ABŞ prezidenti Donald Tramp "İrana etibar etmədiyini" bildirib və əlavə edib ki, amerikalılar Hörmüz boğazı üzərində tam nəzarətə malikdirlər.
O, İranla bağlı hazırkı vəziyyətin "yaxşı getdiyini - sadəcə əla" olduğunu bildirib: "Hörmüz boğazı tam nəzarətimizdədir. Biz onu özümüz idarə edirik, yalnız biz. Donanmamız inanılmazdır və ölkəmiz əla işlər görür."
Tramp daha sonra deyib: "Mən İrana etibar etmirəm. İranın etibar edə biləcəyi sonuncu insan mənəm və onlar mənə dəfələrlə yalan danışıblar. Hazırda Hörmüz boğazına tam nəzarət edirik, onlar yox".
Tahir TAĞIYEV