Cümə günü, 13 noyabr 2026
     

Adı ilə, dadı ilə məşhur Üstüpü məhsulları... - FOTO

Image


Ordubadın təbiətinin zənginliyinə və füsunkarlığına görə bir-birindən gözəl kəndləri çoxdur. Onlardan biri də Üstüpüdür. Muxtar respublikanın bütün bölgələrində həyata keçirilən kompleks quruculuq tədbirlərindən öz nəsibini alan bu yaşayış məntəqəsi bu gün müasir Azərbaycan kəndinin bir nümunəsidir.

Kəndin saf havası, dumduru bulaq suları, bərəkətli torpaqları və bu torpaqlardan əldə olunan keyfiyyətli məhsulları ilə qidalanan insanları uzunömürlülər sırasındadırlar. Sağlam bir ortamda, gözəl təbiətin qoynunda yaşayan insanların bu gözəlliklər sanki ruhuna da sirayət edib. Belə uzunömürlü, xoş simalı üstüpülülərdən 94 yaşlı nurani bir babanın - Məhəmməd Əsədovun qonağıyıq. Söhbət düşəndə elə hey “o vaxtın kişiləri” deyərik. Elə o vaxtın kişilərinə də məxsus bir tərzi var. Başından papağı, cibindən darağı, əynindən pencəyi əskik olmaz. Hə, bir də çöhrəsindən təbəssümü. Hər görüşümüzdə də doğulub boya-başa çatdığı kəndini - Üstüpünü öz şirin Ordubad ləhcəsilə vəsf edər. Uzunömürlülüyün sirrini də elə bu torpaqda görür: Torpaqlarımız bərəkətli, məhsullarımızın keyfiyyəti bir başqa, dadına isə doyum olmaz,-deyir.  Məhəmməd babanın ömür-gün yoldaşı, 84 yaşında öz gözəllik cizgilərini itirməyən Ziyada nənə də söhbətə qoşulur: “Özün də görürsən, ha tərəfə boylansan, göz işlədikcə uzanan əkin sahələridir. Bizim özümüz də vaxtilə məşğul olmuşuq. İndi bu işləri övladlarımız davam etdirir, bizim də payımızı gətirirlər, şükür, heç nədən korluğumuz yoxdur. Torpağa əyilən heç zaman çarəsiz qalmaz. Cəfa çəkməsən, səfa görməzsən”. Həyətyanı sahələrində lobya əkini diqqətimdən yayınmır. Nə qədər gücümüz çatmır desələr də, yenə də kiçik sahələrində torpağın bir qarışını belə boş qoymağa vicdanları rahat buraxmayıb, əkiblər.

Bir qədər, rayonun ümumi mənzərəsinə nəzər salmaq istərdim. Ordubad Azərbaycanın incisidir, cənnət guşəsidir. Həm tarixin zənginliklərini yaşadan muxtar respublikanın bir bölgəsi kimi, həm də bağlar diyarı kimi tanınır. Ordubad deyəndə gözlərimiz önündə ilk olaraq ərik bağları və limon ağacları canlanır. Ordubad əriyi, Ordubad limonunun dadı uzaq Rusiya ellərinə də məlumdur. “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində qeyd olunduğu kimi, hələ keçmiş dövrdə hər il orta hesabla Ordubaddan Tiflisə, oradan isə Ağstafa dəmir yolu vasitəsilə Rusiyanın mərkəzi şəhərlərinə 150 min pud quru ərik daşınırdı. Günümüzdə də Ordubadın istər yaş, istər quru meyvələri ən gözəl və arzuolunan sovqat sayılır. Lakin Ordubad nemətləri sadaladıqlarımızla məhdudlaşmır. Bölgənin özünəməxsusluğu bir də ondadır ki, hər kəndində fərqli meyvə-tərəvəzlər yetişdirilir. Məsələn, ən yaxşı zoğalı Nüsnüsdən, narı Kotamdan, limonu Ordubad şəhərindən, Vənənd, Əndəmic, Dırnıs və digər yaşayış məntəqələrindən əldə etmək olar. Yəni bu kəndlərdə adıçəkilən meyvələrin yetişdirilməsinə xüsusi diqqət edirlər. Nar bağlarına Üstüpüdə rast gəlmədiyimiz kimi, kələm əkininə də Kotamda rast gəlməzsən. Hər kəndin öz iqliminə, torpaq xüsusiyyətlərinə uyğun əkin həyata keçirilər və nəticədə bol və keyfiyyətli məhsul əldə olunar.

Üstüpü ucqar bir dağ kəndidir. Ondan aşağıda Çənnəb və Düylün yaşayış məntəqələridir. Yuxarıda yerləşən Məzrə kəndi isə Üstüpü  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə tabedir. Çənnəbə girişdən ta Məzrənin çıxışınacan göz işlədikcə uzanan kələm sahələri bu il də məhsulun bol olacağından xəbər verir. Ümumilikdə kəndin 1500-ə yaxın sakini 482 təsərrüfatda birləşib. Arıçılıq, heyvandarlıq və maldarlıq kəndin təsərrüfatında yer tutsa da, əsas üstünlük kələm, kartof və lobya əkinindədir. Bu 3 məhsul bazarlarda da “Üstüpü məhsulu” adı ilə illərdir ki, öz alıcısını tapıb. Kənddə çətin ki, boş torpaq sahəsi ola. Üstüpülülər torpağın qiymətini yaxşı bilir, onu da bilirlər ki, torpağın qarası üz ağardar. Pay torpaq sahələrindən başqa həyətyanı təsərrüfatlarda da əkilən kələmlər gül buketi kimi göz oxşayır. Məzrədən dağ yolu ilə təqribən 12 kilometr məsafədə yerləşən Rumus yaylaqlarındakı əkinəyararalı torpaq sahələrini də qızıla çevirən üstüpülülərin yetişdirdiyi məhsulların dadına söz ola bilməz. Özləri də etiraf edir ki, yuxarı qalxdıqca iqlim dəyişir və belə sahələrdə becərilən məhsul daha keyfiyyətli olur. Bu il üstüpülülər 35 hektar sahədə kartof, 10 hektar sahədə lobya və 8 hektar sahədə kələm əkini həyata keçiriblər.

Üstüpü kələmi öz kövrəkliyi və dadı ilə seçilir. Sərini sevən bitki olduğu üçün bu torpaqlarda məhsuldarlığı da gözlənilən olur. Dədə-baba sortları ilə yanaşı, üstüpülülər alınma sortlardan da istifadə edirlər. Kələm bağladı, yəni yetişdisə, onu vaxtında kəsmək lazımdır, əks halda partlayıb iki yerə bölünər. Məhsul əsasən sərin yerdə, evlərin zirzəmilərində saxlanılır. Yerli sortları 15 gün, alınma sort kələmləri isə əsasən mart ayına kimi saxlamaq olur. Aprelin sonu, mayın əvvəllərində yerə salınan şitillərin ərsəyə gəlmə müddəti də fərqlidir. Tezyetişən, orta yaylıq və payızlıq kələm əkildiyini nəzərə alsaq, məhsulun yığımı iyul ayından başlanır və sentyabrın axırı, oktyabrın ilk 15 günlüyündə bitir. Bu sahədə kənd sakinlərindən Ülvi Məmmədli, Sərxan Bədəlov yaxşı təcrübə qazanıblar. Gənc təsərrüfatçı Ziyad Kərimov isə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə  “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. Ziyadla söhbətimizdə bildirir ki, bu işi atası Aydından öyrənib. İndi onlar ailəlikcə əkinçiliklə məşğuldurlar, Rumusda 2,5 hektar sahədə kartof, 3 hektar sahədə kələm yetişdiriblər. Hər mövsümdə onlar kənd sakinlərindən də cəlb edərək 16-20 nəfərin məşğulluğunu təmin etmiş olurlar. Ziyad Kərimov: “Biz bu sahədə yetərincə təcrübə qazanmışıq. Yetişdirdiyimiz məhsullar dağ suları ilə qidalanır. Kəndimizin içindən keçən və qar suları ilə qidalanan Düylün çayı öz mənbəyini Rumusdakı “Yağlı dərə” deyilən ərazidən götürür. Biz yalnız üzvi gübrələrdən istifadə edirik. Olduqca gəlirli sahələrdir. İl ərzində orta hesabla 100 tona yaxın kartof, 300 tona yaxın kələm tədarük edirik. Sentyabr ayından artıq alıcılar Üstüpü məhsullarını bazarlardan əldə edə biləcəklər”. 

Kənd sakinlərindən Zahid Ağasoy da həm kələm, həm də kartof əkir. Deyir ki, bu işdə yoldaşı ona kömək olur. İl ərzində sahələrdən 2 tona yaxın kartof, 15-20 ton kələm götürürlər. Hər şənbə-bazar Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satış-yarmarkasına, eləcə də, Culfa, Ordubad, Babək bazarlarına da məhsullarını çıxarırlar. “Alıcıya məhsulunuzu necə təqdim edirsiniz”, – sualıma isə belə cavab verir:

- Bir kəlmə deyirik ki, Üstüpü məhsuludur. Çünki Naxçıvanda bu məhsulların dadını  bilənlər çoxdur və getdikcə də onların sayı artır.

Mövsümündə göy lobya alıb istifadə edənlər də az olmur. Lakin ordubadlılar əsasən qış üçün dən lobyaya daha çox üstünlük verirlər. Və Ordubad lobyası qiymətdə də fərqlənir. Bunu əsasən dad fərqi ilə əlaqələndirirlər. Elə ağız dadını bilənlər də ordubadlıların, xüsusilə də üstüpülülərin sevərək yetişdirdiyi bu məhsula daha çox üstünlük verirlər. Elə paytaxt Bakıda da Ordubad məhsulları adı altında satılan lobyanın dadını bilənlər az deyil.

Sübut olunub ki, lobya dəninin tərkibindəki zülal qidalılığına görə ət və süd zülallarına yaxındır. Ona görə də bəzən lobyanı ətə bərabər tuturlar. Lobyanın dənlərində zülal və yağdan başqa çoxlu karbohidrat (şəkər və nişasta), qiymətli mineral maddələr (kalium, kalsium, maqnezium, dəmir, fosfor), üzvi turşular (tiamin) və B2 (riboflavin), PP (nikotin turşusu), C (askorbin turşusu) vitaminləri vardır.Bu sahə ilə kənd sakinlərindən Rəcəb İsmayılov, Pərviz Quliyev geniş məşğul olur. Amma ümumilikdə, hər kəsin həyətində mütləq şəkildə lobya yetişdirilir. Yəni hər bir üstüpülü  öz ehtiyacını ödəmək üçün lobya, kələm və kartof məhsulunu özü becərir.

Qeyd-şərtsiz, tam əminliklə Üstüpü məhsullarından alıb süfrənizi dadlı nemətlərlə bəzəyə bilərsiniz. Tək süfrənizi deyil, sağlamlıq necə və hansı məhsullarla qidalanmağımızdan da çox asılıdır. Sağlamlığımızı düşünürüksə, öz bərəkətli torpaqlarımızda yetişən məhsullara üstünlük verək. Bu sırada Üstüpüdə yetişdirilən məhsulların öz yeri var.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ