Rusiya Prezidenti Vladimir Putinlə bir tələbə arasında süni intellekt texnologiyaları və onların potensial riskləri ilə bağlı dialoq diqqəti cəlb edib.
Novosibirsk Universitetinin Akademik Şəhər Mərkəzində texnologiya mütəxəssisləri və gənclərlə görüşən Putin süni intellektin potensial təhdidləri ilə bağlı danışıb. Texnologiyanın inkişaf etdirilməsinin gətirə biləcəyi risklərlə maraqlanan Putin, bir gənc alimə "Süni intellekt bizim üçün hansı təhlükələri yaradır?" sualını verib.
Rusiya liderinin sualına cavab olaraq, gənc alim süni intellektin hazırkı vəziyyətini qısaca qiymətləndirərək, ona narahat olmağa hər hansı bir əsas olmadığını bildirib. Məsələ ilə bağlı aydın bir əminlik yaradan tərtibatçı deyib: "Düzünü desəm, qorxacaq bir şey yoxdur".
Putin isə gülümsəyərək dərhal onun "qorxu" sözünü işlətməsinə reaksiya verib və "Mən heç vaxt heç nədən qorxmamışam" deyib.
Tahir TAĞIYEV