ABŞ prezidenti Donald Trampla son gərginlikdən sonra keçmiş İsrail ədliyyə naziri Daniel Fridman sərt açıqlamalar verib.
Bu barədə CNN Türk-ün xəbərində deyilir.
Keçmiş nazir iddia edib ki, prezident Donald Tramp həm İsraili, həm də Netanyahunu görünməmiş dərəcədə alçaldıcı prosesə məruz qoyub. O, buna səbəb kimi Baş nazir Netanyahunun zəifliyini göstərib.
“Maariv” qəzetinə danışan keçmiş ədliyyə naziri İsrailin xarici siyasətinə, xüsusən də Qəzzadakı qırğınlara toxunub. O, bütün dünyanın Qəzzada uşaqların ölümünü televiziyada izlədiyi üçün "qlobal ictimai rəydə İsrailə münasibətin dəyişdiyini" bildirib.
“İsrailin beynəlxalq ictimai rəydəki mövqeyi zəifləyir, Fələstinə dəstək isə hər gün artır"- o deyib.
SAMİRƏ