Serbiya Prezidenti Aleksandr Vuçiç bir neçə həftə ərzində vəzifəsindən istefa verəcəyini və erkən seçkilərin tarixini elan edəcəyini açıqlayıb.
Vuçiç bunu bir vaxtlar rəhbərlik etdiyi hakim Serbiya Tərəqqipərvər Partiyası (SNS) tərəfindən Belqradda "Serbiya - Bir Ailə" şüarı altında təşkil edilən mitinqdə açıqlayıb.
"Prezident vəzifəmi bir neçə həftə daha davam etdirəcəyəm, sonra istefa verirəm. Heç nə əbədi deyil və olmamalıdır. Hamınıza təşəkkür edirəm" – deyən Vuçiç erkən seçkilərin tarixini tezliklə açıqlayacağını bildirib və əlavə edib ki, onun da yer alacağı siyahısı "Birləşmiş Serbiya" adlandırılmalıdır.
Serbiyanın hərbi neytrallığını qorumasının vacibliyini vurğulayan Vuçiç bildirib ki, Çin və Rusiya ilə ənənəvi dostluq münasibətləri davam etdirilməlidir. O, həmçinin ölkəsinin Avropa Birliyinə (AB) üzvlük prosesində daha sürətli irəliləyiş ümidini də ifadə edib.
Tahir TAĞIYEV