Cümə axşamı günü, 12 noyabr 2026
     

Klinikalar, satış şirkətləri, banklar vətəndaşların şəxsi məlumatlarını haradan alırlar...

Image


Çoxlarımızın telefonuna tanımadığımız nömrələrdən mesajlar və zənglər gəlir. Bizə müxtəlif hazırlıq kurslarından, klinikalardan, alış-veriş, sığorta şirkətlərindən, hətta banklardan belə bu cür zəng və mesajlar gəlir, mesenjerlərə gələn mesajlarda həmin qurumlar bizə öz xidmətlərini təklif edirlər. Demək olar ki, mobil telefon istifadəçilərinin hamısı bu vəziyyətlə üzləşir.

Sual yaranır ki, bu şirkətlər, kurslar, klinikalar, banklar vətəndaşın nömrəsini haradan əldə edir və nə üçün öz biznes maraqları naminə vətəndaşı narahat edirlər? Provayder şirkətlər nə üçün vətəndaşın şəxsi məlumatlarını, onların telefon nömrələrini və sair qoruya bilmir, niyə məxfiliyə riayət olunmur?

Qeyd edək ki, bəzilərinin qənaətinə görə, o şirkətlər heç kəsin icazəsi olmadan müvafiq sistemə daxil olur və vətəndaş haqda məlumatları əldə edir, sonra isə onunla əlaqə saxlayır, öz xidmətlərini təklif edirlər.

  • “Ölkəmizdə bununla bağlı məhkəmə presedentləri yoxdur”

“Altay” Sosial-İqtisadi Araşdırmalar (ASAM) Mərkəzinin rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu şirkətlər ən müxtəlif vasitələrlə vətəndaş haqqında məlumatları ələ keçirə bilirlər. “Bu problem yeni deyil, biz bir neçə dəfə buna toxunmuşuq və sərt şəkildə tənqid etmişik. Amma təəssüf ki, indiyə qədər buna reaksiya verən yoxdur. Mənim yadıma gələn odur ki, ən azı 10 ildən çoxdur bu baş verir. Müəyyən dövrlərdə bu problem dünyada vardı, sonra bir sıra ölkələr bunu həll etdilər. Yəni müştəri, istehlakçı hüquqlarının tələbləri icazə vermir ki, vətəndaşı hansısa bir işgüzar, kommersiya, biznes marağı ilə kimsə narahat etsin. Vətəndaşı yalnız birbaşa dövlət orqanları narahat edə bilər. Deyək ki, hər hansı bir təhlükəsizlik məsələsi ilə bağlı problem olarsa, yanğın, fəlakət, terror və sairlə əlaqədar vətəndaşa təcili məlumat göndərilə bilər. Amma digər hallarda özəl strukturların vətəndaşları narahat etməyə icazəsi yoxdur. Qaldı ki, bu şirkətlərin vətəndaş haqqında məlumatları, onun telefon nömrəsini necə əldə etməsinə, vətəndaş haqqında məlumatları bu şirkətlərə, ilk növbədə, pul qarşılığında mobil operatorlar verirlər. Bəzən tanışlıqla həmin məlumatları bu şirkətlərə mobil operatorların əməkdaşları da ötürə bilər. Başqa şirkətlər də onlara məlumat ötürürlər. Biz bir sıra əməliyyatlar apararkən bizdən bir çox məlumat tələb olunur və anketləri, formaları doldururuq. Götürək sığorta şirkətini, mən bir sığorta şirkətində avtomobilimi sığortalamışam və mənim şəxsi məlumatlarım da həmin o şirkətdə olur, amma sabah onu başqa bir sığorta şirkəti hansısa formada ələ keçirir, hətta onu başqa şirkətə də verir. Orada mənim yaşım, xarakterim, harada yaşadığım, hansı sosial kateqoriyadan və sair olduğum qeyd olunur. Bəzi şirkətlər isə bu şəxsləri seçir və onlara uyğun xidmətlərin reklamını mobil telefona göndərirlər. Bu özü insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Yəni insanı zorakı şəkildə narahat etmək olmaz. İnsanların istirahət etmək hüququ var. Elə yerlər olur ki, orada telefona cavab vermək mümkün olmur, bəzən bu şirkətlərin zəng və mesajlarının əlindən insanlar iş vaxtında və sair telefonlarını söndürməyə məcbur olurlar. Bu da başqa problemlər yaradır”.

E.Bayramlı hesab edir ki, bu problemin uzun illərdir davam etməsinin səbəbi ölkəmizdə bununla bağlı  məhkəmə təcrübəsinin yoxluğudur, demək olar ki, heç kim bununla məşğul olmur: “Kimsə bu şirkətləri məhkəməyə verib qanunun tələblərinə uyğun cəza tələb etmir. Amma digər ölkələrdə bu təcrübə var deyə, şirkətlər buna risq etmirlər. Edəndə bunu başqa  formalarda, mədəni formalarda edirlər. Reklamı zorakı şəkildə vətəndaşı narahat etməklə vermək olmaz, onu başqa yolla da çatdırmaq olar. Biz məsələnin lokal tərəfinə toxunduq, məsələnin qlobal tərəfi də var, bu da şəxsi informasiya təhlükəsizliyi məsələsidir. Müasir dövrdə texnologiya imkan verir ki, hər hansı bir xarici ölkənin kəşfiyyat orqanları, müxtəlif təşkilatları, eləcə də düşmən ölkənin təşkilatları bizim haqqımızda hər bir məlumatı qlobal internet sistemindən qırıb götürə, yaxud rüşvətlə, hansısa bir dolayı yolla ələ keçirə bilsin. Niyə ələ keçirilməlidir? İnanların şəxsi məlumatları hamı üçün deyil, bu məlumatlar ancaq dövlət orqanlarında ola bilər və olmalıdır da. Bizim haqqımızda məlumatlardan danışarkən burada bizim zövqlərimizdən tutmuş, xəstəliklərimizə qədər bütün məlumatlar olur. Bir çox halda biz özümüz buna şərait yaradırıq. Tutaq ki, sosial şəbəkələrdə müxtəlif testlər olur, insanlar ora girir və bütün suallara cavab verirlər. Bu tip məsələlər şəxsi məlumatların könüllü şəkildə təqdim olunmasıdır. Biri var məlumatın oğurlanması, biri də var vətəndaşın özü haqqında könüllü məlumat verməsi. Bütün bunları könüllü şəkildə onlara təqdim edirlər”.

E.Bayramlı deyir ki, dünya üzrə bütün insanlar haqqında məlumatların toplandığı biq data adlı baza var, biz özümüz də bilmədən, yaxud bilərəkdən öz məlumatlarımızın o bazaya yerləşdirilməsinə rəvac veririk: “Bunu pis məqsədlər üçün istifadə etməsələr belə, ən azından, reklam məqsədilə bunu şirkətlərə satırlar. Problemlər, birincisi, insanların maarifsizlik ucbatından könüllü şəkildə özləri haqda məlumat verməsindən, ikincisi, bizim xəbərimiz olmadan şəxsi məlumatlarımızın o şirkətlərin özləri tərəfindən müxtəlif sistemlərdən ələ keçirilməsindən qaynaqlanır. Üçüncüsü də odur ki, ölkəmizdə bununla bağlı məhkəmə presedentləri yoxdur. Yəni bu şirkətlərlə bağlı bir neçə dəfə məhkəmə olsa və onlar cəzalandırılsa, bundan çəkinərlər” - deyə E.Bayramlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ