çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Ermənistanda 2700 illik “Argiştixinili şəhəri”? - Bu saxtakarlığa polyak alimlər də şərik oldu...

Image


Rizvan Qarabağlı: “Hazırkı Ermənistan ərazisində aşkar edilən qədim arxeoloji tapıntıların birbaşa "erməni mühəndisliyi" və ya "erməni mədəniyyəti" kimi təqdim olunması heç bir tarixi və elmi əsasa söykənmir”

Erməni yalanları və saxtakarlığı günü-gündən daha da genişlənir. İndiki Ermənistan ərazisində xarici alimləri də öz saxtakarlıqlarına şərik edərək arxeoloji qazıntı işləri aparırlar. Tarixən ermənilərin yaşamadığı və onlara aid olmayan bu torpaqlarda apardıqları qazıntılar zamanı tapdıqları artefaktları öz adlarına çıxırlar, özü də xarici arxeoloqları da öz yalanlarına şərik etməklə bu işi görürlər. Hələ Sovet dövründə Ermənistan ərazisində işləyən arxeoloji ekspedisiyalar tapdıqdıqları bütün qədim nə varsa hamısını ermənilərə “aid” etdilər.

İndi də məlumat yayıblar ki, Polşa və Ermənistandan olan arxeoloqlar “Ararat” körfəzi hövzəsində geniş kanallar şəbəkəsinin və suvarma infrastrukturunun izlərini aşkar ediblər. Onlar iddia edirlər ki, qədim Arqiştixinili şəhəri yaxınlığında 2700 ildən çox əvvəl Urartu krallığının mühəndislik imkanlarına yeni işıq salan nəhəng su idarəetmə sistemi aşkar edilib.

Yazırlar ki, bu “kəşf” Varşava Universiteti və Ermənistan Milli Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən peyk görüntüləri, tarixi hava fotoşəkilləri və qabaqcıl məsafədən zondlama texnikalarından istifadə edilərək edilib. Tədqiqat eramızdan əvvəl VIII əsrdə I Argiştinin hakimiyyəti dövründə əsası qoyulmuş əsas Urartu mərkəzi olan Argiştixinili ətrafındakı ərazini əhatə edib.

Yazılanlara görə, tədqiqatçılar landşaft boyunca 1000 kilometrdən çox su hövzəsi aşkar ediblər. Bunlara təxminən 135 kilometr qədim kanallar, təxminən 420 kilometr keçmiş çay yataqları və axınları, təxminən 429 kilometr müasir suvarma kanalları və 36 kilometr qədim kanallar daxildir. Tədqiqat nəticələri göstərir ki, urartulular bir vaxtlar quraq və az istifadə olunan torpaqları artan əhalini dəstəkləməyə və krallığın iqtisadiyyatını gücləndirməyə qadir olan məhsuldar kənd təsərrüfatı mərkəzinə çeviriblər.

2700 il əvvəl indiki Ermənistan ərazisində hansı "Ermənistan" var idi ki, Ermənistanda 2700 illik suvarma sistemi "kəşf” edilib? "Argiştixinili" şəhəri hardan çıxdı? Ümumiyyətlə, o şəhərin yeri hardadır?

O süvarma sistemi tapılıbsa onda onu 2700 il əvvəl orada yaşayan xalq inşa edə bilərdi, o vaxt orada erməni yox idi.

Memarlıq üzrə fəlsəfə doktoru, dosent. Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Rizvan Qarabağlı baki-xeber.com-a bildirdi ki, bu ermənilərin növbəti uydurması və təxribatıdır.

“Bu iddialar, Cənubi Qafqazın qədim tarixinə dair faktların müasir siyasi və etnik maraqlar çərçivəsində manipulyasiya edilməsinin növbəti nümunəsidir. Hazırkı Ermənistan ərazisində aşkar edilən qədim arxeoloji tapıntıların birbaşa "erməni mühəndisliyi" və ya "erməni mədəniyyəti" kimi təqdim olunması heç bir tarixi və elmi əsasa söykənmir.

Sözügedən iddiaları elmi faktlar işığında ifşa edən tarixi-arxeoloji arayışı diqqətinizə təqdim edirəm:

2700 il əvvəl bölgədə hansı dövlət var idi?

Eramızdan əvvəl VIII–VII əsrlərdə (təxminən 2700-2800 il əvvəl) indiki Ermənistan respublikasının ərazisi, eləcə də Şərqi Anadolu və Azərbaycanın bəzi qərb bölgələri Urartu dövlətinin tərkibində idi.

Urartu dövləti etnik, dil və mədəni baxımdan qədim hay (erməni) tayfalarına tamamilə yad bir sivilizasiya idi. Ermənilərin bu bölgəyə gəlişi və etnos kimi formalaşması Urartunun süqutundan (e.ə. VI əsr) xeyli sonrakı dövrlərə təsadüf edir. Ona görə də, 2700 il əvvələ aid hər hansı bir tikilini və ya suvarma sistemini "erməni mühəndisliyi" adlandırmaq, tarixi xronologiyanı kobud şəkildə saxtalaşdırmaqdır.

Argiştixinili şəhəri nədir və hardadır?

Argiştixinili – Urartu kralı I Argişti tərəfindən e.ə. 776-cı ildə salınmış qədim hərbi-inzibati qala-şəhərdir.

Yeri: Bu qədim şəhərin qalıqları indiki Ermənistanın Armavir (tarixi adı ilə Sərdarabad) rayonunun Nor Armavir kəndi yaxınlığında, Araz çayının sol sahilində yerləşir.

Mənşəyi: Şəhərin adı urartu dilindədir və "Argiştinin tikdiyi şəhər" mənasını verir. Şəhərdə tapılan mixi yazılı daş kitabələr Urartu dilindədir. Bu dilin də erməni dili ilə heç bir qohumluğu yoxdur; urartu dili hurri-urartu dil ailəsinə aiddir”.

“Tapılan suvarma sistemi kimə məxsusdur?” sualına cavab olaraq R.Qarabağlı qeyd etdi ki, urartulular qədim dünyada özlərinin hidrotexniki qurğuları, kanalları və suvarma sistemləri ilə tanınan bir oturaq sivilizasiya idilər. “Bölgədə (xüsusilə Araz vadisində) kənd təsərrüfatını inkişaf etdirmək üçün süni suvarma şəbəkələri qururdular.

Polşa alimlərinin də iştirak etdiyi arxeoloji qazıntılarda tapılan subasar və ya kanal qalıqları məhz Urartu dövlətinin mühəndislik fəaliyyətinin məhsuludur. Lakin erməni tərəfi bu tapıntıların coğrafi yerindən istifadə edərək, beynəlxalq auditoriyaya "qədim erməni suvarma sistemi" kimi təqdimat edir və bu elmi kəşfi siyasiləşdirir.

Qədim Türk və yerli tayfaların roluna gəlincə, 2700 il əvvəl bu coğrafiyada və onun ətrafında Urartu ilə yanaşı, mühüm etnik proseslər gedirdi. E.ə. VIII-VII əsrlərdə Avrasiya çöllərindən Cənubi Qafqaza kütləvi şəkildə Kimmer-İskit-Saka tayfaları gəlmişdi.

Bu tayfaların tərkibində qədim proto-türk elementlərinin olduğu bir çox ciddi tarixçilər tərəfindən qəbul edilir.

İskitlərin və digər yerli avtoxton (yerli) tayfaların bölgənin təsərrüfat həyatında, xüsusilə heyvandarlıq və torpaqçılıq mədəniyyətində rolu böyük olub.

Ermənilər isə həmin dövrdə hələ Ön Asiyanın içərilərindən (Frigiya tərəflərdən) Şərqi Anadoluya doğru yeni hərəkət edən miqrant bir qrup idilər və onların Araz vadisində bu cür irimiqyaslı mühəndislik işləri görməsi tarixi baxımdan qeyri-mümkündür.

Ermənistan ərazisində tapılan 2700 illik suvarma sistemi uydurma deyil, real arxeoloji tapıntıdır. Lakin onun ermənilərə aid edilməsi tamamilə uydurmadır.

Bu sistem Urartu sivilizasiyasına aid olan, bölgənin qədim sakinlərinin və bura təsir edən köçəri/oturaq tayfaların (o cümlədən proto-türk mənşəli İskit-Saka faktorunun) dövrünə təsadüf edən bir tarixi abidədir. Erməni tarixşünaslığı bölgədəki özündən əvvəlki bütün mədəniyyətləri (Urartu, Albaniya, Azərbaycan türklərinin irsi) mənimsəmək metodologiyasını bu məsələdə də davam etdirir”-deyə R.Qarabağlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ