Rusiya sanksiyalara məruz qalan neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan bəzi tankerlərinə sabit artilleriya sistemləri quraşdırmağa başlayıb.
"The Times" qəzetinin məlumatına görə, "Marşal Vasilevski" LNG tankerinin göyərtəsində iki artilleriya sistemi aşkarlanıb. Bu addımın dron hücumlarından və gəmiləri ələ keçirmək cəhdlərindən qorunmaq üçün nəzərdə tutulduğu bildirilir.
Qəzetə danışan bir ekspert iddia edir ki, bu hərəkət həmçinin NATO ölkələrinə Moskvanın Rusiya tankerlərini dayandırmaq və ya saxlamaq cəhdlərinə qarşı güc tətbiq etməyə hazır olduğu barədə mesaj göndərir.
Tahir TAĞIYEV