Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus kartlarda balansda məbləğin silinməsi halı müşahidə olunur. Bu barədə ABB məlumat yayıb.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.
Bundan başqa, hazırda “Expressbank” və “AccessBank”da da bənzər problem yaranıb.
ZÜMRÜD