Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın ictimai və humanitar elmlərinin dərin problemləri…

Image


Qloballaşma və modernləşmə dövründə Azərbaycanda elmin bütün sahələrinin bu çağırışlara cavab verməsi çox vacib bir məsələdir. Humanitar və ictimai elmlər sahəsi daha çox maraq göstərilən və axın olan sahədir, bu sahə üzrə kifayət qədər elmi iş müdafiə edib alimlik adı alanlar var.

Təbiət və tətbiqi elmlərdən fərqli olaraq, humanitar və ictimai elmlər sahəsi daha çox göz önündədir, bu sahədə gedən proseslər ciddi şəkildə izlənir. Bu gün ictimai elmlər sahəsində tarixçilər, filosoflar, humanitar istiqamətdə filoloqlar, dilçilər və sairlər çox ağır və məsuliyyətli bir yola çıxıblar. Heç şübhəsiz ki, xalqımızın düşüncəsinin, tarixinin, dövlətimizin ideologiyasının təbliğində, dünyada tanıdılmasında, yaşadılmasında humanitar və ictimai elmlərin böyük rolu var.

Ekspertlər deyirlər ki, müxtəlif elm sahələrinin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi, qloballaşma dövründə xalqın etnik identikliyini şərtləndirən mənəvi-mədəni dəyərlərin qorunub saxlanılmasında ictimai və humanitar elmlərin rolu danılmazdır, hazırda bu elm sahələri daha aktiv şəkildə özünü göstərməlidir.

  • Humanitar və ictimai elmlər sahəsində tədqiqatlar…

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra humanitar və ictimai elmlər sahəsində yeniliklərin, yeni tədqiqatların, milli düşüncəyə, milli məfkurəyə, dövlətçilik maraqlarına söykənən yeni elmi metodologiyanın, tədqiqat texnikasının meydana çıxması aktual bir məsələ olaraq ortadadır.

Ekspertlər deyirlər ki, son 30 ildə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində çoxlu tədqiqat aparılıb, amma həmin tədqiqatların çox böyük əksəriyyəti elmi-nəzəri, fəlsəfi məzmun yükünə, sanbalına, əhatəliliyinə, faktoloji zənginliyinə görə elə də yüksək tələblərə cavab vermir. Ədəbiyyat, dilçilik, fəlsəfə, tarix və digər bu qəbildən olan istiqamətlərdə aparılan tədqiqatlar, yazılan kitablar elə də mükəmməl deyil. Azərbaycan elmində aparılmalı olan tədqiqatların yeni metodologiya ilə aparılması çox vacibdir. Azərbaycanda humanitar və ictimai elmlərin qarşısında çox ciddi vəzifələr, hədəflər dayanır. Amma o hədəflərə çatmaq üçün elmin bu sahələrində mövcud olan neqativliklər aradan qaldırılmalıdır.

  • Oxşar mövzular, bir-birinə bənzər dissertasiyalar…

Humanitar və ictimai elmlər sahəsində baş verən proseslər, bu istiqamətlərdə yazılan dissertasiyalar, elmi işlər, çap olunan kitablar daha çox müzakirə mövzusuna çevrilir. Bir şairin, yazıçının, orta əsr filosofunun yaradıcılığı haqqında bəzən 1-2 deyil, onlarla dissertasiya yazılır. Bir sıra hallarda ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə də, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarında da eyni mövzulara üstünlük verilir. Ekspertlər deyirlər ki, mövzu məhdudiyyəti qoyulmaması az qala böyük əksəriyyətin eyni mövzulara üz tutmasına səbəb olur. Burada əsas məsələnin isə daha çox bu elmi işlərin mövzuları kimi özlərinin də bir-birilə oxşar olduğunu, bir-birindən köçürüldüyünü deyən ekspertlərin qeyd etdiyinə görə, yazılan və müdafiə edilən elmi işlərin attestasiyasının keçirilməsi lazımdır. Çünki böyük əksəriyyəti bir-birindən köçürüb, ya da xarici müəlliflərdən “copi pasta” edib.

  • Azərbaycan alimlərinin qarşısındakı maneələr nədən ibarətdir?

Müxtəlif elmi müəssisələrdə çalışan alimlər hesab edirlər ki, bu gün əsl elm adamlarına qarşı süni əngəllər mövcuddur. Bu süni əngəlləri isə çox zaman elmə rəhbərlik edənlər, bəzi elmi müəssisələrin, universitetlərin kafedralarının müdirləri edirlər. Burada əsas probemlərdən biri öz halal zəhməti ilə elmi iş yazan şəxslərə qarşı müəyyən süründürməçilik və bürokratik əngəllərin daha qabarıq görsəndiyini deyən ekspertlər bildirirlər ki, bəzən kafedra müdiri, institut direktoru, şöbə müdiri həmin elmi iş nəşr edilərkən orada özlərinin əsas müəllif kimi görsənməsini tələb edirlər. Heç bir əsas olmadan özlərini o elmi işlərə yamaq edirlər. Humanitar və ictimai elmlər sahəsində fundamental əsərlərin, dissertasiyaların çox qıt olduğu bir vaxtda bəzi institut direktorlarının plagiat əsərləri “fundamental elmi hadisə” kimi qələmə verməsi, onun elmi cameədə ayaq tutub yeriməsini təşkil etməsi kimi neqativliklərin də olduğunu deyən ekspertlərin sözlərinə görə, analoji hadisələr dilçilik, filologiya, tarix, fəlsəfə və sair sahələrdə çox ciddi şəkildə müşahidə edilir.

Plagiatlarla mübarizənin çox çətin olduğunu deyən ekspertlər hesab edirlər ki, onların çoxu elmi kürsüləri zəbt etmiş insanlardır, bu səbəbdən də onları tam olaraq ifşa etmək, cəzalandırmaq mümkün deyil. Onların da alimlərin qarşısında maneələr yaratdığını deyən ekspertlərin sözlərinə görə, Azərbaycan elminin inkişafını şərtləndirən qanunvericilik bazası var, dövlət proqramları qəbul edilib, lakin bu dövlət proqramlarının böyük əksəriyyəti tam olaraq icra edilməyib. Bu da ondan irəli gəlir ki, bu sahəyə cavabdehlik daşıyanlar öz vəzifələrinin öhdəsindən düzgün gələ bilmirlər.

Alimlər deyirlər ki, 2019-cu il Prezident İlham Əliyevin Sərəncamı ilə “Nəsimi İli” elan edilmişdi, lakin Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunda Nəsimi ilə bağlı tədbirlər elə də yüksək səviyyədə keçirilmədi. Dilçilik elmində, xüsusən də Azərbaycan dilinin izahlı lüğətinin, orfoqrafiya lüğətinin tam olaraq tələblərə cavab vermədiyini deyən ekspertlərin sözlərinə görə, indiyə qədər dilimizin orfoepiya qaydaları hazırlanmayıb. Bunun da dilçilik elmində çətinlik yaratdığını deyən ekspertlər qeyd edirlər ki, orfoqrafiya və orfoepiya lüğəti eyni vaxtda hazırlanmalı idi.

  • Azərbaycan alimlərinə nə üçün istinad edilmir?

Son zamanlar ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycan alimlərinin xaricdə az tanınması ilə bağlıdır. Bildiyimiz kimi, bu gün humanitar və ictimai elmlər sahəsində tədqiqatların səviyyəsi elə də yüksək deyil və tədqiqat işlərinin xüsusən də bir sıra hallarda sovet metodologiyası ilə aparılması problemi hələ mövcuddur. Bu aradan qalxmayıb.

Bir sıra hallarda deyirlər ki, bizim elm sahəsində az da olsun uğurlarımız var, bütün çətinliklərə baxmayaraq, ciddi və həqiqi elm adamlarımız az deyil, amma bizim alimlərimizin tədqiqatları xaricdə o qədər də tanınmır, onlara istinad edilmir. Bunun səbəbini hər kəs özünəməxsus şəkildə izah edir. Bəzi alimlər bildirirlər ki, bizdə elmi-tədqiqat metodologiyası səhvdir, digərləri bizim alimlərin xaricdəki impakt faktorlu jurnallarda lazımi səviyyədə tanınmadıqlarını deyirlər. Bəziləri isə söyləyirlər ki, humanitar və ictimai elmlər sahəsində bizim tədqiqatlar xaricdə qəbul edilmir.  

  • “Azərbaycan alimlərinə sıx-sıx tutulan iradların biri də…”

Filologoya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bu barədə bunları yazıb: “Azərbaycan alimlərinə sıx-sıx tutulan iradların biri də beynəlxalq elmi çevrələrdə onlara verilən istinadların azlığı və ya yoxluğu ilə bağlıdır. Amma bunun ciddi səbəbləri var:

fərdə bağlı olan:

- ciddi elmi işlə məşğul olanlardan çox, elmi ad, titul ardınca qaçıb, o elmi ad və titullarla spekulyasiya edənlərin çoxluğu... Bu da elmi işin dəyəri və əhəmiyyətini azaldır;

- bilinənlərin icmalı şəklində olan kitab və məqalələr onlara istinad ehtiyacı yaratmır;

ümuma bağlı olanlar:

- koordinasiya şuralarının mövcudiyyətinə baxmayaraq, elmi mühitdəki pərakəndəlik (eyni mövzulara müxtəlif adlar altında təkrar-təkrar müraciət). Bu həmin mövzulara yenilik və aktuallıq baxımından tələbatı heçə endirir;

- Azərbaycandakı jurnalların vahid elmi bazada təmsil olunmaması, jurnalların elektron variantlarının təşkilindəki sistemsizlik,

- Azərbaycan aliminin öz kitab və məqaləsinin elektron variantını internetdə yerləşdirməyə maraqlı olmaması (plagiat qorxusu, tənbəllik, laqeydlik və s. kimi səbəblər belə bir durum yaradır);

- xarici nəşrlərdəki tələblərə ya biliyin yetərli olmaması, ya da Azərbaycan aliminin o tələblərə uyğunlaşmaq imkanlarının məhdudluğu və s.

Və Azərbaycan elmi mühitində həqiqi dəyərləndirmə tətbiq edilmədikcə, heç nə dəyişməyəcək”.

Ekspertlər deyirlər ki, Azərbaycan elminin xaricdə layiqincə təmsil oluna bilməməsinin səbəblərindən biri koordinasiya şuralarının yarıtmaz fəaliyyətidir ki, bu sahədə düzgün fəaliyyət göstərə bilmirlər. Bu gün humanitar və ictimai elmlər sahəsində çox sanballı tədqiqatlar aparan, elmi nəticələr də əldə edən alimlərimiz var ki, elm onların çiyinlərindədir. Alimlər hesab edirlər ki, yüksək titullu elm məmurlarının rəhbərliyi altında yazılan əsərlərin xeyli hissəsi Sovet dövründə yazılanların təkrar üzünün köçürülməsidir. Onlar hətta tarix, fəlsəfə sahəsində aparılan tədqiqatlarda da Sovet dövründə yazılan kitablardan, özü də bolşevizm ideologiyasına xidmət edən əsərlərdən köçürməyə yol verirlər. Buna misal olaraq VII cildlik “Azərbaycan tarixi”ni və digər nəşrləri göstərə bilərik. Odur ki, çağdaş humanitar və ictimai elmlər sahəsində qarşıda görüləcək çox böyük işlər var, ən azından, Azərbaycanın ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsi baxımından xeyli görüləcək iş olmamış deyil.

Humanitar və ictimai elmlər sahəsi tamamilə yeni metodologiya ilə araşdırılmalıdır ki, indiyə qədər yol verilən səhvləri düzəldə bilək.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ