Adı açıqlanmayan ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranla bağlı vəziyyət "hələ də inkişaf etməkdədir". Rəsminin sözlərinə görə, İran Bəhreyn və Küveyt də daxil olmaqla qonşu ölkələr istiqamətində bir neçə raket və pilotsuz uçuş aparatı (PUA) buraxıb. Bununla yanaşı, ABŞ rəsmisi hazırda ABŞ qüvvələri arasında itkilər və ya regiondakı Amerika hərbi mövqelərinə ciddi ziyan dəyməsi ilə bağlı hər hansı məlumatın olmadığını vurğulayıb.
İRADƏ