Fransanın ictimai səhiyyə agentliyi olan Santé publique France (Səhiyyə Nazirliyinin bir şöbəsi) bazar günü son beş gündə isti hava şəraiti üzündən gündəlik ölüm hallarının artdığını bildirib.
Belə ki, 24 iyundan bəri agentlik əvvəlki aylarla müqayisədə təxminən 1000 ölüm halı daha çox qeydə alıb.
BFMTV agentliyin bülleteninə istinadən bildirib ki, "Bu ilkin rəqəmin artması ehtimalı var".
"24 iyunda (bütün səbəblərdən) 1200-dən çox ölüm, 25 və 26 iyunda isə gündəlik 1400-dən çox ölüm halı qeydə alınıb (26 iyun üçün məlumatlar hələ dəqiqləşdirilməyib). Müqayisə üçün, aprel və may aylarında gündə 900 ilə 1000 arasında insan ölüb", kanal milli səhiyyə agentliyinin sənədinə istinadən bildirib.
Santé publique France qeyd edir ki, bu artım "son günlərdə ən yüksək qırmızı hava xəbərdarlığı altında olan bölgələrdə, xüsusən də İl-de-Frans, Yeni Akvitaniya, Bretan, Mərkəzi Val-de-Luara bölgəsi, Normandiya və Pays de la Luarada daha çox özünü göstərir".
SAMİRƏ