Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda orta məktəb siyasəti – 2004-cü ildən başlanmış prosesin bəzi aspektləri...

Image


Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü təhsil siyasəti, bu istiqamətdə görülən saysız iş öz müsbət bəhrələrini verir. Müasir çağırışlar dövründə dövlətin, cəmiyyətin həyatında təhsilin oynadığı rol çox böyük əhəmiyyətə malikdir.

Azərbaycanda 4500 məktəbdə 1 milyon 500 mindən artıq şagird təhsil alır. Ölkəmizdə təhsil müəssisələrinin vəziyyətinə, şagirdlərin təhsil mühitinin daha yüksək olmasına, məktəblərin infrastrukturu məsələsinə olduqca xüsusi əhəmiyyət verilir.

  • 2003-2008-ci illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 300 min şagird yerlik 1360 yeni məktəb binası istifadəyə verilib

Azərbaycanda yeni tipli orta ümumtəhsil məktəblərinin tikintisi işinə uzun illərdir başlanıb və indiyə qədər yüzlərlə yeni məktəb binası inşa edilib, təmirə ehtiyacı olanlar isə ən yüksək şəkildə təmir edilərək və bütün lazımi texniki avadanlıqlarla təchiz olunaraq şagirdlərin ixtiyarına verilib.

2004-cü ildən başlayaraq respublikamızın hər yerində yeni məktəb binaları tikintisi həyata keçirilib və bu gün də proses davam edir. Qarşıdakı illərdə də bu iş davam etdiriləcək.

Bir məsələni qeyd edək ki, 2003-2008-ci illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 300 min şagird yerlik 1360 yeni məktəb binası tikilib istifadəyə verilib. Həmin dövrdə 500-dək məktəb əsaslı təmir edilib, yeni tikilən və əsaslı təmir edilən məktəblərlə yanaşı, daha 506 məktəb də müasir avadanlıqla təmin edilib.

  • 5 ildə 1600 məktəb...

Bildiyimiz kimi, son illər məktəb tikintisi daha intensiv xarakter alıb və mövcud məktəblərə əlavə korpusların tikinti dinamikası da baş verib. 2003-cü ildə 191, 2004-də 153, 2005-də 337, 2006-da 197, 2007-də 200, 2008-ci ildə isə 161 yeni məktəb və mövcud məktəblərə əlavə korpuslar tikilib istifadəyə verilib. 2008-ci ildə 129 məktəb əsaslı təmir olunub. Beləliklə, 2003-2008-ci illərdə yeni tikilən və əsaslı təmir olunan məktəblərin sayı 1600-dən artıq olub. 2008-ci ilə qədər həmin məktəblərdə 700 mindən çox şagird təhsil alırdı. Bunlar isə respublikanın bütün orta ümumtəhsil məktəblərinin 50 faizini təşkil edirdi. O dövrdə Təhsil Nazirliyində yaradılan Əsaslı Tikinti İdarəsi dövlət proqramlarının yerinə yetirilməsində xüsusi fəallıq göstərib. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2008-2012-ci illərdə məktəb tikintisinə dair yeni Dövlət Proqramının qəbul edilməsi ilə bağlı imzaladığı sərəncama əsasən, bu illərdə 450 yeni məktəb, 600-dən çox məktəb üçün əlavə korpusun tikintisi, 1200 məktəbin əsaslı təmiri həyata keçirilib.

Dövlət Proqramına əsasən, Təhsil Nazirliyi üzrə Tədbirlər Planına uyğun olaraq, 2009-cu ildə 11000 şagird yerlik 28 yeni məktəbin, 3 mövcud məktəb üçün 1420 şagird yerlik 71 əlavə sinif otağının, 1 təhsil şöbəsinin tikintisi, 4 internat məktəbin və uşaq bağçasının, 11 tədris ocağının əsaslı təmiri, 87 təhsil müəssisəsinin qazlaşdırılması işi uğurla icra edilib.

  • 2018-ci il də daxil olmaqla, həmin dövr üçün Azərbaycanda 3100-dən çox yeni məktəb binası tikilib

“Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” Prezident İlham Əliyevin 23 iyun 2009-cu il tarixli sərəncamına uyğun olaraq, 4 məktəbin əsaslı təmiri, 800 şagird yerlik 3 yeni məktəbin, 1 məktəb üçün 440 şagird yerlik 22 əlavə sinif otağının tikintisi həyata keçirilib. Dövlət büdcəsindən təhsil sahəsinə mərkəzləşdirilmiş qaydada ayrılan vəsait hesabına isə 11 tədris müəssisəsinin əsaslı təmiri yerinə yetirilib. 2010-cu ildə isə Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışı olub. Prezident İlham Əliyev sözügedən məktəbin yeni binasının açılışında iştirak edib. 

Qeyd edək ki, 2018-ci il də daxil olmaqla, həmin dövr üçün Azərbaycanda 3 min 100-dən çox yeni məktəb binası tikilib.

  • Modul tipli məktəblər...

Prezident tərəfindən 2018-ci il üçün təsdiq edilən Dövlət İnvestisiya Proqramına uyğun olaraq, həmin il ölkə ərazisində 137 modul tipli məktəbin quraşdırılması da nəzərdə tutulurdu ki, bu məktəblər əsasən ucqar, şagirdlərin sayı az olan yaşayış məntəqələrində quraşdırılıb. 2017-ci ildə isə ölkə ərazisində 106 belə məktəb quraşdırılıb.

Qeyd edək ki, Prezident  İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində, ümumilikdə, 293 modul tipli məktəb quraşdırılıb. Həmin sərəncama əsasən, 2020-ci ilin sonuna kimi daha 60  modul tipli məktəbin istifadəyə veriləcəyi nəzərdə tutulurdu ki, biz həmin məktəblərin də istififadəyə verilməsinin şahidi olduq.

Məlum olduğu kimi, 2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir. Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

  • Cəlilabadda 2004-cü ildən bəri 30-dan çox yeni məktəb binası...

Rəsmi məlumatlara görə, 1980-2003-cü illərdə Cəlilabad rayonunda cəmi 8 məktəb binası inşa olunmuşdusa, 2004-cü ildən bəri rayonda 30-dan çox yeni məktəb binası tikilərək istifadəyə verilib.

Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində rayonun Abazallı, Kürdlər, Mirzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəb binaları inşa edilib. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, Türkelli, Qarağac, Lallar, Ağusəm, Hacıcavad, Ətcələr, Ləzran, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərində isə modul tipli daha 10 məktəbin tikintisi həyata keçirilib.

  • “Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək”

Prezident İlham Əliyev 2017-ci ildə Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin açılışında söylədiyi nitqində bildirirdi: “...Son illər ərzində Bakı şəhərində, demək olar ki, məktəblərin tam əksəriyyəti əsaslı təmir olunub, yeni korpuslar, yeni məktəblər tikilib. Bakıda 300-dən çox məktəb var. Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı təqribən 20-yə yaxındır. Əminəm ki, gələn il və əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək”.

Prezidentin bu çıxışının üzərindən 3 il keçib və paytaxtın təmirə ehtiyacı olan orta ümumtəhsil məktəblərinin binası əsaslı şəkildə təmir edilib.

  • Bölgələrdə onlarla yeni məktəb binası tikilib

Bu istiqamətdə bölgələrdə də intensiv işlər görülüb. Son illər yeni məktəb tikintilərinin həyata keçirilməsi, təhsil müəssisələrinin texniki bazasının gücləndirilməsi diqqəti çəkir. Götürək elə Salyan rayonunu. Son illər rayon ərazisində yararsız vəziyyətdə olan məktəblərin yerində yeniləri tikilərək şagirdlərin istifadəsinə verilib. Rayonun Şorsulu kənd inzibati ərazi dairəsinə daxil olan Boranıkənd kəndində 200 yerlik ümumi orta, Peyk kəndində 320 yerlik tam orta, Qarabağlı kəndində 480 yerlik Qarabağlı-1 saylı kənd tam orta, Yolüstü kəndində 360 yerlik tam orta, Quyçu kəndində 80 yerlik ümumi orta, Salyan şəhəri Plastmas yaşayış massivində yeni 680 yerlik 9 saylı tam orta, Salyan şəhər 2 saylı tam orta məktəbi üçün 1200 yerlik yeni bina, Bəşirbəyli kəndində Pambıqkənd kənd tam orta məktəbi üçün 6 sinif otağından ibarət 120 yerlik yeni korpus, Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni bina və Qarabağlı kəndində 100 yerlik uşaq bağçası inşa olunub.

Göründüyü kimi, 2004-cü ildən üzü bu yana yüzlərlə yeni məktəb binası inşa olunub, təmirə ehtiyacı olanlar isə əsaslı şəkildə təmir edilib.

  • Bakıda yeni məktəb binaları inşa edilib

Son 2019-2020-ci illərdə təmiri başa çatan və istifadəyə verilən məktəblərin sayı da çoxdur.

Görülən işlərdən bəzilərini qeyd etmək istəyirik. 2019-cu ildə Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin, eləcə də bu ilin avqust ayının 26-da Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb binasının, sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışını vurğulamağımız yerinə düşərdi. Bildiyimiz kimi, 7 sentyabr tarixində ölkə başçısı İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Hazırda tikintisi başa çatan və sentyabrın 15-də şagirdlərin və müəllim kollektivinin istifadəsinə veriləcək bütün təhsil müəssisələrində hər cür maddi-texniki baza formalaşdırılıb.

Biz bu yazıda son 16-17 ildə Azərbaycan dövlətinin məktəb tikintisi ilə bağlı həyata keçirdiyi işlərin müəyyən bir hissəsini əhatə etdik. Görülən işlərin sayı o qədər çox, miqyası o qədər genişdir ki, bütün bu faktları bir yazıda əhatələmək, yazmaq çox çətindir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ