Cümə axşamı günü, 12 noyabr 2026
     

Elmimizin problemləri - tarix sahəsində qeyri-dəqiqlik, dəqiq elmlə pul qazanmır, tətbiq sahələri zəif... - I yazı

Image


Azərbaycanın dünyanın elmtutumlu ölkələri sırasında yer alması üçün dövlət yardımlarını, dəstəyini elmdən əsirgəmir, bütün gücü ilə elmə dayaq durur. Prezident İlham Əliyev Azərbaycan elminin dünyaya inteqrasiya etməsi, dünya elmi ilə ayaqlaşması, uzlaşması, ölkəmizin elmtutumlu ölkəyə çevrilməsi üçün çox mühüm addımlar atıb, sənədlər imzalayıb.

Bu gün elmin inkişaf etməsi naminə dövlət bütün tədbirləri həyata keçirir. Amma çox təəssüf ki, elm sahəsi irəli getmək əvəzinə, yerində qalmaqda davam edir. “Elm niyə inkişaf etmir” sualına elmə rəhbərlik edənlər “elmə ayrılan vəsait heç dövlət büdcəsinin 1 faizini təşkil etmir, bu halda elm necə inkişaf edə bilər” sualı ilə cavab verirlər. Azərbaycan elminin inkişafı üçün qanunvericilik bazası var, “Elm haqqında” Qanun, Elmin inkişafı üçün Milli Strategiya, onun icrası üçün Dövlət Proqramı mövcud olub, Elmin İnkişaf Doktrinası, daha neçə-neçə sənəd qəbul edilib, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura, doktorantura və dissertanturaya qəbul həyata keçirmək hüququ əldə edib. Bu gün AMEA-nın elmi-tədqiqat institutları, şöbələri, mərkəzləri, başlıcası isə Rəyasət Heyəti mövcuddur.

Mütəxəssislər deyirlər ki, dövlət elmin inkişafına hər cür dəstək göstərir və dövlətin elmdən gözləntiləri çoxdur, amma elmə rəhbərlik edənlər dövlətin bu gözləntilərini doğrultmurlar.

Mütəxəssislər bildirirlər ki, müasir Azərbaycan elminin böhran vəziyyətinə düşməsi və böhrandan çıxa bilməməsinin səbəbi elmin düzgün idarə edilməməsidir.

  • Azərbaycan elmi dövlət büdcəsinə nə üçün gəlir gətirmir?

Mütəxəssislər deyirlər ki, illərdir dövlət büdcəsinin ağır yükünə çevrilən Azərbaycan elmi büdcəyə vəsait gətirmir. Dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılarkən burada elmin payından danışılmadığını deyən mütəxəssislər hesab edirlər ki, bu, Azərbaycanda elmin gəlir gətirmək əzmində olmaması ilə bağlıdır. Azərbaycanda elmə ayrılan vəsaitin az olmadığını deyən mütəxəssislərin fikrincə, ayrılan vəsait səmərəli xərclənərsə, elmin ayrı-ayrı sahələrini mərhələli şəkildə inkişaf etdirmək tam mümkündür.

Son dövrlər hər il elmə 200 milyona yaxın vəsait ayrıldığını deyən mütəxəssislərin sözlərinə görə, ötən il bu rəqəm 187 milyon 317 min manat nəzərdə tutulmuşdu, 2019-cu ildə bu rəqəm 133, 5 milyon manat olub ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manat, yəni 4,2 faiz çox olub. Bu il də 200 milyona yaxın vəsait ayrıldığı bildirilir.

Azərbaycan elminin dövlət büdcəsindən asılı olduğunu deyən mütəxəssislər qeyd edirlər ki, bu gün Azərbaycan elmi büdcəyə fayda verə bilmir, ona görə ki, onun gəlir gətirmək imkanları yoxdur. Ona görə imkanları yoxdur ki, elmə rəhbərlik edənlər elm haqqında düşünmürlər.

  • Elmin inkişafına alimlərin maaşının az olması əngəl yaradır?

Azərbaycan elminin Azərbaycan iqtisadiyyatının, sənayesinin lokomotivinə çevrilə bilməməsinin səbəbini elmə rəhbərlik edənlər elmə ayrılan vəsaitin azlığı və alimlərin maaşlarının kifayət qədər aşağı olması ilə bağlayırlar. Onlar hesab edirlər ki, alimlərin əməkhaqqı artarsa, onların elmə marağı artar.

Azərbaycanın humanitar, ictimai, fundamental, dəqiq və təbiət elmləri sahəsində inkişafından danışmaq çətindir. Təbii ki, müəyyən epizodları nəzərə almasaq. AMEA-nın elmi katiblərindən biri etiraf edirdi ki, AMEA-nın aidiyyəti institutlarının laboratoriyaları üçün alınan elmi-texniki cihazları işlədən yoxdur, onlar alındıqları kimi də qalır. Bu onu deməyə imkan verir ki, elm sahəsində daha dərin islahatlara ehtiyac var və müxtəlif istiqamətlərdə kadr hazırlıqlarının həyata keçirilməsi də vacibdir. Mütəxəssislər deyirlər ki, Azərbaycan elminə fayda verəcək, onu dünyada tanıda biləcək alimlərimiz, tədqiqatçılarımız var, özü də az deyil, amma onlara şərait yaradılmalıdır ki, fayda versinlər.

  • “Müasir Azərbaycan elminin problemləri həddən artıq çoxdur”

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan elminin problemləri kifayət qədərdir və onlar öz həllini tapmalıdır: “Müasir Azərbaycan elminin problemləri həddən artıq çoxdur. Biz zaman-zaman sizin qəzetinizə müsahibələrdə bu problemin bir hissəsinə toxunmuşuq. Çağdaş Azərbaycan elminin ən böyük problemlərindən biri saxta diplomlarla alim adları alanların çox olmasıdır. Elmə dəxli olmayan, vəzifəsindən, səlahiyyətlərindən sui-istifadə edərək elmi adlar alıblar, sonra da öz fəaliyyətsizlikləri ilə elmin inkişafına mane olublar. Digər bir problem isə Azərbaycan elminin maddi bazasının zəif olmasıdır. Yəni elmlə məşğul olan insanlara maddi stimul olmadığından, elmə gələnlərin sayı get-gedə azalır, elmdə sürətlə qocalma prosesi gedir, gəncləşmə ləngiyir. Digər ölkələrlə müqayisədə elmi dərəcəsinə görə insanlara verilən əməkhaqqı aşağı səviyyədədir. Fəlsəfə doktoru elmi dərəcəsi olanlara 60 manat əlavə pul verirlər, elmlər doktoru olanda da bunun üstünə 40 manat əlavə edirlər, olur 100 manat. Ömrünü-gününü elm yolunda çürüdən insanın elmi dərəcə alandan sonra maaşına çox cüzi artım edilir. Bu da elmin inkişafına təsir göstərir”.

  • “Elmə rəhbərlik edən məmurlar elmlə məşğul olan insanlara süni əngəllər yaradırlar”

M.Zülfüqarlı hesab edir ki, müasir elmdə yaradılan süni maneələr də elmin inkişafına mənfi təsir edir və onun problemlərlə yüklənməsinə gətirib çıxarır: “Azərbaycanda elmə qarşı süni maneələr var. Bizim ölkədə elmə yaradılan süni maneələr qədər heç bir ölkədə süni maneə yoxdur. Yəni bütün dünyada elmə dəstək verilir, kömək edilir. Azərbaycanda isə elmə rəhbərlik edən məmurlar elmlə məşğul olan insanlara süni əngəllər yaradırlar. Bunu da geniş müzakirə etmək lazımdır. Bir adamın elmi dərəcə alması bəzən uzun illər sürür, bu da elmə maraq göstərən insanların elmdən uzaqlaşmasına gətirib çıxarır. Bundan başqa, bir problem də var. Əvvəllər elmi dərəcələr artdıqca belə insanların vəzifələri yüksəlirdi, indi isə əksinədir, bir də görürsən ki, magistr dərəcəsində olan birisi böyük bir elmi müəssisəyə rəhbər təyin edilib, bu elmi müəssisədə elmlər doktoru, professor kənarda qalır, onlara magistr rəhbərlik edir. Bu da, əlbəttə, anormal münasibətdir, elmə problem yaradır”.

M.Zülfüqarlı qeyd etdi ki, elmi dərəcəsi olmayan şəxslərin ali məktəblərdə və elmi müəssisələrdə vəzifələrə təyin edilməsi, onlara kadr məsələsini həll etmək səlahiyyətlərinin verilməsi bu sahədə hansısa keyfiyyətdən danışmağa imkan vermir: “Belələri çalışırlar ki, başqaları vəzifəcə ondan aşağı olsun, özü magistr olan müəssisə rəhbəri tabeliyində işləyən fəlsəfə və elmlər doktorunu da yüksək qiymətləndirə bilmir. Bizdə bu da var. Ona görə də Azərbaycanda elmə gələnlərin sayı azalır. Doğrudur, pandemiya dövrünü yaşayırıq, pandemiya zamanı elm təbii olaraq inkişaf etmədi, müdafiə şuraları fəaliyyətlərini dayandırdılar. Azərbaycanda 2018-2019-cu illər arasında elmlə məşğul olanların sayı təxminən 3 min nəfər azalıb. Belə gedərsə, dediyimiz problemlər ucbatından insanların elmlə məşğul olması get-gedə daha da azala bilər. Ona görə də biz həyəcan təbili çalmalıyıq. Azərbaycanda elmə diqqət göstərilməlidir, elmə rəhbərlik edənlər elmi düzgün idarə etməlidirlər. Çünki elmi olmayan cəmiyyətin gələcəyi də yaxşı olmaz. Mən elm deyəndə əsl elmdən, əsl alimdən danışıram, saxta diplomlulardan danışmıram. Ona görə də mənə belə gəlir ki, gənclərin elmə gəlməsinə xüsusi fikir verilməlidir. Bu ona görə lazımdır ki, biz bu potensialla gələcəkdə elmin inkişafına mane olan, süni əngəl yaradanların qarşısını alaq və Azərbaycan elminin problemlərini həll edib, onu dünyaya çıxaraq” - deyə M.Zülfüqarlı qeyd etdi.

  • “Elm dövlət büdcəsindən asılı qalmamalıdır”

M.Zülfüqarlının sözlərinə görə, elmin büdcədən asılı qalması düzgün deyil. Elmin özünün pul qazanması çox vacibdir və buna nail olmalıdır: “Elm dövlət büdcəsindən asılı qalmamalıdır. Elm özü özünü maliyyələşdirmək imkanına malik olmalıdır. Amma çox təəssüf ki, elmə rəhbərlik edən insanlar elm sahələrini gəlir gətirməyə, pul qazanmağa istiqamətləndirmək əvəzinə, elmə ayrılan vəsaitləri də mənimsəyirlər. Yəni onların elmə ayrılan vəsaitləri mənimsəməsinə yol verirlər. Buna dair çoxlu fakt var, bunlar mətbuata da çıxır. Biz AMEA-nın elmi-tədqiqat institutlarına ayrılan vəsaitin hansı istiqamətlərə ayrıldığını araşdırsaq, yəqin ki, çoxlu sayda neqativ hal üzə çıxacaq. Bayaq dediyimiz kadr məsələsi, təyin edilən kadrların yerində olmaması, rəhbər insanların düzgün seçilməməsi elmə ayrılan vəsaitin mənimsənilməsinə gətirib çıxarır. Bu da başqa ölkələrlə müqayisədə elm sahəsində prosesin tərs getməsini göstərir. Yəni başqa ölkələrdə elmlə məşğul olanlara stimul verilir, sərbəstlik verilir, onlar qrantlar alırlar, elmi kəşfləri ilə ölkəyə pul gətirirlər, işlədikləri instituta maliyyə cəlb edirlər. Amma bizdə bu sərbəstliklər yoxdur. Nə etmək istəsən, mütləq elmə rəhbərlik edənlərin razılığı olmalıdır. Bu rəhbərlər də kəşflərdə özlərinin də adlarının olmasını tələb edirlər, bununla da ixtira, kəşf edən alimin tanınmasına, şöhrət qazanmasına mane olurlar. Hətta çoxlu sayda akademik, institut direktoru var ki, aid olmadığı, öz sahəsi olmayan elmi əsərlərə öz adını yuxarıda yazır, o əsəri yazanın adı isə kölgədə qalır. Bu məsələlərdir ki, Azərbaycan elmi özünü maliyyələşdirə bilmir, qazanc gətirə bilmir. Bunun həll yolu var. Elmlə məşğul olan şəxslərə sərbəstlik verilməli, onların dünyaya çıxışına sözdə deyil, işdə dəstək olunmalıdır. Bu insanlar dünya elminə inteqrasiya olunsunlar, bununla da elmə töhfələr gətirsinlər və elmə maddi vəsait gətirməyə nail olsunlar. Azərbaycanda kifayət qədər təcrübəli, elmli insan var, onları həvəsləndirməklə biz Azərbaycan elminin özünü maliyyələşdirməsinə, hətta kənardan xeyli həcmdə vəsaitin Azərbaycan elminə cəlb olunmasına nail olarıq. Məsələn, biz elmi QHT-lərlə müqayisə etsək, QHT-lər  nisbətən sərbəst olduqlarına görə bir də görürsən ki, bir elmi-tədqiqat institutunun edə bilmədiyini bir QHT edir. Nəyə görə edə bilir? Çünki nisbətən orada sərbəstlik var, qrant alırlar və qısa müddətdə o işi görüb qurtarırlar. Amma bürokratik əngəllər elmi müəssisələrdə bu işlərin görülməsinə imkan vermir. Bunlar aradan qaldırılarsa, Azərbaycan elmi inkişaf edə, Azərbaycan elminin maddi təminatı da yüksələ bilər” - deyə M.Zülfüqarlı vurğuladı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ