İslamabad Sazişinin imzalanmasından sonra ABŞ və İran nümayəndə heyətləri Yaxın Şərqdə nüvə məhdudiyyətlərinin formalaşdırılmasına və davamlı sülhə yönəlmiş tarixi bir sammitə başlamaq üçün İsveçrənin məşhur kurortu Bürgenştokda bir araya gəliblər. ABŞ-ın vitse-prezidenti Vensin rəhbərlik etdiyi Vaşinqton nümayəndə heyəti və İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi Tehran nümayəndə heyəti aylar ərzində ilk dəfə üz-üzə görüşürlər. Danışıqlarda Qətər və Pakistandan olan vasitəçilər də iştirak edir.
Bildirilir ki, danışıqlar Qətər banklarında bloklanmış 6 milyard dollarlıq vəsaitin azad edilməsi, Livandakı müharibənin birdəfəlik dayandırılması neft satışı kimi mövzuların əhatə edəcək.
ABŞ və İran arasında danışıqlardan əvvəl Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti də İsveçrəyə səfər edib. .
İranın dövlət mediası Qətərin vasitəçiliyi ilə İran və ABŞ nümayəndə heyətləri arasında Livanda hərtərəfli atəşkəs və İranın bloklanmış aktivlərinin azad edilməsi məsələsini müzakirə etmək üçün üçtərəfli görüşün keçirildiyini açıqlayıb. Daha sonra tərəflərin Pakistanın iştirakı ilə dördtərəfli danışıqlara keçməsi gözlənilir.
Bu arada, Tasnim Xəbər Agentliyinə danışan adı açıqlanmayan İran mənbəsi bildirib ki, İsrailin Livandakı hücumları davam edərsə və Livanın ərazi bütövlüyü təmin olunmazsa, İran başqa heç bir məsələ ilə bağlı danışıqlar aparmayacaq. Mənbə vurğulayıb ki, müqavilənin 13-cü maddəsinə əsasən, ABŞ 1-ci maddə üzrə öhdəliklərini yerinə yetirməsə, 5-ci maddə də tətbiq olunmayacaq. Bu isı Hörmüz boğazının açılmayacağı anlamına gəlir edib.
Tahir TAĞIYEV