ABŞ-la imzalanan sazişin sanksiyaları qaldırdığını bildirən İran Prezidenti Məsud Pezeşkian, Qətərdə saxlanan İran aktivlərinin ümumi 12 milyard dollarından 6 milyard dollarının azad edilərək ölkəyə qaytarılacağını açıqlayıb.
Pezeşkian Qətərdəki aktivlərin qalan hissəsinin də ölkəyə qaytarılması üçün lazımi təşəbbüslərin həyata keçirildiyini deyib.
ABŞ ilə bağlanan razılaşmaya da toxunan Pezeşkian deyib: "Bu razılaşma İran xalqı üçün böyük bir qələbədir. Bu çərçivədə neft və neft-kimya sanksiyaları ləğv edilib. Hökumət yenidənqurma prosesinə nəzarət edərkən, xalqın dolanışığını dəstəkləmək üçün proqramlara da üstünlük verib. Alış-veriş kartı kreditlərinin artırılması da bu addımlardan biridir".
Tahir TAĞIYEV