G7 sammiti zamanı ABŞ prezidenti Donald Tramp Donbasın Rusiya tərəfindən idarə olunması ilə bağlı "Ankoric sazişlərini" ləğv etmək istəyini bildirib.
Bu barədə Axios-un xəbərində deyilir. Bildirilir ki, G7 sammitində iştirak edən iki rəsmi şəxs jurnalistlərə mümkün dəyişikliklər barədə məlumat verib.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu sazişlərin həyata keçirilməsindəki problemlərə diqqət çəkib. Onun sözlərinə görə, Ankoric danışıqlarında iştirak edən tərəflərdən biri öz öhdəliklərini yerinə yetirə bilməyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bu razılaşmaların həyata keçirilməsini münaqişənin sona çatmasının ilk mərhələsi adlandırıb.
ABŞ dövlət katibi Marko Rubio Alyaska sammitində Ukrayna ilə bağlı hər hansı bir razılaşmanın əldə edildiyini təkzib edib.
SAMİRƏ