Almaniyanın Aşağı Saksoniya əyalətinin Stade şəhərində baş verən silahlı atışma nəticəsində beş nəfər ölüb.
Lüneburq Polis İdarəsi X sosial media hesabında Stade şəhərində silahlı hücumda beş nəfərin öldüyünü və hadisə ilə bağlı heç bir ictimai təhlükənin olmadığını bildirib.
Almaniya mediasının verdiyi məlumata görə, hücumla əlaqəli iki nəfər polis tərəfindən həbs edilib. Həbs olunan şəxslər haqqında əlavə məlumat paylaşılmır.
Tahir TAĞIYEV