ABŞ Dövlət katibi Marko Rubio uçan naməlum obyektlərlə (UNO) bağlı diqqət çəkən açıqlamalar verib.
O, bildirib ki, ABŞ-ın insanlar naməlum uçan obyektlər haqqında nəyisə gizlətdiyini düşünürlər: İnsanlar naməlum uçan obyektlər haqqında nəyisə gizlətdiyimizi düşünürlər, amma bilsəydik, ABŞ prezidenti dərhal məsələni qaldırar və foto və videolar göstərərdi".
Dövlət katibi UNO-ların varlığını da təsdiqləyib. “Kim olduqlarını bilmirəm, nə olduğunu bilmirəm, amma hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var və onlar bizə məxsus deyil, ona görə də bunu anlamalıyıq”, - deyə o əlavə edib.
Tahir TAĞIYEV