Cümə axşamı günü, 12 noyabr 2026
     

Gürcüstanda Azərbaycandilli müəllimlər az, Azərbaycanda “onları təhsil haqqından azad edək” müzakirələri...

Image


Azərbaycanda müəllimlik ixtisasına qəbul olunan Gürcüstan azərbaycanlılarının təhsil haqqından azad edilməsi aktualdır. Gürcüstanda azərbaycanlı müəllim kadrlar azlıq təşkil edir, demək olar ki, gənc nəsil arasında müəllimlik edənlər çox azdır.

Gürcüstan azərbaycanlıları ali təhsil alamaq üçün Azərbaycanın ali məktəblərinə üz tutur, burada isə onlar ən yüksək balla qəbul olunsalar belə, yenə də xarici vətəndaş kimi təhsil haqqı ödəyirlər. Bu da onların qarşısına xüsusi maneələr çıxarır. Uzun müddətdir ki, Gürcüstan azərbaycanlılarının təhsil haqqından azad edilməsi məsələsi gündəmdədir. Əksər ekspert deyir ki, başqa ixtisaslar olmasa da, heç olmasa müəllimlik ixtisası üzrə təhsil alanlar təhsil haqqından azad edilsinlər. Onlar burada ali məktəbə qəbul olunurlarsa, təhsil haqqından azad edilməlidirlər. Ən azından, burada pulsuz təhsil alan və müəllimlik ixtisasına yiyələnən gənc gedib öz rayonunda, kəndində müəllimlik edər.

Ekspertlər hesab edirlər ki, Gürcüstan məktəbləri üçün Azərbaycandilli kadrların hazırlanması baxımından qarşıda görüləcək işlər çoxdur.

  • “Onlara yalnız ödənişli əsaslarla təhsil almaq hüququ verilir ki, bu da doğru deyil”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. “Bu gün ölkə Prezidenti İlham Əliyev də bu işə xüsusi diqqət göstərir. Dövlət başçısının xüsusi tapşırığına əsasən, Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib.

Xatırladım ki, Gürcüstanda rəsmi rəqəmlərə görə, 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır.

Vacib bir məsələni qeyd edim ki, Azərbaycan tərəfi Gürcüstandakı soydaşlarımızı dərsliklə təmin etsə də, son illər qonşu dövlətdəki təhsil islahatlarından xəbərsizlik ortaya anlaşılmazlığı çıxarıb. Bu işdə Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi xüsusi rola malik olmalıdır.

Qeyd edim ki, Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı "4+1" dövlət proqramı hazırlanıb. Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dilində imtahan verərək Gürcüstan universitetlərinə qəbul oluna bilirlər. Bir il kurs keçərək yaşadıqları ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcü dilində davam etdirirlər”.

K.Əsədovun qeyd etdiyinə görə, Azərbaycan tərəfindən göndərilən dərsliklər Gürcüstanın təhsil standartlarına və strategiyasına uyğun deyil. Onun sözlərinə görə, birincisi, onlarda artıq təhsil 12 illikdir. “Bundan başqa, Gürcüstan tərəfindən dərslikər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerinə yetirilmir. Hər bir sinif üçün dərsliklərdə müəyyən olunmuş məlumat, informasiya ağırlığı var. Amma Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilən dərsliklər o normalara cavab vermir.

Azərbaycan tərəfi eynilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edərək ora yollayır. Həmin dərsliklər orada heç bir əhəmiyyətə malik deyil. Çünki göndərdiyimiz kitablarla oradakı şagirdlərin əldə etdikləri informasiyanın heç bir əhəmiyyəti yoxdur”.

K.Əsədovun fikrincə, Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və dərslik şöbəsi azərbaycanlıların kompakt yaşadıqları ölkələrdə olmalı, onların təhsil standartlarını öyrənərək onlara uyğun olaraq dərslikləri çap edib göndərməlidir ki, şagirdlər üçün faydalı olsun.

Bizim kitablardakı informasiyalar onların təhsil sistemində yararlı deyil. “Təəssüflər olsun ki, bu gün Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Əgər olsa, orada yaşayan azərbaycanlı ziyalılar həmvətənlərimiz üçün daha yararlı dərsliklər hazırlayarlar.

Xoşagəlməz digər hal da odur ki, Azərbaycan təhsil müəssisələrinə Gürcüstan azərbaycanlıları qəbul oluna bilmirlər. Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək, müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin Gürcüstandan gələn azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər. Onlara yalnız ödənişli əsaslarla təhsil almaq hüququ verilir ki, bu da doğru deyil”.

K.Əsədov qeyd etdi ki, azərbaycanlılar 2019-cu ildə Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı üzrə qəbul olunanlar arasında birinci yerdədirlər. “Azərbaycanlı gənclərin 253 nəfəri Gürcüstan Texniki Universitetinin, 235-i İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, 192-si isə İlya Dövlət Universitetinin hazırlıq kursuna qəbul olunub. Daha 49 gənc soydaşımız Gürcüstan Tibb Universitetinin, 34-ü Suxumi Dövlət Universitetinin, 6-sı İ.Qoqebaşvili adına Telavi Dövlət Universitetinin, 5-i A.Tsereteli adına Kutaisi Dövlət Universitetinin, 5-i D.Ağmaşanebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasının, 3-ü Avroregional Təhsil Universitetinin, 3-ü Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin tələbəsidir.

Amma bu rəqəmlər olduqca azdır. Nəzərə alsaq ki, Gürcüstanda 500 minə qədər azərbaycanlı yaşayır, bu rəqəmlər Azərbaycandilli kadr probleminin həlli üçün yetərli deyil. Gürcüstandakı azərbaycanlılar – dörd milyondan az əhalisi olan ölkənin 300 minə yaxın sakini. Azərbaycanlı icma əsasən Kvemo Kartli regionunda kompakt şəkildə, özünəməxsus həyatlarıyla, ölkə əhalisinin böyük hissəsinin diqqətindən kənarda, gürcü cəmiyyətindən faktiki təcrid olunmuş vəziyyətdə yaşayır.

Apardığımız araşdırmalar göstərir ki, yerli məktəblərdə üç əsas çatışmazlıq var: gürcü dili tədrisinin aşağı səviyyədə olması, ümumi təhsilin aşağı səviyyədə olması, gürcü məktəbində təhsil çox vaxt problemin həlli deyil, yeni problemlərin yaradılmasıdır.

Misal üçün Kvemo Kartlidə, ümumilikdə, 78 məktəb var. Onlardan 58-i qeyri-gürcü məktəbidir. Uşaqlar burada əsasən Azərbaycan və ya rus dilində təhsil alırlar. Qeyri-gürcü məktəblərində gürcü dili birinci sinifdən tədris olunur. Amma şagirdlərin əksəriyyəti məktəbi gürcü dilində elementar ifadələri öyrənmədən bitirir.

Birincisi, gürcü dilinə həftədə cəmi beş dərs saatı ayrılıb. Bu informasiya uşaqların niyə məktəbi gürcü dilində kəlmə kəsmədən bitirdiklərini anlamaq üçün yetərli ola bilərdi. Amma ikinci səbəb də var – dərslik problemi. Dərsliklər keyfiyyətsiz hazırlanıb, amma hətta onlar da tapılmır. Araşdırmalarımız göstərir ki,  uşaqlar bir neçə il davamlı olaraq kitabları bir-birinə ötürürlər və yeni şagirdlər artıq oxunmaz hala gələn kitablardan istifadə etməli olurlar. Amma hətta bu iki səbəb də ən əsas problem deyil. Ən böyük çətinlik yerli spesifik tələblərə cavab verməyən pedaqoqlardır.

Belə olan halda, təbii ki, Azərbaycan dilində ayrıca universitetə ehtiyac var. Təəssüflər olsun ki, getdikcə daha çox azərbaycanlı valideyn uşaqlarını gürcü məktəblərinə qoyur ki, gələcəkdə övladı ali təhsil almaq, yaxşı iş tapmaq, siyasətçi, nazir ola bilmək şansı qazansın. Bununla da doğma dilimiz itib batır.

Bütün bu problemlərin həlli üçün Gürcüstanda Azərbaycan dilində universitetin olması olduqca müsbət addımdır. Bu, Azərbaycandilli kadrların yetişməsinə, Azərbaycan məktəblərinin kadra olan ehtiyacının aradan qalxmasına gətirib çıxaracaq” - deyə K.Əsədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ