Cümə günü, 13 noyabr 2026
     

Çimərlik sahibləri antipandemiya tələblərinin icrasını “başlı-başına” buraxıblar - dövlətin düzgün kursu yeni təhlükədə...

Image


Ölkəmizdə karantin rejiminin yumşaldılması nəticəsində bir sıra istiqamətlərdə açılımlar baş verdi. Avqustun 5-dən etibarən ölkəmizdə çimərlik mövsümünün açılmasına icazə verilməsi insanların kütləvi şəkildə çimərliklərə üz tutmasına səbəb oldu. İnsanların çimərliklərə kütləvi axını deyərdik ki, müxtəlif çimərliklərdə ciddi sıxlıq yaranmasına gətirib çıxardı.

Çimərlik mövsümünün başa çatmasına az qalmasına baxmayaraq, insanların çimərliklərə kütləvi axın etməsi halları müşahidə edilir. Xüsusən də şənbə-bazar günləri daha çox insan ailəvi şəkildə çimərliklərə üz tutur. Təəssüflə qeyd edək ki, müşahidə etdiklərimizə görə çimərliklərdə vətəndaşların böyük bir qismi qətiyyən sosial məsafə gözləmir, bir-birinə yaxın şəkildə uzanır, çimir, dayanırlar, bir-birini tanımadıqları halda, birgə çay içənlər, söhbət edənlər, bir-birinə yemək təklif edənlər, hətta nərd, domino oynayanlar, itlərini, pişiklərini camaatla birgə dənizdə çimizdirənlər da kifayət qədərdir. Bu hal Şıx çimərliyində daha çox müşahidə edilir.

  • “Çimərlik mövsümünün sonu yaxınlaşdığından...”

Bildiyimiz kimi, Azərbaycan dövləti olduqca mütəşəkkil, faydalı, səmərəli antipandemiya tədbirləri görür, aidiyyəti dövlət qurumları bu istiqamətdə üzərlərinə düşən işləri yetərincə görürlər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumlar birgə rəsmi açıqlama yayaraq, çimərliklərə ciddi nəzarəti artırdıqlarını bildiriblər.

Açıqlamada qeyd edilir ki, paytaxtda çimərlik mövsümünün sonunun yaxınlaşmasına baxmayaraq, vətəndaşların çimərliklərə istirahətə gəlişi davam edir. “Bununla əlaqədar olaraq sosial məsafə saxlanması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət olunması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur qurumları tərəfindən karantin qaydaları nəzərə alınaraq, tədbirlər görülür, vətəndaşlara səsgücləndirənlər vasitəsilə bu barədə mütəmadi xəbərdarlıqlar edilir. Artıq bir aydır çimərliklər fəaliyyət göstərir və sakinlərimiz yaradılan şəraitdən razılıqlarını bildirirlər. Həmçinin, ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri ciddi nəzarətdə saxlanıb, kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edirlər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb. Çimərlik mövsümünün sonu yaxınlaşdığından, şənbə və bazar günlərində bura insan axınının çox olması nəzərə alınaraq, xüsusi növbəçilik yaradılıb, gündəlik reydlər keçirilir, çimərliklərin fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nəzarəti artırılıb”.

  • “Görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmadan qorumaqdır”

Açıqlamada, həmçinin, bildirilir ki, çimərliklərə gələnlərin sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir, burada hər çimərliyin tutumu ilə əlaqədar rəqəmlər əks olunur. Məlumatda vurğulanır ki, istirahətə gələn vətəndaşların sayını “Asan könüllüləri” qeydə alır və bura girişi tənzimləyirlər. “Görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmadan qorumaqdır. Buna görə də icra qurumları nümayəndələri tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir”. Açıqlamada deyilir.

  • “Unudulan” çimərliklər də var?

Dövlət səviyyəsində həyata keçirilən virusla mübarizə tədbirləri və əlaqədar qurumların çimərliklərdə bu şəkildə tədbirlər həyata keçirməsi müsbət haldır. Lakin müşahidəmizə görə, bu tədbirlər heç də bütün çimərlikləri əhatə etmir, hələ də gözdən-könüldən uzaq qalan çimərliklər var. Şıx çimərliyinin “Qağayı” çimərliyində təəssüf ki, qeyd edilənlərin heç birini müşahidə edə bilmədik. Burada nə dezinfeksiyaedici məhlulların olduğu xüsusi qablar var, nə də, deyildiyi kimi, səsgücləndirənlər vasitəsilə istirahət edənləri mövcud qaydalara əməl etməyə çağırışlar edildiyinin şahidi olmuşuq. Sosial məsafənin pozulması isə bu çimərlikdə adi hala çevrilib. Doğrudur, gün ərzində polislər çimərliyə baş çəkir, hətta camaatla da maarifləndirici söhbətlər edirlər, amma digər qurumların əməkdaşları həmin ərazidə görünmürlər. Həmin çimərliyə bitişik Fövqaladə Hallar Nazirliyinin müvafiq xilasetmə binası yerləşir, xilasediciləri də tez-tez gözə dəyir. Amma çimərlikdə maarifçilik istiqamətində hər hansı bir ciddi tədbirin görüldüyünün şahidi ola bilmirik. Az da olsa, natəmizliyə də rast gəlinir. Bu çimərliyə gələnlərin əksəriyyəti də nə cimerlik.az portalından icazə alır, nə də ərazidə könüllülər var.

Amma deyək ki, populyar çimərliklərdə BŞİH-nin qeyd etdiyi kimi, bu tədbirlər geniş şəkildə görülür, amma ucqar çimərliklərdə bunlar müşahidə edilmir.

Bu fikirləri qeyd etməklə heç də əlaqədar qurumların gördüyü işlərə kölgə salmaq niyyətimiz yoxdur, sadəcə, diqqətdən kənarda qalan bir istiqamətə bu qurumların diqqətini yönəltmək istəyirik.

  • “Burada əlaqədar qurumların çimərliklərə nəzarəti çox güclüdür”

Sosioloq Aytəkin Kamranqızının sözlərinə görə, çimərlik mövsümü açıldıqdan sonra həqiqətən də əlaqədar qurumlar tərəfindən çimərliklərə diqqət artırılıb. Bir çox çimərlikdə karantin qaydalarına ciddi əməl edilməsi üçün nəzarətin tam gücləndirildiyini deyən sosioloqun sözlərinə görə, bu gün populyar çimərliklərin hamısında Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, eləcə də digər əlaqədar qurumlar ciddi şəkildə işləyirlər. “Azərbaycan dövlətinin həyata keçirdiyi antivirus tədbirləri çox yüksək səviyyədədir. Çimərliklərə gəlincə, elə götürək Bilgəh, Novxanı çimərliklərini. Burada əlaqədar qurumların çimərliklərə nəzarəti çox güclüdür. Çimərliklərdə xüsusi kabinalar quraşdırlıb və ora dezinfeksiya məhlulları qoyulub, hətta istirahətə gələnlərin nəinki özlərinin, hətta avtomobillərinin arasında belə sosial məsafə qorunur. “ASAN könüllüləri” insanlara çox yüksək səviyyədə nəzarət edir, onlarla maarifləndirici söhbətlər aparırlar. O ki, qaldı sizin qeyd etdiyiniz məsələyə, bilirsiniz, burada əsas problem yenə də daha çox vətəndaşların məsuliyyətsizliyi ilə bağldır. İnsanlar gərək özlərinə məsuliyyətli yanaşsınlar. Hesab etmirəm ki, Şıx çimərliyinə nəzarət yoxdur, lakin ola bilər ki, sahibkarlar işlərini düzgün qura bilməyiblər. Çox təəssüf ki, bəzi sahibkarlar öz məsuliyyətsizlikləri ilə dövlətin aylardır həyata keçirdiyi düzgün mübarizə kursuna dəstək vermək əvəzinə, ona xələl gətirən addımlar atırlar.

Hesab edirəm ki, bu cür çimərliklərdə olan problemlər əlaqədar qurumlar tərəfindən nəzarətə götürülməli və bu istiqamətdə nəzarət daha da sərtləşdirilməlidir. Çox zaman çimərlikləri işlədən sahibkarlar işlərinə səhlənkar yanaşırlar. Bütün bunlar araşdırılmalıdır. Yenə də deyirəm, insanlar məsuliyyətli olmalı, bir-birilə sosial məsafə saxlamalıdır. Vətəndaş yediyi yeməyin qırıntılarını, içdiyi suyun butulkasını heç bir məsuliyyət daşımadan yerindəcə buraxıb gedirsə, bu, vətəndaş məsuliyyətsizliyi ilə bağlı məsələdir. Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar pandemiya şəraitində vətəndaşların çimərliklərdə istirahət edərkən hansı qaydalara əməl etməli olması ilə bağlı təlimat hazırlayıblar. Hər bir çimərlikdə istirahət edən vətəndaşlar, ərazini işlədən, oradan gəlir götürən sahibkarlar bu təlimatlara uyğun davranmalıdırlar. “ASAN könüllüləri”nə gəlincə, onlar demək olar ki, bütün populyar çimərliklərdə fəaliyyət göstərirlər. “ASAN könüllüləri”nin, əlaqədar qurumların təmsilçilərinin çimərliklərdə olub-olmamasından asılı olmayaraq, vətəndaşlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Vətəndaş var ki, tibbi maskanı ağzından çıxarıb hara gəldi atır. Belə olmaz”.

  • “Çimərliklərin hamısında zibil konteynerləri qoyulub, lakin...”

O, həmçinin, qeyd etdi ki, aidiyyəti QHT-lər də dövlət qurumlarına dəstək məqsədilə maarifləndirici tədbirləri gücləndirməli, çiməliklərdə olmalı, əhali ilə maarifləndirici söhbətlər aparmalıdırlar.

A.Kamranqızının sözlərinə görə, artıq çimərlik mövsümü sona yetmək üzrədir və buna baxmayaraq, bütün hallarda, vətəndaş məsuliyyəti artırılmalıdır. “Çimərliklərdə istirahət edən vətəndaşlar və bu məkanları işlədən sahibkarlar elə davranmalıdırlar ki, aidiyyəti dövlət qurumlarının həyata keçirdikləri tədbirlər daha effektiv nəticə versin. Çimərliklərin hamısında zibil konteynerləri qoyulub, lakin insanların bəziləri yenə də zibili yerə atır, yenə də bəzi sahibkarlar məsuliyyətsiz davranır, karantin qaydalarını gözləmirlər”. 

Ekspertin fikirlərindən belə qənaətə gəldik ki, əlaqədar qurumlar bu istiqamətdə ciddi işlər görürlər, lakin bəzi vətəndaşların məsuliyyətsizliyi nəticəsində sosial məsafə pozulur, karantin qaydalarının müəyyən tələblərinə əməl edilmir, buna görə də vətəndaş məsuliyyəti artırılmalıdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ