ABŞ Mərkəzi Komandanlığı, Oman körfəzindən keçməyə və İran limanına doğru ABŞ-ın blokadasını pozmağa cəhd edən Panama bayrağı altında üzən M/V Vela Nova yük gəmisinə hücum edildiyini təsdiqləyib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri, gəminin mülki heyətinin ABŞ qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymamasından sonra Vela Novanın mühərrik hissəsinə iki Hellfire raketi atıb.
ABŞ ordusu, gəminin İrana doğru getdiyini və ABŞ-ın qüvvədə olan blokadasını pozmağacəhd etdiyini bildirib.
11 avqust tarixinə olan məlumata görə, ABŞ Mərkəzi Komandanlığı blokadanı pozmağa cəhd edən 55 kommersiya gəmisini istiqamətləndirib, blokadanı pozan üç gəmini sıradan çıxarıb və ikisinə desant endirib.
Tahir TAĞIYEV