ABŞ, İran, Qətər və Pakistan nümayəndə heyətlərinin iştirakı ilə İsveçrənin Bürgenştok şəhərində başlayan danışıqlar zamanı diqqət çəkən bir hadisə baş verib. Bildirildiyinə görə, İranın xarici işlər naziri Əraqçi iclas başladıqdan qısa müddət sonra ABŞ-ın vitse-prezidenti Vensin də olduğu zalı tərk edib.
Ancaq Əraqçinin təxminən yarım saat sonra nümayəndə heyəti ilə birlikdə iclas otağına qayıdıb danışıqlara yenidən qoşulduğu bildirilir. Nazirin iclas zalını niyə tərk etdiyi barədə heç bir məlumat verilmir.
Bundan başqa, İran nümayəndə heyətinin ABŞ nümayəndə heyəti ilə canlı yayıma və şəkil çəkilməsinə qarşı çıxdığı bildirilir. Tasnim Xəbər Agentliyinə anonim şəkildə danışan danışıqlar qrupuna yaxın mənbə bildirib ki, ABŞ nümayəndə heyəti və görüş təşkilatçıları çoxtərəfli danışıqlar başlamazdan əvvəl İran və ABŞ nümayəndə heyətləri arasında əl sıxışma və birgə şəkil çəkdirməsini planlaşdırıblar. Lakin İran danışıqlar qrupunun rəhbəri və üzvləri bu protokola etiraz ediblər və ABŞ nümayəndə heyəti ilə birgə şəkil çəkdirməyəcəklərini bildiriblər.
Tahir TAĞIYEV