ABŞ və İran çərşənbə axşamı Qətərdə hərbi hücumları dayandırmaq və yüksək səviyyəli danışıqlar aparmaq barədə razılığa gəliblər. Bu barədə Amerika mediası ABŞ administrasiyasının rəsmilərinə istinadən xəbər verir. Görüşün məqsədi son günlər yenidən artan gərginliyin azaldılması və gəmiçiliyin təhlükəsizliyi ilə bağlı əvvəllər əldə edilmiş razılaşmanı qorumaqdır.
Qeyd edək ki, 17 iyunda imzalanmış və münaqişəyə son qoymaq məqsədi daşıyan müvəqqəti "anlaşma memorandumu"na əsasən, Tehran ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etməyi öhdəsinə götürüb, Vaşinqton isə İran limanlarının blokadasını qaldırmağı qəbul edib.
"Biz bütün "kinetik" fəaliyyəti dayandırmaq qərarına gəldik", - deyə ABŞ-ın yüksək vəzifəli rəsmisi bazar günü Axios-a bildirib və zərbələr üçün hərbi terminologiyadan istifadə edib.
SAMİRƏ