İran prezidenti Məsud Pəzaşkian ABŞ-la imzalanan anlaşma memorandumunun əsasən İranın maraqlarını qoruduğunu və hər kəsin qarşıdan gələn danışıqlar prosesindən iqtisadi və diplomatik faydaları tezliklə görəcəyini iddia edib.
Pezeşkian Qətərdə dondurulmuş 6 milyard dollarlıq İran vəsaitlərinin azad ediləcəyini bildirib və razılaşmadan ən çox narazı olan şəxsin İsrailin Baş naziri Binyamin Netanyahu olduğunu deyib: "İran və ABŞ arasında imzalanan müqavilənin bütün müddəaları bizim xeyrimizədir. Bu müzakirələrin və danışıqların uğurları zamanla bəlli olacaq. Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitimiz geri qaytarılacaq. Netanyahu bu danışıqlardan narazı qalan ilk tərəfdir. Bir çox şey etməyimizə mane olan Tramp son çıxışında bütün bunları xalqın və millətin haqqı hesab etdiyini deyib".
Prezident deyib ki, ABŞ-ın yeganə tələbi İranın nüvə bombalarına sahib olmamasıdır: “Mərhum liderimiz də dəfələrlə nüvə bombaları istəmədiyimizi bildirib. Biz nüvə bombaları istəmirik. Amerikalılar bizə dedilər ki, "Bunu yazılı şəkildə təqdim edin və imzalayın" və biz də imzaladıq"
Pezeşkian iddia edib ki, müqavilə İran iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq, ölkənin öz resurslarına yenidən çıxışını təmin edəcək və iqtisadi problemlərin həlli üçün mühüm baza yaradacaq: "ABŞ-ın mövqeyi keçmişlə müqayisədə 180 dərəcə dəyişib və İran xalqının hüquqlarını görməzdən gələ bilməyəcəyini qəbul edib. Qarşıdan gələn danışıqlar iqtisadi dirçəliş, bazarların açılması və mövcud problemlərin həlli üçün son dərəcə əlverişli bir mühit yaradıb. Biz resurslarımıza yenidən çıxış əldə edəcək və onlardan necə istifadə edəcəyimizə özümüz qərar verəcəyik".
O,qeyd edib ki, danışıqların başlaması ilə hazırda Qətərdə saxlanılan 6 milyard dollar azad ediləcək: “Bir şey dəqiqdir: biz heç vaxt uranı zənginləşdirmək hüququmuzdan imtina etməyəcəyik və qarşı tərəf bunu qəbul etməli olacaq."
Tahir TAĞIYEV