çərşənbə günü, 07 oktyabr 2026
     

Rusiya mediası "Qarabağ təxribatlarından" əl çəkmir - "Artsax", "ermənilər qovuldu"...

Image


"Sputnik Armenia"nın növbəti məqaləsi bir daha göstərir ki, bəzi rusdilli media qurumları Qarabağ məsələsinə yanaşarkən beynəlxalq hüququn qəbul etdiyi terminologiyadan deyil, Ermənistanın siyasi dairələrinin formalaşdırdığı narrativdən çıxış etməyə üstünlük verirlər. "Ermənistanda Ermənistan vətəndaşlığını alan Qarabağ sakinlərinin sayı artıb" başlıqlı məqalədə işlədilən ifadələr bunun açıq nümunəsidir.

Məqalədə Qarabağ bölgəsi ardıcıl şəkildə “Artsax” adlandırılır. Halbuki, “Artsax” adlı hər hansı dövlət, inzibati ərazi vahidi və ya beynəlxalq hüququn tanıdığı siyasi subyekt mövcud deyil. Nə BMT, nə Avropa İttifaqı, nə ATƏT, nə də dünyanın hər hansı dövləti belə bir qurumu tanıyıb. Beynəlxalq hüquqa görə, söhbət Azərbaycanın Qarabağ bölgəsindən gedir. Buna baxmayaraq, “Sputnik Armenia” beynəlxalq hüquqi terminologiyanı deyil, Ermənistanın uzun illər ərzində təbliğ etdiyi siyasi leksikonu seçir.

Bu, sadəcə söz seçimi deyil. Münaqişələr və ərazi məsələləri ilə bağlı terminologiya həmişə siyasi məna daşıyır. Hər hansı media qurumu beynəlxalq səviyyədə tanınmayan bir anlayışı rəsmi coğrafi ad kimi təqdim edirsə, bu artıq informasiyanın neytral çatdırılması deyil, müəyyən siyasi mövqenin təbliğidir. Xüsusilə də söhbət Rusiyanın dövlət informasiya sisteminə daxil olan media resursundan gedirsə, belə terminologiya əlavə suallar doğurur.

Maraqlıdır ki, Rusiya rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Moskva Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiyini müxtəlif səviyyələrdə açıqlayıb. Lakin eyni zamanda, Rusiyanın bəzi media platformalarında Ermənistanın revanşist siyasi dairələrinin istifadə etdiyi terminlər dövriyyəyə buraxılır. Bu ziddiyyət istər-istəməz belə bir sual yaradır: əgər Rusiya Qarabağı Azərbaycan ərazisi hesab edirsə, onda niyə onun media resursları beynəlxalq hüquqda mövcud olmayan “Artsax” terminindən istifadə edir?

Əslində bu yanaşma təsadüfi görünmür. Ermənistan cəmiyyətində və xüsusilə revanşist siyasi dairələrdə “Artsax” termini sadəcə coğrafi anlayış deyil, keçmiş separatçı layihənin ideoloji simvolu hesab olunur. Belə bir terminologiyanın rus mediasında təkrar istehsal olunması həmin dairələrin siyasi narrativinə informasiya dəstəyi kimi də qiymətləndirilə bilər. Bu isə media neytrallığı prinsipləri ilə ziddiyyət təşkil edir.

Məqalədə diqqət çəkən digər məqam isə Qarabağ ermənilərinin könüllü şəkildə Ermənistana köçməsinin "2023-cü ildə zorakılıqla köçürülmədən sonra" ifadəsi ilə təqdim edilməsidir. Burada da müəlliflər hadisəni neytral şəkildə təsvir etmək əvəzinə, Ermənistan tərəfinin siyasi mövqeyini fakt kimi sərgiləyir.

Əslində 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağ ermənilərinin bölgəni tərk etməsi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Ermənistan və erməni təşkilatları bunu “məcburi köçürülmə” adlandırır. Azərbaycan isə bu iddiaları qəbul etmir və bildirir ki, Qarabağ sakinlərinə Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkənin hüquqi sisteminə inteqrasiya olmaq və yaşadıqları ərazilərdə qalmaq imkanı təqdim olunmuşdu. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyi təmin ediləcək.

Belə bir vəziyyətdə "zorakılıqla köçürülmə" ifadəsinin heç bir qeyd-şərt olmadan fakt kimi təqdim edilməsi jurnalistikanın balans və obyektivlik prinsiplərinə uyğun gəlmir. Peşəkar media bu kimi hallarda tərəflərin mövqelərini ayrı-ayrılıqda göstərir. Məsələn, "Ermənistan tərəfi bunu məcburi köçürülmə hesab edir, Azərbaycan isə bu iddianı rədd edir" kimi təqdimat daha balanslı olardı. Lakin "Sputnik Armenia" oxucuya alternativ mövqeni təqdim etmədən yalnız bir tərəfin siyasi interpretasiyasını xəbər dili kimi təqdim edir.

Burada başqa bir məqam da diqqətdən yayınmamalıdır. Əgər söhbət həqiqətən “zorla köçürülmüş” əhalidən gedirsə, onda həmin insanların böyük hissəsinin niyə Ermənistan vətəndaşlığı almağa çalışdığı sualı ortaya çıxır. Fakt budur ki, uzun illər qondarma qurumun sənədlərindən istifadə edən şəxslər beynəlxalq hüquqi münasibətlərdə ciddi problemlərlə üzləşirdilər. Beynəlxalq səviyyədə tanınmayan sənədlər nə tam hüquqlu şəxsiyyət vəsiqəsi, nə də etibarlı səyahət sənədi hesab olunurdu. Ermənistan vətəndaşlığının əldə edilməsi isə həmin şəxslərə beynəlxalq hüquq baxımından tanınan pasport və hüquqi status qazandırır. Bu reallıq da göstərir ki, məsələ təkcə humanitar deyil, həm də hüquqi və praktiki xarakter daşıyır.

Ümumilikdə, "Sputnik Armenia"nın həm "Artsax" terminindən istifadə etməsi, həm də Qarabağdan köçən erməniləri birmənalı şəkildə "zorakılıqla köçürülmüş əhali" kimi təqdim etməsi onun hadisələrə neytral yanaşmadığını göstərən əlamətlər kimi qiymətləndirilir. Belə materiallar informasiyanın obyektiv təqdimatından daha çox, müəyyən siyasi narrativin qorunmasına və ictimai rəyə təsir göstərməyə xidmət edir.

Müasir jurnalistikanın əsas prinsiplərindən biri beynəlxalq hüququn qəbul etdiyi terminologiyaya hörmətlə yanaşmaq və mübahisəli məsələlərdə bütün tərəflərin mövqelərini oxucuya təqdim etməkdir. Qarabağ məsələsi kimi həssas və mürəkkəb bir mövzuda bu prinsiplərdən uzaqlaşmaq isə medianın obyektivliyinə dair sualları daha da artırır. Məhz buna görə "Sputnik Armenia"nın sözügedən məqaləsi yalnız informasiya xarakterli material kimi deyil, həm də müəyyən siyasi baxışın və ideoloji yanaşmanın təzahürü kimi qiymətləndirilir.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

Ceyhun Bayramov Türkmənistana getdi

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ