Türkiyə Rusiya və ya Ukrayna limanlarına gedən ticarət gəmiləri üçün təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edib. Təşəbbüs ölkə hakimiyyəti ilə əlaqəli olan Yeni safak qəzetində təqdim edilib. Təhlükəsizlik dəhlizləri kommersiya gəmilərinə hücumların qarşısını almaq üçün yaradılacaq. Türkiyə balıqçı gəmiləri üçün də məhdudiyyətlər planlaşdırılır: hakimiyyət bu gəmilərin ölkənin ərazi sularından çıxmasının qarşısını almaq niyyətindədir. Rəsmi Ankara hələlik təşəbbüsə münasibət bildirməyib, lakin ölkənin biznes ictimaiyyəti qeyd edib ki, Türkiyə Qara dənizdə gəmiçilik hərəkətini təmin etməyi hədəflədiyi üçün bu cür planlar ən yüksək səviyyədə müzakirə edilə bilər.
Daha əvvəl ölkə hakimiyyəti Dardanel boğazından gəmiçilik keçidinə qoyulan məhdudiyyətləri qaldırıb.
SAMİRƏ