İsveçrədə başlayan və dünyanın diqqətini çəkən ABŞ-İran nüvə/regional təhlükəsizlik danışıqlarının ilk raundundan detallar ortaya çıxmağa başlayıb.
CNN-ə danışan yüksək vəzifəli diplomat İsveçrədə diplomatik danışıqların "çox açıq dialoqla" başladığını və masadakı atmosferin konstruktiv olduğunu bildirib.
Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən dördtərəfli sammitdə ilk iclasdan sonra daxili məsləhətləşmələr üçün müzakirələr təxirə salınıb.
İran dövlət televiziyası mənbələri bəzi xarici media orqanlarının iddialarının əksinə olaraq, danışıqların ilk raundunun ilk 80 dəqiqəsində nüvə proqramının müzakirə olunmadığını bildirib.
Danışıqların bu ilkin mərhələsi hər iki tərəfindən əvvəllər imzalanmış İslamabad Sazişinin 13-cü maddəsinin, əsasən Livandakı vəziyyətin bərpası və atəşkəsin təmin edilməsinin həyata keçirilməsinə yönəlib.
Fars Xəbər Agentliyi və İranın dövlət mənbələri Pakistan və Qətərin də iştirak etdiyi dördtərəfli görüşün 80 dəqiqəlik gərgin müzakirələrdən sonra dayandırıldığını açıqlayıblar. Tərəflərin vəziyyəti qiymətləndirməsi və daxili məsləhətləşmələr aparması üçün iclasın təxirə salındığı elan edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi danışıqların fasilədən sonra davam edəcəyini bildirib.
Bundan başqa, İranın xarici işlər naziri, İran Parlamentinin sədri və danışıqlar qrupunun üzvləri ABŞ nümayəndə heyəti ilə üz-üzə görüşlərdə yaxalarına "Minab 168" yazısı olan xüsusi nişanlar taxaraq iştirak ediblər.
Tahir TAĞIYEV