Rusiya ordusundakı korrupsiyanı və cəbhə xəttində əsgərlərə qarşı pis rəftarı sərt tənqid edən keçmiş əsgər və blogger Aleksandr Lunin saxlanılıb.
Ukrayna müharibəsində iştirak edən və cəbhə xəttində ağır yaralanan Lunin, İnstaqramda Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı video ilə diqqət çəkib. 24 saat ərzində 14 milyon baxış sayı toplayan videoda Lunin cəbhə xəttindəki komandirlərin əsgərləri istismar etdiyini, işgəncə verdiyini və onları ölümə tərk etdiyini iddia edib.
Lunin Putinlə üz-üzə görüşmək istədiyini bildirib və əks halda çevrilişlə təhdid edib: “Ölkədə və cəbhədə baş verənlərlə bağlı bütün faktları ona danışmalıyam... Tezliklə sizinlə televiziyada canlı yayıma çıxmasam, ordu silahını Kremlə doğru çevirəcək!”.
Kreml sözçüsü Dmitri Peskov isə belə bir videonun mövcudluğundan xəbərdar olduqlarını: “Amma hələlik detalları araşdıra bilməmişik. Bu barədə şərh vermək istəmirəm, amma deyilənlərə əsasən qəribə açıqlamalar verilib. Əvvəlcə bunu araşdırmalıyıq".
Bundan sonra Luninin Moskvaya dəvət olunduğu bildirilir. Həyat yoldaşı Tatyana Lunina, ərinin hökumətlə yaxın əlaqələri ilə tanınan Vitali Borodinlə görüşməyə getdiyini açıqlayıb. Luninin Moskvaya gəlişindən sonra, ifadələrində hər hansı cinayət tərkibinin olub-olmadığını müəyyən etmək üçün araşdırıldığı müddətdə onun 11 gün müddətinə həbsdə saxlanıldığı elan edilib.
Tahir TAĞIYEV