Danimarkanın Orhus şəhərindəki parkda yerləşdirilmiş Rusiya Prezidenti Vladimir Putinin büstü ucaldıldıqdan cəmi altı saat sonra hücuma məruz qalıb.
TV2-nin məlumatına görə, naməlum şəxslər heykəlin başını qopararaq aparıblar. Radio4 tərəfindən həyata keçirilən bir layihə çərçivəsində Danimarkaya hədiyyə edilən büstlər arasında Benyamin Netanyahu, Danimarkanın Baş naziri Mette Frederiksen, Kim Kardaşyan və Elon Maskın heykəlləri var var. İlk hücuma məruz qalan bust isə Putinin büstü olub. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.
Tahir TAĞIYEV