Bu ifadə xalqımızın milli – mənşə taixinin ən qədim nümunəsini əks etdirən dağ-qayalıq ərazisinə verilən bir addır...
Adın bu yerə nə vaxt, necə verilməsi tarixi mənə də dəqiq məlum deyil. Baxmayaraq ki, bu nəhəng və əvəzsiz abidəmiz barədə illər boyu arxeoloji, geoloji (?), mədəni və s. tarixi araşdırmalar aparılmış, kifayət qədər elmi-kütləvi, publisistik məqalələr, kitablar yazılmışdır. Lakin bu proses hələ də davam edir və güman edirəm ki, davam edəcəkdir də...
Buna görə də düşünürəm ki, mən də bu barədə öz fikir və mülahizələrimi oxucularımızla bölüşsəm heç də qəbahət etmərəm.
Qobustan. Müasir anlayışda; ilkin olaraq bu söz yazı və səsləndirmədə qobu və ustan(burada ifadələrin birləşməsi zamanı u-nun biri düşür) birləşməsində özünü təqdim edir. Yəni qobular (çuxur, çala, nohur, dərə, yarğan və s. bu mənaları verən yer adları mənasında – baxmayaraq ki, qeyd olunan sözlərin yerindən asılı olaraq hər birinin özünə məxsus məzmun və mahiyyəti vardır. Sadəcə anlaşılsın deyə, mən bu sinonim ifadələri işlətdim) olan yer, çoxlu qobulu yer və s. kimi başa düşülür. İlkin dövrlərdə (10 min il öncə)AN səs və ifadəsi Tanrıya aid edilsədə (şumerlərdə: yəni Tanrı, Allah, yaradan işıq – Ağ işığın nuru – B.H)sonradan tarixin müəyyən dövrlərindən etibarən hansı səbəbdənsə yer mənsubiyyət şəkilçisi kimi qəbul edilmişdir. Məsələn; Muğan, Şirvan (Survan B.H) İrəvan, Naxçıvan və s...[Muğan sözünə diqqət yetirək: apardığım tədqiqatlara əsasən burada ilkin olaraq işıq Tanrı dini etiqadı zamanında – Mak - Kam; Maq - Qam; ifadələri kod açılışında: A – ağ işığ – yaradan tanrı, K – onun parıltısı, M – millənmək, düşmək, düşən, sallanan, sallandırılan mənalarında başa düşülür. Ümumiləşdirilmiş mənada isə Tanrının yerdə əks olunan parıltısı, işığı anlayışına gəlir. AN – birləşməsində isə A – yuxarıda qeyd edildiyi kimi, N – isə nur, işıq – bəlağətli işıq, gözə zərər verməyən həzin, zərif, xoş təəssüratlı işıq anlamına gəlir.
Sonradan, günəş dini etiqadı dövründə MAK – QAMifadələri, MUK – MUQ – MUĞkimi təqdim olunmağa başlanmışdır. Burada U – günəş, yəni “Udu”nu (oddan dişaran od anlayışında) ifadə etdiyi zamanlarda bu cür təqdim olunurdu. QAM – ların mənası isə olduğu kimi qalırdı...
O zamanların cəmiyyəti bu dinlərin təlimçiləri və təbliğatçıları olan kahinləri məhs belə – Tanrının insanların zəkasını, qəlbini işıqlandıran, nurlandıran əksi kimi görürdülər... Müasir anlamdakı muğan ifadəsi isə MUĞların – Kahinlərin məskəni mahiyyətini daşıyır.
İrəvan sözü isə müasirdir, əsli farscadan olan “rəvan” sözünün mahiyyətinə uyğun olaraq “həyat”, “diri” mənalarına nisbətən uyğun gəlir. Başqa bir mənada isə “İR” sözönü müstəqil olaraq lütlüyü, çılpaqlığı ifadə edir. Güman etmək olar ki, burada düzəngah, səhralıq, çılpaq yer kimi anlaşılmışdır. Daha başqa bir mənada isə, əsasən də müasir anlamda düzlük, düzəlmək (yola düzəlmək) və s. bu anlayışlarda da başa düşülür.
VAN– söz birləşməsi isə ta qədimlərdən dilimizdə mövcud olmuşdur. Yəni V – səsi və işarəsi yurd-yuva, yer, məskən mənalarında işlədilmişdir. AN isə yuxarıda qeyd etdiyim kimi Tanrının nuru mənasına gəlir ki, əsasən sututar məkanların toponimlərində özünü göstərir. O səbəbdən ki, insanların günəşə sitayiş məkanları ilkin olaraq su hövzələri olardı. Onlar günəşin suya düşən əksində vəftiz (dəstəmaz alamaq mənasında) olunar sonra ibadətə başlayardılar... Azərbaycanda bu cür məkanlar kifayət qədərdir. Həmçinin vaxtı ilə Azərbaycana məxsus olduğu ehtimal edilən müasir Türkiyə ərazisindəki, Günəşçilik dini ibadət məkanıVan gölü da daxil olmaqla...
Digər bu qəbildən olan qədim toponimlərin məna – mahiyyətlərini başqa yazılarımda verdiyimdən təkrar etmək istəmirəm...]Daha sonralar isə (təxmin edirəm ki, ilkin orta əsrlərdən)bir az da canlılaşdırılaraq ərazidə yaşayan kimlərə, nələrə məxsusluğu aidiyyətiləşdirilərək an-ın qarşısına ist, ıst, üst, ustifadələrini şəkilçi olaraq əlavə etməklə mənsubiyyətlilik mənasında işlədilməsinə başlanılmışdır. Məsələn, Türküstan, Özbəkistan, Qazaxıstan, Qobustan, Gülüstan(güllük ərazi, yer, məskən mənasında) və s.Ayrılıqda isəən qədim zamanlarda UST ifadəsi, ümumi mənadailkin olaraq Tanrı odunun, sonradan Günəş Tanrının (UDU-nun) səsi və sözü,daha sonradan isə bu Tanrının xalqı, eli anlamına gəlir.
Lakin Qobustanın çox qədim tarixi bizə imkan verir ki, bu müasir və bəsit fikirdən (ustan yer, mənsubiyyət şəkilçisi anlamından) vaz keçək...
Fikrimi əsaslandırmaq üçün C.Corvoda müraciət edək...
İngilis hərbiçisi və tarixçisi polkovnik Ceyms Corvod öz kitablarında qeyd edir ki, Sakit okeanda yerləşən və indiki Avstraliya qitəsindən təxminən altı dəfə böyük olan MU(AMUların yaşadığı materik – B.H) qitəsi dəhşətli vulkan püskürməsi nəticəsində okeana qərq olduqdan sonra ucqarlarda salamat qalanlar (AMUlar sonradan ukur, uruk, uyğur və ayma, amay, ayam, maya kodlaşdırılmış adlar altında bölünən iki qohum qövm) iki yerə bölünərək yarısı AfrikayaNil(Nul) çayı sahillərinə, digərləri isə Qafqaz (Kabkas, Kavkas – B.H) – indiki Xəzər dənizi sahillərinə üz tutdular. Bu təxminən 18 min il bundan öncəyə təsadüf edirdi. C.Corvod onu da xüsusi vurğulayır ki,bu onların Xəzər sahilinə ikinci gəlişi idi... (Və bundan sonra yer kürəsinin bütün ərazilərinə səpələndilər:AS– ASAR (AZƏR), TUR– TÜRK qövm adları ilə...B.H)Hesab edirəm ki, bu tamamilə doğru fikirdir. Çünki bildiyimə görə Qobustandakı bəzi abidələrin yaşı 30-50 min il bundan öncəyə aid edilir.
Eyni zamanda C.Corvod Birmada (indiki Yamayka) buddist məbədlərinin zirzəmilərində gizli saxlanılan MUlara aid tabletlərdəki yazıları oxudarkən məlum olmuşdur ki, məna etibarı ilə bunlar qədim türk dilindədir.
Ona görə də C.Corvodun dünyanın qəbul etdiyi araşdırmalarının dəqiqliyinə istinad edərək deyə bilərəm ki, o dövrün fikir-söz ifadəsində müasir qobu anlayışı ola bilməzdi. Çünki bu ifadənin düzgün yazılışı – Kabu+us o dövrdəki yazı (şəkili yazı) ifadə – işarələri kodlaşdırılmış formada – şəkildə təqdim olunurdu.
İlk olaraq Kabu ifadəsinə diqqət yetirək: bu ifadəni əks oxunuşda, eyni zamanda güzgü oxunuşda[O zamanlar, həmçinin daha qədim zamanlarda demək olar ki, əsasən güzgü oxunuşlu yazı üsulundan istifadə olunurdu. Səmadan yerdəki yazılar, işarələr, əlamətlər yaxşı oxunsun, görünsün deyə. Dövrümüz üçün də bu fikir özünü doğruldur. Bu ehtimala görə dəAMUların başqa planetlərlə əlaqəsi mövcud idi. Məsələn; 2015-ci ilin mart ayının ortalarında İspaniya alimləri bəyanat verərək (bu bəyanatdakı məlumatın NASA alimləri ilə razılaşdırıldığı xüsusi qeyd olunurdu) bildirdilərki, yer üzünə başqa planetlərdən gələn “məxluqlar”aydın türk dilində danışırlar.] təqdim etsək, görərik ki, Ub-ak, heca (?) yerdəyişməsi Bu-ka, işarə-hərf (?), səs yerdəyişməsi Ba-k-u və s. Baku ifadəsinin kod açılışını isə başqa yazılarımda qeyd etdiyim kimi Tanrı(u)odunun parıltısının (işığı, səsi, sozü olan yer)binası, Tanrıodunun parıldadığı, işığının əks olunduğu yer, məskən, yurd-yuvası və s. mənasını verir.(Bu məna ad olaraq şəhərə yox, əslində bu gün “Qız Qalası” kimi tanınan “İşıq – Günəşməbədi”nə aiddir.)
Nəticə etibarı ilə bu mənalandırmaların ümumiləşdirilmiş təqdimi heç şüphəsiz ki, yaşayış məskəninin ən qədim mahiyyətini özündə etiva edir
O ki, qaldı sözün ikinci hissəsi us-a, bu ifadənin də açılışını digər məqalələrimdə vermişəm. Yəni ən qədimlərdə su üstündəki ibadətlərdə us anlayışı u-nun(odun, udunun, günəşin)səsi, bəzi hallarda sözü mənalarında qəbul edilərək ibadətlərin mahiyyətini əks etdirərdi.
Zaman keçdikcə isə bu anlayış ibadətlərə toplananların cəminə, kütləsinə, xalqa, camaata şamil edilməyə başlamışdı. Məsələn, us, ulus(qırmızı odun, udunun – Günəşin xalqı, eli və s.) kimi ifadə edilərək xalq anlayışına çevrilmişdi; Kab+us –yəni Tanrıbinasında (B – səsi qədim jumerlərdə bina, ev mənasını verir)olan xalq, el, kütlə, ulus və s. (Ehtimal edirəm ki, hazırki su ifadəsi də bu anlayışdan qaynaqlanmışdır. Çünki o zamanlarda suyu KU (QU) adlandıraraq – yəni günəşin parıltısı, əks olunduğu varlıq kimi dəyərləndirirdilər.)Ustan ifadəsini isə əvvəllərdə şərh etmişəm(yənikod açılışında, ümumi mənada – Tanrı nurunun eli kimi ifadə olumuşdu) ...
Digər bir tərəfdən yanaşdıqda; ərəb dilindən dilimizə keçmiş, qapalı K(yumuşaq; katib k-sı) kimi ifadə olunan və dilimizə dəhşət, qorxu, pis bir şey, mistik anlayışlarla bağlı görüntüləri əks etdirən bir məna – anlayış kimi tərcümə olunan “Kabus” sözü və anlayışının isə hesab edirəm ki, bizim Qobustan – Kabustan, o cümlədən də Baku, Kuba sözlərinin kök anlayış və mənalarına qətiyyən dəxli yoxdur... Deyə bilmərəm, demək də çətindir, bəlkə də samilər tarixin müəyyən dövründə Günəşə (uduya) sitayiş edən uyğur və mayalara məhz belə bir qorxu hissi ilə yanaşıblar...
Bundan başqa, bu sözüun – q(k)abus sözünün kökü ilə eynilik təşkil edən başqa bir ifadə – “Qabusnamə” anlayışına diqqət yetirək; (Doğrudur, bu barədə mən 2000-ci ilin ortalarında yazdığım “Qamus” məqaləmdə bəhs etmişdim. Hesab edirəm ki, bu mözu ilə əlaqəli olduğuna görə təkrar etsəm, günah etmərəm.) “Qabusnamə” əsərinin tərtibçiləri ifadənin mahiyyətinin (nəyə görə məhz bu adla ifadə olunmasını) bu günə kimi aydın olmadığını, sadəcə o dövrün hakimlərindən biri olan Keyxosrovun, ya da əsərin müəllifinin adı ilə bağlılığını güman edirlər. Ancaq əslində özləri də buna inanmırlar. Düz də edirlər... Çünki bu sözün əsl məna – mahiyyəti ərəb dilində olan “qamus” – lügət, ensiklopediya, biliklər, nəsihətlər toplusu anlayışına daha uyğun gəlir... Əsərin yazıldığı dövrü (ərəbdillilik – əsasən yazı-əlifba) və müəllifin türkmənşəli olduğunu nəzərə alsaq fikrimizə haqq qazandıra bilərik. Məlumdur ki, türk leksikonunda bəzi səslərin dəyişik ifadəsi özünü göstərir. Məsələn, azərbaycanlılar bu sözləri mən, kimi deyiliş formasında təqdim etdiyi halda, türklər ben, kibi və s. səslənmədə ifadə edirlər.
Ona görə də “Qamusnamə” sözünün “Qabusnamə” kimi ifadə olunması heç də təəccüb doğurmamalıdır. Bir halda ki, əsərin mahiyyəti bütövlükdə bunu etiva edir. Başqa tərəfdən yanaşdıqda isə “Qamus” sözünün ərəb dilinə daxil olması və məhz bu mənanı verməsi, təbii ki, ərəblərdən öncə bu yerlərdə yaşamış və dünya mədəniyyətinin əsasını qoymuş şumerlərin ünlü dastanı “Bilqamıs”ın adı və məna-mahiyyəti ilə bağlıdır və güman edirəm ki, bu heç kəsdə də şübhə doğurmayacaqdır...
Bununla yanışı qədim KABUSların (Qobustanlıların), C.Corvodun qeyd etdiyi kimi ən qədim AMUlar olduğu və MU qitəsindən gəldiyini bu gün də təsdiq edən və həmin ərazidə yerləşən bir toponimi də oxucularımıza xatırlatmaq istəyirəm – UMBAKUqəsəbəsi – BAKU(Kuba, Kabu) ifadəsi yerində qalmaqla UM sözönlüyünün əks və güzgü oxunuşu MU anlayışını vermirmi?! Mubaku (Mukuba, Mukabu).Beləliklə, qəbul etmək gərəkdir ki, tarixdən heç nə silinmir. Nə qədər silinsə (nakəslər tərəfindən), saxtalaşdırılsa da belə...
Məqaləyə qismət aidiyyəti olan bir məsləyə də toxunmaq istəyirəm;
Təəssüflər olsun ki, sahələr üzrə elmi tədqiqatçılarımız nədənsə qədim dövrü araşdırmaqdan hər vəchlə yan keçirlər. Anlamaq çətindir: görəsən idraki gücləri çatmır, yoxsa özlərini zəhmətə salmaq istəmirlər?!..
Haşiyə. Bir dəfə bu mövzuda söhbətimiz zamanı AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı mərhum professor E.Əlibəyzadə yana-yana qeyd etdi ki, əşi bu gün institutun direktoru 20 disertasiya mövzusu gətirdi ki, şurada təsdiq edək. Təsəvvür edirsən, bu mözvülardan 18-i XVIII-XX əsr, 2-si isə yaxın orta əsrlərə aid idi. Qədim dövrlərdən bir mövzu belə yox idi...
Yeri behişdik olsun Elməddin müəllimin... Bax, budur bizim kökümüzə tariximizə münasibətimiz... O vaxt tariximiz yada düşür ki, kimlərsə onu saxtalaşdırmağa, özlərininkiləşdirməyə qalxırlar...
Düşünürəm ki, bəlkə də elə belə dərinə getməməyin, laqeyidliyin səbəbindəndir ki, tariximizin, toponimlərimizin (milli irsimiz, mədəni sərvətlərimiz də daxil olmaqla) araşdırmaları son min, iki min illərin söz,ifadəanlayışlarının ərəb, fars dillərindən tərcüməsi ilə məhdudlaşır...
Şübhə etmirəm ki, Umbaku(Bakı sözü ta qədimlərdən Bakukimi ifadə olunmuşdur. Ən yaxın dövrlərə qədər belə: Məs, orta əsrlərin qüdrətli ədiblərindən biri olan, müqəddəs insan Seyid Yəhya Bakuviöz imzasını, ləqəbini Bakıvi yox, məhz Bakuvi kimi qeyd edirdi.)sözünün də məna mahiyyətini araşdıranlar(əgər araşdıran olubsa)çox ehtimal ki, ərəb dilindən tərcümə ilə izah ediblər. Yəni UM ifadəsinin ÜMM(birləşmədə M-nin biri düşür) – ərəb dilində olan ana, analar anası kimi tərcümə edərək: Bakının anası kimi təqdim etmişlər... Əlbətdə tərcümə ilə yox, mənim araşdırmalarımla bunu haradasa qəbul etmək olar. Çünki hələ BAKU(Qız qalası) – işıq məbədi (Günəşçilik dininin ibadət ocağı) inşa edilməzdən əvvəl bu yerlərin (Qobustan ərazisində yaşayan) əhalisi öz ibadətlərini tam təbii formada qədim KURKAN– NURKAN(Xəzər) dənizində həyata keçirirdilər...
Yaxud da mənim əks oxunuşda təqdim etdiyim MU(UM) ifadəsinin şərhinə varmadan yenə də fars dilindən– tük, saç, saç teli kimi tərcümədə təqdim edəcəklər. Hələ ola bilsin ki, bir xalq mahnısının sözlərini də misal gətirsinlər:
“Gözüm qaldı xalında Mu+leyli,
Durma qapı dalında Mu+leyli,
Anan razı olsa
Gəlim, qalım yanında Mu+leyli...”
Beləliklə,“QOBUSTAN” toponiminin ən qədim məna-mahiyyətinə gəldik də isə düşünürəm ki, bu bütövlükdə “KAMUS” şəklində öz ifadəsini tapmalıdır. Yəni kodlaşmış üç anlayışın birləşməsindən əmələ gələn bu ifadə ilkin olaraq KA(Tanrının parıltısı)– sonrakı dövrlərdə – günəşçilik dini-etiqadı zamanında AK(güzgü oxunuşda)– böyüklük mənasında işlənməyə başlamışdır. Daha sonralar isə hər iki səslənmə sadəcə bir anlayışda – böyüklük mənasında özünü təqdim etmişdir. Məsələn, KA – böyük KAKA(kaqa, qaqa, qağa – böyüklər böyüyü), bir az da inkişaf edərək AĞA və s. kimi formalaşmışdır. Həmçinin AK(əks oxunuşda)– yenədə böyük, AKKA(güzgü oxunuşda)böyüklər böyüyü(özbəklərdə ƏKƏ)KAKAN(Kaqan, Kağan) – böyük xan, xanlar xanı və s... İkinci ifadə MU – ilkin olaraq yuxarıdan aşağıya milləndirilən, sallandırılan, düşürdürülən(millənən, sallanan, düşən)ud-odkimi başa düşülür. Sonradan onların (AMU – ların)yaşadığı ərazi – qitənin adı daha sonra AMU olaraq Tanrının yuxarıdan aşağı milləndirdiyi, düşürtdüyü ud-od– xalqın milli kimliyini təqdim edən ifadə... Üçüncü ifadə US – yuxarıda təqdim etdiyim əlamət vərdişlərindən irəli gələn el, kütlə, xalq...
Deməli, “KAMUS” anlayışındakı bu üç ifadənin mahiyyətini birləşdirsəkməntiqi nəticə etibarı ilə “Qobustan”(Qabustan, Kabustan)toponiminin əsl mahiyyətiümumiləşərək– böyük AMUların eli, xalqı mənasında başa düşülməlidir...
USTAN sözbirləşməsini (şəkilçisini) həm qədim – ilkin, həm də müasir mənada bu ifadəyə əlavə etsək, aydın olacaqdır ki,qeyd olunan anlayış (toponim)həqiqətən də böyük AMUların yaşadıqları məskənə aiddir...
Təbii ki, bu mənim gəldiyim qənaətdir. Əgər daha tutarlı dəlillərlə məsələyə münasibət bildirmək istəyən olarsa, mən fikir mübadiləsinə hazıram...
O ki, qaldı Nil(Nul), Xəzər sahillərində yaranan “SAUS”(AS-US) və “KAMUS”böyük mədəniyyətlərinin yaranmasına; bax bu sonrakı mərhələlərə aiddir[Yəni KAMUS anlayışının bir mahiyyət-mənası da günəşçilik dini etiqadının davamçıları olan zərdüştlərin zamanında “böyük musiqiçilərin məskəni” – (Mak – Kam, Maq – Qam, Muk – Muq, Muğ–ların) adının kodlaşmış forması olaraq da adlandırılmışdır. Digər bir tərəfdən isə xatılatmaq yerinə düşərdi ki, Xəzər dənizində qərq olmuş qədim Muğan şəhəri də heç şübhəsiz ki, bu coğrafi əraziyə daxildir.]...
Lakin fikrimcə bütün bunlardan öncə Naxçıvan diyarındakı 80 min illik qayaüstü abidələrin, yazıların və şimal bölgəsindəki yaşı bilinməyən “HUDUR(UDUR)SUM” İşıq Tanrı abidələrinin araşdırılması işinə rəvac vermək gərəkdir.
Məqaləyə nə dərəcədə aidiyyəti olduğunu deyə bilmərəm;ancaq bu fikri də bildirməyi özümə borc bilirəm, deyimki, Mərəzə qəsəbəsi mərkəz olmaqla, Qobustan rayonunun yaradılmasında gərək ki, bir az tələskənliyə yol verilmişdir. Güman edirəm ki, çox yaxın gələcək də tarixi Qobustan dağlıq ərazisinə yaxın məsafədə yerləşən bu adda qəsəbə mərkəz olmaqla ətraf kənd və qəsəbələr daxil möhtəşəm bir rayonun yaradılmasına ehtiyac duyulacaqdır.Onda... görəsən bu rayona hansı uyğun ad veriləcək?!..
B.Hümbətoğlu Tədqiqatçı jurnalist – publisist, Sənətşünas