ah çəkim
Kür alışa, sal yana.

Deyirdim ki, Kür suyu içmisiniz də, mənim kimi bulaq suyu icməmisiniz ki. Deyirdi qıza, Qulu Əsgərov da Kür suyu içib...Da heç nə demirdim. Nə deyəsiydim ki...Məni fakt qarşısında qoyurdu.

Həmişə deyirdi ki, mən öləndə nekroloqu özün yazarsan... Deyirdi ki, İsaxan Aşurovun ölümünə yazdığın nekroloq cox xoşuma gəlib, amma mənə ondan da yaxşısını yazarsan, “sözə xəsislik eləmə qıza”.

Mən də zarafata salıb deyirdim ki, siz məni o dünyaya yola salmamış heç yerə gedəsi deyilsiniz, odur ki, qələminizi itiləyin, kağızı hazırlayın siz mənim ölümünə nekroloq yazacaqsınız. “Bakı xəbər”in redaksiyasında uzun illər eyni otaqda oturmuşuq, həmişə dərdləsirdik, danışırdıq, mənə məsləhətlər verirdi. Hey “səbrli ol, tələsmə, çılğınlıq eləmə” deyirdi...Tövsiyəsini məndən əsirgəməzdi. Hacı Vaqif Cəliloglundan danışıram. O Vaqif Cəliloglundan ki, mən "Bakı xəbər" ə gələndə o burada 2003-cü ildən işləyirdi, yazıları ilə dini maarifçiliyi işləri aparırdı.

Hey mənə deyirdi sən anam Narınc xanıma bənzəyirsən, sən onun kimi kişi xasiyyətlisən, otkəmsən və mərdsən. Amma sən çox hövsələsizsən, səbrsizsən. Həmişə deyirdi ki, mənim anam kolxoz sədri idi və əlində qamçı at belində gəzirdi. Anasını hər gün xatırlayırdı, hər gün deyirdi, ay ana, can ana, hardansan ay ana!

Hacı Vaqiflə bağlı o qədər xatirələrim var ki...sağlıq olsun yazacağam hamısını. Hacı deyirdik Vaqif müəllimə hamımız. Hamı ilə öz dilində danışmağı bacarırdım. Uşaqla uşaq böyüklə böyük idi. Sadəcə, səmimi, savadlı, təqvalı insan kimi qalıb yadımda

Ruhun şad olsun Hacı. Yerin hər zaman görünəcək!”

  • “Toyun olanda məni çağırmasan da gələcəm və sənə baba kimi ilk xeyir-duanı mən verəcəm”

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Ülviyyə Nağıyeva: “Azərbaycan xalqı böyük bir ziyalısını itirdi. Hacı Vaqif Cəliloğlunun vəfat xəbər məni çox üzdü. Gözəl, dəyərli, ziyalı insan, iş yoldaşım, ağsaqqalımız idi. Hamımızın Hacı deyə çağırdığımız Hacı Vaqif Cəliloğlu ilə mən  baba nəvə qədər doğma idik.  Hacı Vaqif Cəliloğlu 77 yaşında dünyasın dəyişib. Bu xəbər məni çox üzdü.

Xəbəri eşidən kimi ilk işə "Bakı-Xəbər" qəzetinə gəldiyim vaxtları xatırladım. Jurnalistika fakültəsində oxusam da iş təcrubəm yox idi. Mətbuatdan, qəzetdən, çap işindən anlayışı olmayan  gənc tələbə  idim, amam işləmək istəyirdim. Yadımdadır, kollektiv məni çox gözəl qarşılamışdı. Hacı isə bir başqa qarşılamışdı, əlində şokalatla. Onda bir sevinirdim ki, sanki yuxuda idim, ayıldım,  Allah necə gözəl kollektivə düşmüşəm deyə sevindim. Sonra Hacı ilə daha çox ünsiyyətdə oldum, yazılarını kompyuterdə mən yığmağa başladım. Mən də təzə işçi idim deyə, məndən narazı qalmasın istəmirdim, ona görə də, çox vaxt onun yazılarını aparıb evdə yazırdım, bəzən Hacının yazısını bitirmədən yatmırdım. Görəndə ki, yazı tez hazır olub o sevinirdi. “Sağ ol mənim  ağıllı qızım” deyirdi. Çox vaxt  işə gələndə stolumun üstündə şokalad ya da mövsümü meyvə görürdüm, bu mənə Hacı babamın sovqatı idi.  Deyirdim ki, Hacı, xahiş eidrəm əziyyət çəkməyin, “qızım, ye baba payıdır” deyirdi…

Həmişə deyirdi atana məndən salam de. Atam da qarşılığında ona salam göndərirdi. Kitabı çapdan çıxanda atam içinə öz imzası ilə xoş sözlər yazıb atama göndərmişdi. Bir gün dedim ki, Hacı, siz axı heç atamı görməmisiz, hər dəfə salam göndərirsiz bir birinizə. Dedi ki, sənin kimi qız böyüdən kişini görməsəm də,  tanımasam da həm tanımış,  həm də görmüş kimiyəm, ona görə salam göndərirəm. O kişi də bilir nəyə görə salam göndərirəm, o da ona görə mənə çox sağol deyib salam göndərir. O kişiyə halaldı sənin kimi qız böyüdüb. Gəlib eyni sualı atama verdim,  atam da dedi ki, bütün bunlar sənin özünü yaxşı apardığına görədir. Gördüm  Hacı dediyi sözü atam deyir. Onda qəribə hiss etdim özümü, bir-birin tanımayan iki adam necə bir salamla bir-birin başa düşə bilir.  Bir dəfə otaqda söhbət babalardan düşdü. Deyirdim mənim babam yoxdu heç görməmişəm, çox istərdim ki, babalarımdan heç olmasa birini görərdim, baba kimi mənə məsləhətlər, xeyir-dua verəydi. Hacı həmişə deyirdi ki, baban mənəm,  toyun olanda məni çağırmasan da gələcəm və sənə baba kimi ilk xeyir-duanı mən verəcəm, bəyə də tapşıracam ki, sənə güldən ağır söz deməsin yoxsa qarşında məni görəcək…Hacı babam belə baba idi. 

Kaş ki, onun ölüm xəbəri yalan olardı…xeyir-duasına, səmimi söhbətlərinə, tövsiyələrinə hər zaman ehtiyacım olan Hacı babama Allahdan  rəhmət diləyirəm. Məkanının cənnət olsun, nur içində uyu baba!”

  • “Hacı şahmat oynamağı çox sevirdi... “

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Vidadi Ordahallı: “Hacı şahmat oynamağı çox sevirdi, onun məşğuliyyətlərindən biri məhz şahmat idi. “Azərbaycan” nəşriyyatının və digər media qurumlarının təşkil etdiyi şahmat turnirlərində həmişə fərqlənirdi. Özü də rəqibi həmişə gənclər olurdu, gənclərlə ünsiyyəti yaxşı tuturdu. Hacı səbrli, təmkinli adam idi və gənclərə də həmişə səbrli olmağı tövsiyə edirdi. Onun vəfat etməsi xəbəri doğurudan da məni üzdü. Allah Hacı Vaqifə rəhmət eləsin!”.

Böyük Nəsimi “dünya qalacaq yer deyil, ey can, səfər eylə” deyirdi. Bununla da həqiqi mömin insanların yalançı dünyadan haqq dünyasına, ədalətin mütləq zəfər çaldığı məkana daxil olaraq ədəbiyən səadətə qovuşacağına işarə edirdi. Hacı Vaqif əbədi məkandadır, ədəbiyyən səadətə qovuşanlardandır. Ruhu şad olsun!

“Bakı-Xəbər” kollektivi adından
İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı sənədi imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ