Türkiyənin ünlü rəssamı Həmzə Saykan son hadisələrə - Türkiyədə məhkəmənin Klıcdaroğlunu CHP sədrliyinə təyin etməsinə etiraz olaraq vaxtilə CHP-nin (Cümhuriyyət Xalq Partiyası) qərargahına bağışladığı Atatürkün yağlı boya ilə çəkilmiş rəsmlərini geri götürüb. "Tarixin doğru tərəfində olmaq istəyirdim"-deyə sosial şəbəkə hesabında bildirən H.Saykan 2021-ci ildə CHP Qərargahına Atatürkün iki yağlı boya rəsmini və bir saatı bağışladığını və rəsmləri ləğv prosesindən sonra geri aldığını bildirib. "Bütün səhvlərinə baxmayaraq, Kamal bəy üçün çox çalışdıq. Bu məqamda artıq susmağın vaxtı deyil. Cənab Kamalın [Kılıçdaroğlunun] səhv yolda olduğunu gördüm. 2021-ci ildə CHP qərargahında mətbuat konfranslarında istifadə etmək üçün Atatürkün iki böyük yağlı boya rəsmini və bir saat bağışladım. Onlar dəfələrlə otağın ortasına qoyuldu və gözəl vizual bir nümayiş yaradıldı və bütün Türkiyə onları gördü. Bu məqamda rəsmimin ekranda Kılıçdaroğlunun yanında nümayiş olunmasını düşünə bilmədim. Buna görə də rəsmi geri aldım. Hakim partiya tərəfindən musiqiçilərin əsərlərinin istifadəsinə qoyulan qadağanı ürəkdən dəstəkləyirəm və tarixin haqlı tərəfində durmaq istəyirdim".
İradə SARIYEVA